Məhkəmə qərarları › İş №2-1(112)-2656/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2656/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2656/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabehin nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mütəxəssisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanına uyğun olaraq əmək pensiyasının və prezident təqaüdünün tam məbləğdə bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, qanunla müəyyən edilmiş hüquqlarını kobud pozan təqsirli şəxslərin intizam məsuliyyətinə cəlb olunmaları məqsədilə barələrində xüsusi qərardad çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsindən məlum olduğu kimi qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda hər kəs sosial təminat hüququna malikdir. Məhz bu hüququndan istifadə edərək 2011-ci ildə 63 yaşı tamam olduqdan sonra yaş həddinə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət edərək həmin vaxtdan etibarən hər ay əmək pensiyası almışdır. Təyin olunmuş əmək pensiyasının tərkibinə qanunla müəyyən olunmuş bütün əlavələr daxil edilmiş və 2012-ci ildən etibarən hər hansı bir mübahisəli vəziyyət mövcud olmamışdır. Əmək pensiyasının tərkibinə digər əlavələrlə yanaşı kimya üzrə fəlsəfə doktoru ali elmi dərəcəsinə görə hər ay 60 AZN (altmış manat) məbləğin edilmiş əlavə də, daxil edilmişdir. 2012-ci ildən etibarən əmək pensiyası almaqla yanaşı 2017-ci ilin may ayınadək Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin may ayından etibarən təqüdçüddür. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixdə imzaladığı 1229 nömrəli Fərmana əsasən 2021-ci ilin yanvar ayının 1-dən etibarən fəlsəfə doktoru ali elmi dərəcəsinə görə hər ay 120 AZN (bir yüz iyirmi manat) məbləğində, 2022-ci ilin yanvar ayının 1-dən etibarən hər ay 200 AZN (iki yüz manat) məbləğində, 2023-cü ilin yanvar ayından hal-hazıradək isə hər ay 300 AZN (üç yüz manat) məbləğində təsis edilmiş prezident təqaüdü almışdır. Hazırki iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb edilmiş cavabdeh tərəfindən 2021-ci ilin 17 oktyabr – 2022-ci il 07 aprel tarixlərini əhatə edən dövr ərzində pezident təqaüdünün ona ödənilməsindən imtina edilmiş, bununla bağlı, məhkəmə mübahisəsi yaranmış, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(112)- 1576/ 2023 nömrəli qərarı ilə öhdəliyin icrası cavabdehə həvalə edilmiş və cavabdeh tərəfindən öhdəliyin icrası təmin edilərək qeyd olunan dövr üçün prezident təqaüdü ayrı-ayrı vaxtlarda hissəhissə ödənilmişdir. Lakin, cari ilin iyun ayından başlayaraq hazırki iş üzrə cavabdeh yenidən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli,1229 nömrəli Fərmanını mübahisələndirərək onun aylıq əmək pensiyasını 190 AZN məbləğində azaltmışdır. Bunun səbəbləri ilə bağlı tərəfindən 22 iyul 2024-cü il tarixdə cavabdehə rəsmi müraciət olunmuşdur. Eyni zamanda məsul vəzifəli şəxslərin də, rəsmi qəbulunda olmuşdur. Şifahi şəkildə ona bildirilmişdir ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə ona prezident təqaüdünün verilməsi səbəbindən 2012-ci ildən etibarən onun aylıq əmək pensiyasına fəlsəfə doktoru elmi dərəcəsinə görə edilmiş əlavə dayandırıldığından hər ay ona əmək pensiyası 190 AZN məbləğində kəsirlə ödəniləcəkdir. Qeyd etdiyi bu məlumatlar ona şifahi şəkildə bildirilmiş olsa da, bunun qanuni əsasları barədə ona məlumat verilməmiş, yazılı müraciətini isə cavabdeh cavablandırmamışdır. 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş və Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən görünür ki, bu Qanunun19-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hisəssinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 AZN məbləğində əlavə hesablanmışdır. Məhz istinad olunan bu maddi hüquq normasının tələbi əsasında cavabdeh inzibati orqan onun aylıq əmək pensiyasına hər ay 120 AZN məbləğində əlavə ödəniş etməklə 2024-cü ilin iyul ayınadək bu ödənişi icra etmişdir (2017-2024-cü illəri əhatə edən müvafiq dövrdə). 30 dekabr 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1229 nömrəli Fərman əsasında isə cavabdeh inzibati orqan hər ay ona 120, 200, 300 AZN məbləğlərində ayrı-ayrı vaxtlarda Prezident təqaüdünü ödəməkdədir. Qeyd olunan faktlardan görünür ki, Azərbayan Respublikası Prezidenti tərəfindən imzalanmış 1229 saylı, 30 dekabr 2020ci il tarixli Fərmanla təsis edilmiş prezident təqaüdü onu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş əlavəni almaq hüququndan məhrum etmişdir. Məhz bu səbəbdindən hazırki iş üzrə cavabdeh hesab etmişdir ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə prezident təqaüdü olması ilə bağlı onun aylıq əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə edilmiş əlavə ləğv olunmalıdır. Cavabdehin bu mövqeyindən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV hissəsində xüsusilə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Bununla yanaşı, cavabdehin faktiki hərəkətlərindən görünür ki, 2024-cü ilin iyul ayından etibarən onun aylıq əmək pensiyasının 190 AZN məbləğində azaldılması ilə cavabdehin onun əmək pensiyasını birtərəfli qaydada yenidən hesablayaraq belə qənaətə gəlmişdir. Cavabdehin bu mövqeyindən fərqli olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci hissəsində birmənalı şəkildə qeyd olunur ki, 2017-ci ilin iyul ayının 1-dək təyin edilmiş əmək pensiaysının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmaqla əmək pensiyası yenidən hesablana bilər. Bundan əlavə, həmin maddənin 2-ci hissəsində də, aydın şəkildə qeyd olunur ki, 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hisəssinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınmalıdır. İstinad olunan hər iki maddi hüquq normasının tələblərindən göründüyü kimi, qanunverici orqan 2017-ci ilin iyul ayının 1-dək əmək pensiyasının istər baza hissəsinə, istər sə də, sığorta hisəssinə yenidən hesablama zamanı əlavə və dəyişikliklərin edilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Belə olduğu halda, 2012-ci ildən etibarən 63 yaşlı əmək pensiyaçısı kimi onun əmək pensiyası hansı qanuni əsaslarla birtərəfli qaydada yenidən hesablanaraq cavabdeh tərəfindən 190 AZN məbləğində azaldılmışdır. Prezident təqaüdünün təsis edilməsi ilə əmək pensiyaçısının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hüquqları məhdudlaşdırıla bilərmi?. Nəticələrin təhlili üzrə cavabdehin mövqeyindən belə görünür ki, Azərbaycan Respublikası Prezidenti fəlsəfə doktoru elmi dərəcəsinə görə işləməyən vətəndaşa 2021-ci ilin yanvar ayının 1dən başayaraq 120, 200 və 300 AZN məbləğlərində aylıq təqaüdün verilməsini təsis edir. Cavabdeh inzibati orqan isə bunun qarşılığında 2012-ci ildən etibarən əmək pensiyasının 190 manatını təsis kəsir, əldə olunan məbləğ isə 110 AZN təşkil etmiş olur. Real vəziyyəti vətəndaşın sosial rifah hallarının yaxşılaşdırılması kimi qəbul etmək olarmı?. Cavabdehin rəsmi mövqeyindən belə nəticə yaranır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərman izmalanmış olmasa idi, o, hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə müvafiq olaraq 120 AZN məbləğində əlavə əmək pensiyası almalı idi. Görünən odur ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 30 dekabr 2020-ci il tarixli 1229 saylı Fərman onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Cavabdehin bu mövqeyindən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hisəssindən məlumdur ki, fiziki şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktlar geriyə şamil edilmir. Belə olduğu halda, hansı qanuni əsaslarla cavabdeh qeyd edilən Fərmanı əsas götürərək 2012-ci ildən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə əmək pensiyası alan şəxsin pensiyasını 190 manat kəsir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1576/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qərar qəbul edildikdən sonra hazırki iş üzrə cavabdehin ona qarşı qərəzli münasibəti davam etmiş, bununla bağlı bir tərəfdən qeyd edilən prezident təqaüdünün verilməsindən imtina edilmiş, digər tərəfdən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu mübahisələndirərək 2012-ci ildən etibarən aldığı əmək pensiyasının məbləğini azaltmışdır. Cavabdehin bu hərəkəti qərəzli və məqsədyönlü xarakter daşıyır. Bu səbəbdən də, cvabdehin faktiki hərəkətlərinin əsaslılığı və qanuniliyi Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020ci il tarixli, 1229 nömrəli Fərmanının müddəaları ilə müqayisəli şəkildə məhkəmə qaydasında yoxlanılmalı, yoxlamanın nəticələrindən asılı olaraq aylıq əmək pensiyasının tam məbləğdə ödənilməsi təmin edilməli, bununla bağlı cavabdehin üzərinə öhdəlik qoyulmalı və təqsirkar – cavabdeh şəxslərin intizam məsuliyətinə cəlb olunmaları məqsədilə barələrində xüsusi qərar qəbul edilməlidir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Mərkəz Filiala xx.xx.2024-cü il tarixdə müraciət edərək əmək pensiyasının hansı səbəbdən azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmişdir. Müraciətə baxılaraq İddiaçı cavab məktubu ilə ona təyin edilmiş yaşa görə əmək pensiyasının hesablanması haqqında məlumat verilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən xx.xx.2021-ci il tarixdək qüvvədə olmuş 19.2-ci maddəsinin mətninə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hsisəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar sözügedən maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiaysını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı xx.xx.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 2019-cu il üzrə İddiaçı yaşa görə əmək pensiyası indeksləşdirilərkən pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə onun yaşa görə əmək pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilmişdir və illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən, Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək pensiyasının məbləğində artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən İddiaçı pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə ona dəvət məktubu göndərilmişdir (3-17-1/2-İ-117250/2024) və xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, H.ünvan 2 ünvanında yerləşən Fondun inzibati binasına (qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. Lakin, yuxarıda qeyd olunan tarixdə İddiaçı və ya nümayəndəsi qəbula gəlməmişdir. İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədn xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixdən işdən çıxdığı tarixədək 14385.22 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır və xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 634.61 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı yaşa görə əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 656.19 manata, xx.xx.2023-cü il tarixdən 771.76 manata və xx.xx.2024-cü il tarixdən 858.19 manata çatdırılmışdır. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də, pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzər aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da, ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən, dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Filialın mütəxəssisi imtinada və etirazda göstərilənlərə uyğun izahat verərək iddiaçının pensiya məbləğinin Filial tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq doğru hesablandığını bildirdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Prezident təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da, “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də, 67.5-67.13-cü maddələrinin müddəaları baxıxmından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-292390/2/2024 nömrəli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, pensiyası 2019-cu il üzrə indeksləşdirilərkən yaşa görə əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən, Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il taixinədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də, nəzər alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixindək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 14385.22 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin aşkar edildiyi tarixdən 3 il əvvəl) 634,61 manat müəyyən edilmişdir. Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 656.19 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 672,85 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 771,76 manata, xx.xx.2024cü il tarixindən 858,19 manata çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmıış, elmi dərəcəsi olan, işləməyn, əmək pensiaysı hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Sözügedən Fərmanın 2.1-ci yarımbəndinə əsasən təqaüd 2021-ci il yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hisəssinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Qeyd olunanlara əsasən bildirirlər ki, ona xx.xx.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmiş, hazırda 300 manat məbləğində olmaqla ödənişi davam etdirilir.

12. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-246060/2024 nömrəli məktubla İddiaçı barəsində aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Cavabdeh tərəfindən X3 Sistemindən iddiaçının pensiya işi materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.

14. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 858.19 manat müəyyən edilmişdir. Daxili nəzarət və audit şöbəsi tərəfindən mail üzərindən göndərilmiş akta əsasən araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın pensiyası illər üzrə indeksləşdirilərkən elmlər namizədinə görə verilən əlavə sığorta hissəyə daxil edərək indeksləşdirilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2021-xx.xx.2024-cü il tarixinədək 6015.80 manat artıq vermə aşkar edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddiaçı həmin qərardan öncədən məlumatlı olmamış, cavabdeh tərəfindən həmin qərarla məhkəmə icraatında tanış olmuş və bundan sonra tərəfindən iddia tələbi dəqiqləşdirilərək sözügedən qərarın ləğv edilməsi barədə iddia qaldırılmışdır. Sözügedən tələbə qədər iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə öhdəliyin icrası barədə iddia növü üzrə tələb qaldırmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandırır.

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. ... II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixidək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı.

25. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1229 №li, 30 dekabr 2020-ci il tarixli Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmə ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

27. Hazırki işin hallarının qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiqi nəticəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçısı kimi iddiaçının pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanmışdır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının pensiyası 2019-cu il üzrə indeksləşdirilərkən yaşa görə əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixindək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 14385.22 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin aşkar edildiyi tarixdən 3 il əvvəl) 634,61 manat müəyyən edilmişdir. Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirildiyindən, qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 656.19 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 672,85 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 771,76 manata, xx.xx.2024cü il tarixindən 858,19 manata çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Sözügedən Fərmanın 2.1-ci yarımbəndinə əsasən təqaüd 2021-ci il yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hisəssinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verildiyindən qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmiş, hazırda 300 manat məbləğində olmaqla ödənişi davam etdirilir. O cümlədən, mübahisəli qərarla iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı aparılmış inzibati icraat barədə iddiaçının məlumatlandırılmasına dair təsdiqedici sənədlər (poçt xəbərnaməsi, iddiaçının iştirak etməməsi barədə akt və s.) məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə raiyət edilməsi müəyyən edilmişdir.

28. Göründüyü kimi, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı yuxarıda sadalanan qanunvericliyin tələblərinə uyğun olmaqla qərarın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

29. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi mübahisəli qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinin tələbləri baxımından qanunsuz inzibati akt olması öz təsdiqini tapmadığından iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar