Məhkəmə qərarları › İş №2-1(112)-2657/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2657/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2657/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyоva Miminat Tacib qızı İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçılara ayrılmış 445 kv.m və 440 kv.m ölçüdə torpaq sahələrinin əvəzinə eyni ölçüdə olan başqa torpaq sahələrinin ayrılması barədə müvafiq aktın qəbul olunması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi, o cümlədən bundan irəli gələn digər sənədlərin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçıların ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçılara ayrılmış 445 kv.m və 440 kv.m ölçüdə torpaq sahələrinin əvəzinə eyni ölçüdə olan başqa torpaq sahələrinin ayrılması barədə müvafiq aktın qəbul olunması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi, o cümlədən bundan irəli gələn digər sənədlərin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçıların ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçıların ərizəsi təmin olunduğu halda iddiaçıların iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçılar məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçılara ayrılmış 445 kv.m və 440 kv.m ölçüdə torpaq sahələrinin əvəzinə eyni ölçüdə olan başqa torpaq sahələrinin ayrılması barədə müvafiq aktın qəbul olunması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi, o cümlədən bundan irəli gələn digər sənədlərin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçılara ayrılmış 445 kv.m və 440 kv.m ölçüdə torpaq sahələrinin əvəzinə eyni ölçüdə olan başqa torpaq sahələrinin ayrılması barədə müvafiq aktın qəbul olunması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi, o cümlədən bundan irəli gələn digər sənədlərin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar