Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2657/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qarşı “hesab fakturalarının yenidən hesablanması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim olunan hesab faktura üçün hesablama düzgün aparılmadığından, araşdırma aparıb düzgün qərar qəbul edilməsi, xx.xx.2024-cü il tarixdən Azlənd Plaza MMC ilə Reklam Agentliyinin əməkdaşlığına xitam verilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolunda cəmiyyətə məxsus X2 doldurma məntəqəsinin ərazisində hesabfakturada göstərilən digər fasad reklamlar mövcud olduğundan artıq hesablanmışdır. Mövcud reklam daşıyıçıları xx.xx.2024-cü ildən sökülmüşdür. Buna aiddir fasad reklamı və reklam daşıyıçı mətnlər (yuyucu, kafe, ayrıca dayanıqlı lövhə.,elektron rəqəmsal daşıyıcı) Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam idarəsinin, VOEN ********** Hesab-faktura №: M**********0001 əsasən. Eyni zamanda, reklam daşıyıçı mətnləri (yuyucu və kafe) iddiaçı təırəfindən icarə verilmişdir, bu da onu göstərir ki, icarədara obyektə istifadə hüququ verilmişdir və öz icarəçi olduğu obyektə hər hansı bir reklam yerləşdirmək icarədara aiddir. İddiaçıya məxsus X2 doldurma məntəqəsində kommersiya fəaliyyəti ilə bağlı olmayan, əmtəənin bazarda satılması məqsədi daşımayan, elm, ədəbiyyat, şəhidlərə şamil olunmuş elektron lövhə mövcut olmuşdur, lakin Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri əsassız olaraq həmin elektron tablonu reklam daşıyıcısı kimi nəzərə almışlar və həmin reklam xarakterli olmayan elektron lövhə üçün əsassız olaraq qaimədə 6683.04 azn pul hesablanmışdır. Cavabdeh iddiaya dair yazılı etirazı təqdime tmiş və göstərmişdir ki, iddiaçıya məxsus Bakı şeheri, Binəqədi rayonu, X3 qəsəbəsi, Binəqədi yolu ünvanında "Binəqədi Petrol” adlı yanacaq doldurma məntəqəsinin və ayrıca dayaqlı reklam daşıyıcısının üzərində, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkarlanmış və bu barədə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Daha sonra iddiaçıya aşkarlanmış pozuntuların aradan qaldırılması və dövlət rüsumunun ödənilməsi barədə icrası məcburi olan bildiriş göndərilərək, təqdim edilmiş hesab-faktura əsasında 5 gün ərzində dövlət rüsumunun ödənilməsi, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4722/2024 saylı cü il tarixli qərarı ilə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək 5000 (beş min) manat məbləğində cərimələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1929/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4722/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Sözügedən hesab fakturada iddiaçının istinad etdiyi 6683,04 manat məbləğində pul hesablanmasına münasibətdə, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X3 qəsəbəsi, Binəqədi yolu ünvanında “Binəqədi Petrol” adlı yanacaq doldurma məntəqəsinin qarşısında yerləşdirilmiş ayrıca dayaqlı lövhə Qanunun 2.0.1-ci və 26.1-ci maddələrinə əsasən reklam istehlakçılarının diqqətini reklam obyektinə cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəə barədə məlumat vermək və satışını stimullaşdırmaq məqsədi daşıdığından açıq məkanda reklam hesab olunur. Eyni zamanda, yanacaq məhsullarının satış qiymətlərini əks etdirən tablolar istehlakçıların diqqətini reklam obyektinə, yəni yanacaq satışına cəlb etmək və yanacağın satışını stimullaşdırmaq məqsədi daşıyır. Lövhə və ya digər reklam daşıyıcısının üzərində yanacağın qiymətinin yerləşdirilməsi qanunvericiliyin tələbi olmadığına və istehlakçının diqqətini reklam obyektinə cəlb etmək, satışı stimullaşdırmaq üçün yerləşdirildiyinə görə icazə tələb olunan reklam hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolu ünvanında “BP Petrol” adlı obyektinüzərində müvafiq icazə olmadan 10 ədəd 29,21 m2 ölçüdə reklam aşkar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4722/2024 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolu ünvanında yerləşən, İddiaçı MMC-yə məxsus “BP Petrol” adlı obyektin üzərində müvafiq icazə alınmadan reklam yerləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli göstərişdən və qəbzin surətindən görünür ki, həmin göstəriş İddiaçınə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi yolu ünvanında yerləşən “BP Petrol” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, nəticədə İddiaçı tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı barəsində İXM-in 428.7.1-ci maddəsi ilə əsaslı olduğundan İddiaçı həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır.” Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin yayım haqqının ödənişi üçün M**********0001 nömrəli hesab-fakturasından görünür ki, xx.xx.2023- xx.xx.2025 dövrlərində ödənilməli məbləğ 10160.49 manat təşkil edir. İdarənin dövlət rüsumunun ödənişi üçün M**********0001 nömrəli xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023- xx.xx.2025 dövrlərində ödənilməli məbləğ 1066.00 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin yayım haqqının ödənişi üçün Y**********001 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019- xx.xx.2020 dövrlərində ödənilməli məbləğ 4147,46 manat təşkil edir. İddiaçı hazırda həmin hesab fakturanın düzgün hesablanmadığını qeyd edərək araşdırma aparılmasını və xx.xx.2024-cü il tarixdən iddiaçı ilə əməkdaşlığına xitam verilməsini xahiş edir. Lakin işdən görünür ki, iddiaçı icazə olmadan açıq məkanda reklam yerləşdirmiş, həmin dövrdə icazə üçün cavabdehə müraciət etməmiş, deməli, onunla cavabdeh arasında hər hansı bir əməkdaşlıq yaranmamışdır. Bundan əlavə, iddiaçı hesab faktura üçün hesablamanın düzgün aparılmadığını bildirmiş, lakin hansı tarixli, nömrəli sənədi mübahisələndirdiyini konkret göstərməmişdir. İşə əlavə edilmiş M**********0001 nömrəli hesab faktura və həmin nömrəli bildirişlərə gəldikdə, oradakı məbləğlər fərqlənmiş, iddiaçı hansı məbləğlə razılaşmadığını əsaslandırmış, iddiaçının qeyri-müəyyən tələblərinin dəqiqləşdirilməsi üçün ona vaxt verilsə də, o müvafiq ərizəni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 7alahova
Məhkəmə qərarları › İş №2-1(112)-2657/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2657/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver