Məhkəmə qərarları › İş №2-1(112)-2658/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2658/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2658/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun kаtibliyi, cavabdehin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı Rüstəmova Yeganə İbrahim qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “2-ci dərəcə dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrin – 3 illik ixtisas dərəcəsinə görə birdəfəlik əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Rüstəmova Yeganə İbrahim qızı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci dərəcə dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrin – 3 illik ixtisas dərəcəsinə görə birdəfəlik əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.2000ci ilə kimi Gədəbəy qəsəbə Sovetində mühasib köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2000-ci ildən İİ qrup ümumi əlil kimi iddiaçıya pensiya təyinatı aparılmışdır. xx.xx.2005-ci ildən isə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçıya dövlət qulluqçusu kimi pensiya təyinatı aparılarkən “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacib qaydaları”nın 11-ci və 12-ci bəndinə əsasən ixtisas dərəcəsinə görə əlavə haqq əmək kitabçasında qeyd olunmadığına görə ixtisas dərəcəsinə görə iddiaçıya əlavə haqq hesablanmamışdır. İddiaçı bu barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. ”Dövlət qulluğu haqqında” Qanun xx.xx.2000-ci ildə qəbul olunmuş, 2001-ci ilin sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 569 №-li Fərmanı ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları” təsdiq edilmişdir. İddiaçı 19 avqust 2000-ci ildə işdən azad edildiyinə görə ona ixtisas dərəcəsinin verilməsi barədə əmək kitabçasında qeydiyyat aparıla bilməzdi. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 569 №-li Fərmanı ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”nın 12ci bəndinə əsasən iddiaçının pensiyasına İİ dərəcə dövlət qulluqçusuna görə 65 manat hesablanaraq əlavə olunmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazı təqdim edərək göstərmişdir ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə dövlət qulluğu stajına görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçularına əmək pensiyasının hesablanması üçün dövlət məvacibin tərkibində ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ixtisas dərəcəsi verilir. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İxtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeyd edilir. Qanunvericiliyin istinad edilən müddəalarına görə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi səlahiyyəti onun əmri ilə həyata keçirildiyindən, həmçinin dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi mümkün olduğundan, ixtisas dərəcəsinə görə əlavələr yalnız onun verildiyi gündən başlayaraq ödənilməli olduğundan, pensiyaya çıxan dövlət qulluqçusunun ixtisas dərəcəsi olmadıqda, pensiya hesablanarkən ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alına bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı adına açılmış İT-İ ******* №-li əmək kitabçasına əsasən o, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Gədəbəy MƏƏ-də böyük mühasib vəzifəsində, xx.xx.1988-ci ildən 07.1989-cu ilədək mühasib vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.2000-ci ilədək Gədəbəy qəsəbə sovetində mühasib vəzifəsində işləmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ona xx.xx.2000-ci ildə İİ qrup ümumi səbəbdən əlil kimi əmək pensiyası, xx.xx.2005-ci il tarixdən isə 8 il 9 ay 26 gün dövlət qulluğu iş stajı ilə dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmuşdur, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təyin edilməsi üçün dövlət məvacibi qaydaları”nın 11-ci və 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə ixtisas dərəcəsinə görə əlavə haqq əmək kitabçasına əsasən hesablanır, iddiaçının əmək kitabçasında ixtisas dərəcəsi qeyd olunmadığı üçün pensiyanın məbləğinə yenidən baxılmasının mümkün olmaması iddiaçının nəzərinə çatdırılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2005-ci ildən 8 il 9 ay 26 gün dövlət qulluğu iş stajı ilə dövlət qulluqçusu kimi əmək pensiyası alır, iddiaçı cavabdehə müraciət edərək dövlət qulluqçusunun məvacibinə ixtisas dərəcəsinə görə ödənilən əlavə haqqın nəzərə alınması ilə pensiyasının yenidən hesablanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları); 8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X1, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları); 8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X2 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X2, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları); 8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4cü kateqoriya dövlət orqanları); 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmişDövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”nın 10-cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın 10-cu bəndinə əsasən Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. İşin faktiki hallarına əsasən iddiaçının əmək kitabçasında iddiaçının dövlət qulluqçusu kimi ixtisasının olması barədə qeyd edilməmişdir, eyni zamanda iddiaçıya hər hansı bir ixtisas dərəcəsinin verilməsi barədə dövlət orqanının rəhbərinin əmri verilməmişdir, habelə iddiaçının ixtisas dərəcəsinə görə haqq alması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiqlənməmişdir. İddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsinə əsas onun vəzifəsinin dövlət qulluğuna uyğunlaşdırılması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən 1991-ci il oktyabrın 18-dək dövlət,sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adlarının İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda o halı da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “...göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”... Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2-ci dərəcə dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrin – 3 illik ixtisas dərəcəsinə görə birdəfəlik əlavənin hesablanaraq ödənilməsi haqqında iddiasının heç bir hüququ əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Rüstəmova Yeganə İbrahim qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2-ci dərəcəli dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrin – 3 illik ixtisas dərəcəsinə görə birdəfəlik əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rüstəmova Yeganə İbrahim qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2-ci dərəcəli dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrin – 3 illik ixtisas dərəcəsinə görə birdəfəlik əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar