Məhkəmə qərarları › İş №2-1(112)-2659/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2659/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2659/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X8 və X9 işə cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X8 və X9 işə cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 197 nömrəli (Yeni qaydalarla: ünvan 5 mənzilə dair xx.xx.2023-cü il tarixində X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı və mübahisələndirdiyi Bakı şəhəri, ünvan 2, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) verilməsinə dair üçüncü şəxs olan atası X2 adına Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 17 avqust 2006-cı il tarixli, 013807 nömrəli order verilmişdir. Order verilən zaman onun 11 yaşı olmuşdur. Verilmiş orderdə ailə tərkibi olaraq iki nəfər, o və atası X2 adı yazılmışdır. Hazırda mübahisəli mənzildə mənzil tikib təhvil veriləndən sonra o və atası yaşayır. Mənzildə anası əvvəldən təmir etdirib birlikdə yaşayırlar, eyni zamanda, bütün ödənişlər də anası tərəfindən həyata keçirilmişdir. Lakin, üçüncü şəxs olan atası X8 mübahisəli mənzildə yaşamır, heç vaxtda yaşamayıb. Qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ gözlənilən (payı olan) və artıq yetkinlik yaşına çatmasına baxmayaraq üçüncü şəxs X8 Bakı şəhəri, ünvan 2, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi 74, m 11, m3) razılığı olmadan (28 yaşı olan zaman) və payı müəyyən olunmadan qanunsuz olaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təkbaşına öz adına xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına aldırmış və adına çıxarış verilmişdir. Bu barədə məlumatı isə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən məhkəmə bildirişi gələn zaman xəbərdar olmuşdur. Belə ki, bu zaman ona məlum olmuşdur ki, mübahisələndirilən mənzil hazırda üçüncü şəxs olan bibisi X3 adınadır. Bu səbəbdən də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq onu və anasını mənzildən çıxarmaq istəyir. 17 saylı Vəkil Bürosuna cavabdeh tərəfindən verilən sorğuya cavab olaraq məlum olmuşdur ki, Bakı şəhəri, ünvan 2, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi 74, m11, m 3) xx.xx.2023-cü il tarixində X2 adına qeydiyyata alınmış, Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində X5 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Bu barədə məlumatları aldıqdan sonra o, cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri, ünvan 2, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) xx.xx.2023-cü il tarixində X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh ərizəsinə imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bildiyi və bu hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahələrin məhkəmə qaydasına həll edilməsi bildirilmişdir. Yuxarıda qeyd edilənləri və təqdim edilən sənədləri nəzərə alaraq hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə hüquqları pozulduğundan Bakı şəhəri, ünvan 2, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) 17.08.20.23-cü il tarixində X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi 11, mənzil 197, giriş 3 (Yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair xx.xx.2023-cü il tarixdə X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il, **********77 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, Xarici dairəvi yolu, ev 11, giriş 3, mənzil 197 (yeni qaydalarla: AZ 1070, ünvan 4 ünvanı "xxxx" MİK-in idarə heyətinin üzvlərinin xx.xx.2020-ci il tarixli protokoldan çıxarışına və 85 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 14 saylı notariat kontorunun 4Ə-1958 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X2 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbl edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat veriməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsi və digər üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, Xarici Dairəvi yolu, ev 11, mənzil 197, giriş 3 (Yeni qaydalarla: AZ1070, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 13 yanvar 2025-ci il tarixli, 3-52/2-134/2025 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 225 nömrəli sərəncamından arxiv çıxarışı, həmçinin Bakı şəhər Mənzil Kooperativ İdarəsi tərəfindən verilən xx.xx.2006-cı il tarixli 013807 nömrəli orderin və həmin orderə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli, 7 B nömrəli protokolu (orderlərin verilməsi barədə) təsdiq edilmiş, "xxxx" MTK üzvü X6 order verilmişdir. Bakı şəhər Mənzil Kooperativ İdarəsi tərəfindən verilən xx.xx.2006-cı il tarixli, 013807 nömrəli orderə əsasən Kənar dairəvi küçəsi, ev 11, mənzil 197, giriş 3 ünvanında, 11-ci mərtəbədə yerləşən, 2 otaqlı, 59.5 kv.m olan mənzil 2 nəfər ailə tərkibi (özü - Hacıbəyov K.B və qızı - İddiaçıK) X6 məxsusdur. - "xxxx" MTK tərəfindən verilmiş 258 nömrəli, xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən ünvan 6 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsudur. Bu binanın 3 giriş, 11-ci mərtəbəsində, yaşayış sahəsi 59.5 kv.m olan, 2 otaqlı, 197 saylı mənzilin pay dəyəri X8 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - "xxxx" MTK üzvlərinin ümumi iclasının 03 nömrəli, 16 aprel 2006-cı il tarixli ümumi iclasından çıxarışa əsasən X1 üzv qəbul olunmaqla onun MTK-nın Bakı şəhəri, Kənar dairəvi küçəsi, ev 11, giriş 3, mərtəbə 11, yaşayış sahəsi 59.5 kv.m olan 2 otaqlı, 197 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-46703/2024 nömrəli məktubla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, ev 11, 197, giriş 3 (yeni qaydalarla; ünvan 3 ünvanına dair sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərindəhüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

23. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

18. İşin hallarından müəyyən edilmişdir ki, "xxxx" MTK üzvlərinin 03 nömrəli, 16 aprel 2006-cı il tarixli ümumi iclasından çıxarışa əsasən iddiaçının atası, hazırki iş üzrə üçüncü şəxs X1 üzv qəbul olunmaqla onun MTK-nın Bakı şəhəri, Kənar dairəvi küçəsi, ev 11, giriş 3, mərtəbə 11, yaşayış sahəsi 59.5 kv.m olan 2 otaqlı, 197 nömrəli mənzilinin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 258 nömrəli, xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən o, sözügedən kooperativ yaşayış binasında yerləşən mənzilin pay dəyərini tam şəkildə ödəmiş və MTK-ya borcu olmamışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 225 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli, 7 B nömrəli protokolu (orderlərin verilməsi barədə) təsdiq edilmiş və həmin mənzilə dair "xxxx" MTK-nın üzvü X6 order verilmişdir. Sözügedən sənədlər əsasında cavabdeh tərəfindən sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan üçüncü şəxs K.Hacıbəyov bağışlama müqaviləsi əsasında sözügedən mənzili digər üçüncü şəxs X7 bağışlamışdır.

19. İddiaçı hazırki tələbinin hüquqi əsası kimi xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə həmin mənzilin atasının adına özəlləşdirilməsi zamanı onun razılığının alınmamasına istinad etməklə bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş edir.

20. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassız olmaqla, cavabdeh tərəfindən əsaslı olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Belə ki, göründüyü kimi, mübahisəli mənzil üçüncü şəxs X6 dövlət və ya ictimai mənzil fondundan ayrılmamış, o, sözügedən mənzil sahəsi üzərində hüquqları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən (əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.) əldə etməmiş, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirməmişdir. 3-cü şəxs K.Hacıbəyov sözügedən kooperativ yaşayış binasından yaşayış sahəsini dəyərini tam şəkildə ödəməklə əldə etmiş və onun sözügedən yaşayış sahəsi üzərində hüquqları cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasən qeydiyyata alınmışdır və sözügedən maddənin tələblərində kooperativ yaşayış binasında olan yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı ərizəçi ilə birlikdə yaşayan hər hansı bir şəxslərin razılığının alınması nəzərdə tutulmamışdır.

22. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınması zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisəli mənzil sahəsinə dair 3-cü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qanuni və əsaslı olmuşdur.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar