Məhkəmə qərarları › İş №2-1(112)-266/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-266/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-266/2020 12.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin ediləcək qulluqçuların hərbi siyahısına daxil edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. 1992-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, polkovnik leytinant hərbi rütbəsinə yüksəlmiş, hərbi xidmətinə əsasən cəbhə xəttində keçmişdir.Hərbi xidmət dövründə öz sağlamlığını itirməsinə baxmayaraq, 2014-cü ilin sonlarında onu öz xahişi ilə ordudan təxris etməmişlər, əvəzində isə xidməti uyğunsuzluq adı altında işdən azad etmişlər. Halbuki o, xx.xx.2014-cü ildə təxris olunması ilə bağlı raport yazmış, hərbi hissə komandiri xx.xx.0214-cii ildə raportu imzalamışdır. O, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunmuş, hərbi həkim komissiyası tərəfindən 2-ci dəfə sıradan kənar hərbi xidmətə yararlı kimi şəhadətləndirilmişdir. Bundan sonra xx.xx.2014-cü ildə təxris olunması ilə bağlı təqdimat N nömrəsi ilə hərbi hissədən göndərilmiş, xx.xx.2014-cüildə isə məzuniyyətə götə raport təqdim olunmuşdur. xx xxx 2014-cü ildə Müdafiə Nazirliyinin Hərbi işlər üzrə müavini ilə qərargahda görüşmüşdür. O, görüş zamanı ona müalicə olunmasını tövsiyə etmişdir. Lakin onun əvəzinə hərbi hissə komandirinin TİT üzrə müavini polkovnik leytenant Rəcəbov təxris olunacağını ona bildirmişdir.Məzuniyyətə buraxılması ilə bağlı 3cü dəfə xx.xx.2014-cü ildə raportla müraciət etmişdir. Lakin hərbi hissə komandirinin MTT üzrə müavini ezam getməsini bəhanə edərək raportu özündə saxlamışdır. xx xxx 2014-cii ildə hərbi hissənin həyətində H/hissə komandirinin TİT üzrə müavini ilə görüşüb məzuniyyət barədə danışanda, o ona bu barədə komandirə məlumat verəcəyini bildirmişdir. Yekunda isə xx xxx 2014-cü ildən xx xxxx 2014-cü ilədək olan müddətə məzuniyyətdə olmuşdur. Təxris üçün göndərilmiş təqdimat Müdafiə Nazirliyinin MTT üzrə müavini general mayor Qorxmaz Qarayev tərəfindən “məqsədəuyğun deyil“ qeydiyyatı aparılmaqla geri qaytarılmışdır. Onun məzuniyyətdə olduğu müddətdə isə digər hərbi hissəyə keçirilməsi ilə bağlı başqa bir təqdimat göndərilmişdir. Halbuki birinci dəfə təqdimat göndəriləndə attestasiya balı 120, 2 və 3-cü dəfə göndəriləndə isə attestasiya balı 60 ilə göndərilmişdir. Əslində isə onun balının 120-dən 60-a düşürülməsi absurddur. xx.xx.2014-cü ildə onu qeyri-qanuni olaraq əməliyyat növbətçisi təyin etdikləri vaxt Müdafiə Nazirliyinin Koordinasiya yoxlama heyəti keçmiş Zəfər Süleymanov onun növbəni ataraq təlimə getməsini tələb etmişdir. Lakin o, döyüş növbəsini buraxıb təlimə gedə bilməzdi, yalnız onu digər əməliyyat növbətçisi əvəz etdiyi təqdirdə gedə bilərdi. Çünki döyüş növbəçiliyini atmaq birbaşa cinayətdir. Həmin şəxs isə bunu özünə təhqir hesab edərək, böyük qalmaqal yaratmış və məhz bu qalmaqala cavab olaraq onun təqdimatını xx.xx.2014-eii ildə xidməti uyğunsuzluqla təxrisə göndərmişlər. xx.xx.2014-cü ildə Gəncə Hərbi Hospitalına müalicəyə göndərilmiş, xx.xx.2014-cüildə hospitaldan buraxılmışdır. Buraxılan zaman nəinki növbədə, hətta xidməti vəzifədən 5 gün müddətinə azad olunması tövsiyə olunsa da, xx.xx.2014-cü və xx.xx.2014-ccü ildə onu döyüş növbəsinə təyin etmişlər. Bir Onun sağlamlığını itirməsi Mərkəzi Hərbi Həkim Hospitalının 2013-2014-cii illərdə verdiyi epikrizlərlə açıq-aşkar təsdiq edilir.Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0821 saylı 24 iyun 201 ə-eti il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. Belə ki, 10 illiyə görə 3-cü, 15 illiyə görə 2-ci, nəhayət 20 il qüsursuz xidmətə görə qeyd olunan medalla təltif olunurlar.Azərbaycan Respublikasının müstəqilik qazandığı ilk vaxtdan medalla təltif olunduğu müddətədək olan 20 il ərzində qüsursuz xidmət edən bir şəxs dərhal dəyişərək 10 gün ərzində xidməti uyğunsuzluqla işdən azad olunur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0770 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin olunması nəzərdə tutulmuşdur.O, ehtiyata buraxıldıqdan sonra dövlət vəsaiti hesabına mənzillə təmin olunması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdallə Nazirliyi Mənzil İstismar İdarəsi xx xxx 2019-cu il tarixli 2063 saylı məktubu ilə ona bildirmişdir ki, onun xidmət dövrü ərzində qüsurlu xidməti olduğu üçün adı «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, onun hüquqlarını məhdudlaşdırır. Belə ki, cavabdeh inzibati orqan onun ərizəsi əsasında inzibati araşdırma aparmış, onun iştirakı ilə araşdırma aparmaq əvəzinə, blanket formada hazırlanmış imtina məktubu göndərmişdir. Onun ehtiyata buraxıldığı dövrdə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən gizir, o cümlədən zabit heyətindən olan hərbi qulluqçuların öz arzuları ilə və ya öhdəlik üzrə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmalarına qadağa qoyulmuşdur. Bu səbəbdən də o, uzun müddət döyüş şəraitində, əlverişsiz şəraitdə və daim psixoloji, həyat sağlamlıq üçün təhlükə olan yerdə gərgin şəraitdə xidmət keçən hərbi qulluqçu olaraq məcburiyyət qarşısında qalaraq xidməti uyğunsuzluq əsasında ehtiyata buraxılmışdır. Onun öz ərizəsi ilə azad olunması barədə raportuna da mənfi cavab verilmiş, onun işdən öz arzusu isə azad olunmasına əsas isə bel ağrısı və xidmət dövrü ərzində aldığı travmalarla bağlı qollarının açılmaması olmuşdur. Bu hal hərbi həkim komissiyasının arayışları ilə bir daha təsdiq olunur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 saylı Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 saylı Fərmanına uyğun deyildir. Səbəb odur ki, iddiaçı xx.xx.2014-cü il tarixdə “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Hazırlıq icraatı mərhələsində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 20 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən, xx.xx.2014-cü il tarixədək hərbi xidmətdə olmuş, xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması dövründə iddiaçının xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə 0770 saylı əmrin surəti cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0770 saylı, xx xxxxxxx 2014-cü il tarixli əmrindən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin əmrin surətindən görünür ki, N saylı hərbi hissənin maddi-texniki təminat şöbəsi (Q4) rəisinin baş köməkçisi – Raket-artilleriya silahları xidməti rəisi polkovnikleytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, işin hallarından aydın olur ki, iddiaçı «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 2011-ci 28 dekabr tarixli 569 nömrəli Fərmanına istinad edərək, xx xxxxxxx 2014-cü il tarixdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq, 20 ildən artıq qüsursuz hərbi xidmətdə olduğuna əsaslanaraq dövlət hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini istəyir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya verilmiş xx xxx 2019-cu il tarixli, 2063 saylı imtina məktubundan görünür ki, iddiaçının mənzil təminatı ilə əlaqədar cavabdehə müraciət etmiş və onun ünvanladığı ərizəsinə baxılmış, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artı qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Xidməti dövrü ərzində qüsurlu xidmətdə olduğu səbəbdən adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı silahılarına daxil edilmədiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə iddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi müəyyən edilsə də, lakin həmin xidmət illəri qüsursuz olmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü abzasına əsasən xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hazırki iddia tələbi üzrə bununla razılaşmadığını, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsasının xəstəliyi ilə bağlı olduğunu göstərmişdir. Halbuki həmin əmr bu günədək onun tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Belə olan halda iddiaçı xidməti uyğunsuzluğu görə həqiqi hərbi xidmətdən buraxılması onun xidmət illərinin qüsursuz olmadığını göstərir. Həmçinin xidməti uyğunsuzluğu görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar