Məhkəmə qərarları › İş №2-1(112)-2660/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2660/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2660/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya pensiya hüququnun yarandığı tarixdən güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir 2.Məhkəmə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, 1980-ci ildən etibarən əmək fəaliyyətini müxtəlif yerlərdə həyata keçirmişdir. Belə ki, iddiaçı uzun müddət əmək şəraiti xüsusilə zərərli vəzifələrdə çalışmışdır və qanunvericiliyin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajını tamamladığı üçün ona pensiya təyin olunmalıdır. Bununla bağlı iddiaçı tərəfindən 15 avqust 2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət olunmuşdur. Lakin ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda əsas olaraq qeyd edilmişdir ki, güzəştli iş stajı yanlız 6 il 9 ay 19 gün təşkil edir. Lakin qeyd edilməlidir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki iddiaçı uzun müddət əmək şəraiti zərərli olan işlərdə çalışmışdır və hesab edilmişdir ki, nəzərə alınmayan iş stajı nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 avqust 2023-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan islər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 19 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2017- xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda SOCAR “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun ona dair 13 iyun 2023-cü il tarixli 14-2-8/2-N-2-42/2023-33 nömrəli arayışında xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı stansionar dərinlik özülləri zavodunun 6 nömrəli sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Stansionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexinin yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə, işlədiyi usta vəzifəsi isə yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-207081/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20- ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü işin, tutduğu vəzifənin və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 19 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2017xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 13 iyun 2023-cü il tarixli 14-2-8/2-N-2-42/2023-33 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı stasionar dərinlik özülləri zavodunun 6 nömrəli sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Stasionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexinin yuxanda qeyd olunan siyahı üzrə müəyyən edilmiş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə, işlədiyi usta vəzifəsi isə yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-14427/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki,

Sıra Azfen Azfen BM-də işlədiyi peşə,vəzifələr və iş Azərbaycan Respublikası Nazirlər №si BM-də stajı Kabinetinin “Güzəştli şərtlərlə yaşa işlədiyi dövr görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci ü tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndləri

1. 29-cu maddə " Bina,qurğu və digər xx.xx.2020 Metal konstruksiya işləri üzrə usta obyektlərin inşası,yenidən qurulması, xx.xx.2022 vəzifəsində 2 il 5 ay 27 gün (iki il, beş texniki təchizatı, bərpası və təmiri" ay, iyirmi yeddi gün) çalışmışdır. başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi 2 il 5 ay 27 gün (iki il, beş ay, iyirmi

2. Cəmi: yeddi gün).

İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin" Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərə təqaüdə çıxmaq hüququ qazanmışdır.

7. “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli şəxsin güəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış:

1. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta peşəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 08 ay 15 gün İşlədiyi peşənin xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexaniklə$dirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, is verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, masın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar isini təşkil etmək və sair islərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29- cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 01 il 08 ay 15 gün (bir il səkkiz ay on beş gün) təşkil edir.

2. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində: “Şelflayihətikinti" LSTB-nin İxtisaslaşdırılmış Tikinti İdarəsinin 2 nömrəli sahəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il tarixli 111/K saylı əmr) xx.xx.1995-ci il tarixinədək (xx.xx.1995-ci il il tarixli 09/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 02 ay 27 gün İşlədiyi peşənin xüsusiyyətləri: Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını tərtib etmək və tikinti quraşdırma islərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təşkil etmək, işin müxanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək, görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək və sair işlərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndində “iş icraçıları” vəzifəsi üzrə iş stajı 01 il 02 ay 27 gün (bir il iki ay iyirmi yeddi gün) təşkil edir.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışında bildirilmişdir ki, BOS Şelf MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Üst tikililərin yığılması və quraşdırılması üzrə Usta vəzifəsində işləmişdir, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. (xx.xx.2015-ci il tarixli, 078/15 İR saylı əmr) Nəzərə çatdırılmışdır ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 29-cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), öz əksini tapmış “tikinti və quraşdırma işləri üzrə ustalar (mütəxəssislər)” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 2 il 1 ay 23 gün təşkil edir.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-də xx.xx.2017-ci il tarixindən xx.xx.2018ci il tarixinədək iş icraçısı vəzifəsində işləmişdir, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixidə xitam verilmişdir. (xx.xx.2018-ci il tarixli 40/İX saylı əmr) Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı , bərpası və təmiri), öz əksini tapmış "tikinti və quraşdırma işləri üzrə ustalar (mütəxəssislər)” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "AS Texnoservis” MMC-də iş müddəti 1 il 3 gün təşkil edir.

10. Məhkəmənin sorğusuna cavab olaraq “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı Stasionar Dərin Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində işləmişdir. İşlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı 01 il 08 ay 15 gün olmuşdur. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri “Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən” ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ. bölməsinin “b” bəndində 2290000b—23419 “yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifə koduna uyğundur.

11. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Birgə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azfen BM-in (Hal-hazırda Azfen MMC) Azf-099/107 layihələrində metal konstruksiya işləri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı Azfen BM-də işlədiyi metal konstruksiya işləri üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b)mütəxəssislər bölməsinin tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğun olduğu üçün arayış verilmişdir. Bildirilmişdir ki, İddiaçı McDermott X2. Şirkətində və “X1” MMC-də işləyib işləməməsi barədə məlumatı yoxdur.

12. İş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illər ərzində hərbi xidmətdə olmuşdur.

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Mühəndislik-Tikinti İnstitutunda “İstilik qaz təminatı və havalandırma” ixtisası üzrə xx.xx.1983-xx.xx.1988-ci illər ərzində təhsil almış və “inşaat mühəndisi” ixtisası verilmişdir.

14. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

15. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

16. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

20. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il tarixində cavabdeh quruma müraciət etmişdir.

22. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

23. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 19 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2017xx.xx.2018-ci il, xx.xx.2020-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 13 iyun 2023-cü il tarixli 14-2-8/2-N-2-42/2023-33 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı stasionar dərinlik özülləri zavodunun 6 nömrəli sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Stasionar Dərinlik Özülləri zavodunun 6 nömrəli sexinin yuxanda qeyd olunan siyahı üzrə müəyyən edilmiş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə, işlədiyi usta vəzifəsi isə yuxarıda qeyd olunan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil.

24. İddiaçı “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli şəxsin güəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 01 il 08 ay 15 gün (bir il səkkiz ay on beş gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölmənin “b” bəndində “iş icraçıları” vəzifəsi üzrə iş stajı 01 il 02 ay 27 gün (bir il iki ay iyirmi yeddi gün) təşkil edir. - İddiaçı Bakı Stasionar Dərin Özülləri zavodunun 6 nömrəli sexində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 313/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 139/k saylı əmr) “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində işləmişdir. İşlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı 01 il 08 ay 15 gün olmuşdur. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri “Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən” ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ. bölməsinin “b” bəndində 2290000b—23419 “yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifə koduna uyğundur.

25. İddiaçı “Socar” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və zərərli əmək şəraiti işəgötürən tərəfindən təsdiq edilmişdir.

26. "xxxx" Birgə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azfen BM-in (Hal-hazırda Azfen MMC) Azf-099/107 layihələrində metal konstruksiya işləri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı Azfen BM-də işlədiyi metal konstruksiya işləri üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b)mütəxəssislər bölməsinin tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğun olduğu üçün arayış verilmişdir. Bildirilmişdir ki, İddiaçı McDermott X2. Şirkətində və “X1” MMC-də işləyib işləməməsi barədə məlumatı yoxdur.

27. Məhkəmə iddiaçının McDermott X2. Şirkətində və “X1” MMC-də işlədiyi dövrə münasibətdə qeyd edir ki, həmin qurumlarda metal konstruksiya işləri üzrə usta vəzifəsində işləməsi onun əmək kitabçasında qeydlə və işəgötürən tərəfindən vaxtilə verilmiş sertifikatlarla təsdiqlənir. Belə ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X2. Şirkətində, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “X1” MMC-də işləmişdir (əmək kitabçasına əsasən). Məhkəmə nəzərə alır ki, iddiaçı analoji və ya oxşar fəaliyyətlə məşğul olan müəssisələrdə (BOS Şelf MMC, "xxxx" Birgə Müəssisəsi) həmin vəzifədə (metal konstruksiyaların yığılması və quraşdırılması üzrə usta vəzifəsi) işləmiş və həmin işəgötürənlər tərəfindən əmək şəraitinin zərərli olması təsdiq edilmiş və cavabdeh orqan da həmin dövrləri qəbul edir.

28. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

29. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 09 ay 08 gün stajı mövcuddur.

30. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

31. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar