Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2661/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “bölgü aparılaraq ayrı çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********35 saylı, xx.xx.2022-ci il tarixli imtinasının qeyri-qanuni hesab edilərək Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, mənzil 8-də bölgü aparılması, ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, mənzil 8-ə dair RX seriyalı ******* saylı çıxarış verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 335 nömrəli reyestr kitabının 31300 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın 1/5 hissəsi mülkiyyət hüquqları ilə iddiaçıya, 4/5 hissəsi qardaşı X3 məxsusdur. Faktiki olaraq 8 saylı mənzil 3 ayrı-ayrılıqda giriş-çıxışa malik olmaqla mənzillərin birində iddiaçı, birində qardaşı Yusif ailə üzvləri ilə və digərində qardaşı Natiq ailə üzvləri ilə birlikdə yaşayır. 5 saylı MKİSin xx.xx.2022-ci il tarixli aktından da göründüyü kimi hər bir ailənin mənzilinə ayrıca girişçıxış vardır. Həmin yaşayış sahələrindən hər bir ailə hazırda təyinatı üzrə istifadə edirlər. O, cavabdehə müraciət edərək bütün razılıq sənədlərini təqdim etsə də, iddia tələbində qeyd olunan bölgü aparılması, ayrı-ayrı dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bölgüsü nəzərdə tutulan hissələrdən biri arxiv texniki pasportuna əsasən mənzilin köməkçi sahəsidir. Bu səbəbdən bölgü sxeminin tərtib olunması mümkün olmamışdır. Lakin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, mənzil 8-ə dair RX seriyalı ******* saylı çıxarışın əsasını təşkil edən arxiv sənədlərindən də göründüyü kimi vaxtı ilə eyni ünvanda 5, 6 və 8 saylı mənzillər ayrı ayrılıqda mövcud olmuşdur. Belə ki, arxiv sənədlərinə əsasən ilkin olaraq 5 saylı mənzil Semen İllizarova, 6 saylı mənzil Georgi Artuyunova, 8 saylı mənzil isə Tamara Cijevskayaya məxsus olmuşdur. 8 saylı mənzil 04 aprel 1986-cı il tarixdə 26 Bakı komissarı XDS-nin İK 51/4051 saylı qərarına əsasən mərhum atası X4 verilmişdir. Sonradan 5 və 6 saylı mənzilləri də atası almış və bir nömrə altında, 8 saylı mənzil ətrafında birləşdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən bölgüsü nəzərdə tutulan 3 saylı hissə mənzilin texniki pasportunda təsərrüfat otağı, yəni köməkçi sahə kimi nəzərdə tutulsa da, faktiki olaraq yaşayış otağına çevrilmiş, nəticədə otaq sayında fərq yaranmış, texniki pasportla faktiki vəziyyət arasında fərqlilik əmələ gəlmişdir. Bu səbəbdən bölgü sxemin tərtib olunması mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, mənzil 8 hazırda İddiaçı (1/5 hissə) və X2 (4/5 hissə) paylı mülkiyyətindədir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, texniki pasporta əsasən mənzilin 1 ədəd sanitar qovşağı var. Faktiki mövcud olan ikinci sanitar qovşağı texniki pasportda nəzərdə tutulmayaraq sonradan rekonstruksiya edilərək əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək, tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 76.7 kv.metr sahəsi olan 8 nömrəli mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı (1/5 hissə) və X3 (4/5) məxsusdur. 8 saylı mənzilə dair xx.xx.2018-ci il tarixli texniki pasportdan görünür ki, 8 saylı mənzildə 3 yaşayış otağı, 1 sanitar qovşaq, 1 təsərrüfat otağı və 1 giriş-mətbəx mövcuddur. İddiaçı hazırda 8 saylı mənzilin bölgüsünün aparılması və hər bir payçıya münasibətdə ayrıca çıxarış və texniki pasport verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Məhkəmə iclasında iştirak edən digər paylı mülkiyyətçi olan üçüncü şəxs Y.Məmmədov da 8 saylı mənzilə dair payların naturada bölünməsi barədə iddiaçı ilə aralarında razılığın mövcud olmadığını bildirdi. Eyni zamanda işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-248/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında ümumi sahəsi 76 kv.m. 3 yaşayış (14.4+9,9+9,0=33,3 kv.m) otaqlarından ibarət olan yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylarına uyğun olaraq, ayrılaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, “...İş üzrə təyin olunmuş məhkəmə tikintitexniki ekspertizasının 08 fevral 2019-cu il tarixli, 31264 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi 6 saylı evin 8 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir... ...tərəflərin paylı mülkiyyətində olan mənzillərin naturada bölgüsünün aparılması mümkün olmadığından, iddiaçı payın əvəzinə pul kompensasiyası verilməsinə dair digər mülkiyyətçiyə müraciət etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən tərəflərin paylı mülkiyyətində olan mənzillərin açıq hərracdan satılmaqla əldə olunan pul vəsaitinin mülkiyyətçilər arasında paylara uyğun bölünməsi barədə məhkəmə aktının qəbul edilməsi qeyri-mümkündür.” Göründüyü kimi, mübahisəli mənzilin bölünməsi ilə bağlı tərəflər arasında razılıq olmadığından məsələ ilə bağlı ümumi məhkəməyə müraciət edilmiş, məhkəmə isə həmin mənzilin naturada bölgüsünün aparılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Belə olan halda aydındır ki, mübahisəli mənzilin bölünməsi ilə bağlı tərəflər arasında razılıq olmadığından, həmin bölgünün aparılması məhkəmə tərəfindən mümkün sayılmadığından bu bölgünün cavabdeh tərəfindən aparılması və ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilə dair bölgü sxemin tərtib edilməsi mümkünsüzdür. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Səbail rayonu 5 saylı Mənzil - Kommunal İstismar Sahəsinin mühəndisləri tərəfindən ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilə yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, 8 saylı mənzil 3 (üç) otaqdan ibarət olmaqla 76,7 kv.m ümumi sahəyə malikdir. Göstərilən mənzildə 3 ailə yaşayır. Belə ki, X6 14,4 kv.m sahəyə malik 1 otaqda ailəsi ilə yaşayır, ayrıca girişi mövcuddur. X5 isə həmin mənzilin 2 otağında (9,0 kv.m və 9,9 kv.m sahəyə malik) tək yaşayır, ayrıca girişi mövcuddur. İddiaçı isə həmin mənzildə 9,6 kv.m sahəyə malik yaşayış sahəsinə daxil edilməyən texniki pasportda göstərilən sahədə qızı ilə birlikdə yaşayır, həmin sahənin ayrıca girişi mövcuddur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil hüquqmüəyyənedici sənəd üzrə 3 otaq olsa da, faktiki olaraq 4 otaqdır. Belə ki, 3 saylı sahə texniki pasportda təsərrüfat otağı yazılsa da, faktiki yaşayış otağıdır. Digər tərəfdən, iddia ərizəsi və iddiaya yazılı etirazdan görünür ki, texniki pasporta əsasən mənzilin 1 ədəd sanitar qovşağı olsa da, faktiki olaraq ikinci sanitar qovşaq və giriş çıxış mövcuddur və bu əlavələr texniki pasportda nəzərdə tutulmayaraq sonradan rekonstruksiya edilərək əlavə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. - 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidənqurma və yenidənplanlaşdırmalar üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı olmalıdır. Əgər belə dəyişiklik artıq edilmişsə, onda əmlakda aparılmış bu dəyişikliklər yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Lakin işdən bu qaydalara əməl olunması, yəni iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətində olan əmlakda aparılmış dəyişikliklərin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli daşınmaz əmlakda aparılmış özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, paylı mülkiyyətçilər arasında bölgü barədə razılıq olsa belə, iddiaçının hazırkı məzmunda iddiası mümkün sayıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova
Məhkəmə qərarları › İş №2-1(112)-2661/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2661/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver