Məhkəmə qərarları › İş №2-1(112)-2664/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2664/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2664/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə müraciət edərək Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 250 manat və İcbari Tibbi Sığorta Fonduna 150 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 ədədin qiyməti 150 manat olan 1 ədəd “LG”(32 ekran) markalı televizor və 1 ədədin qiyməti 250 manat olan 1 ədəd “Bosch” markalı kondisioner olmaqla ümumilikdə 400 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2030,95 manat və İcbari Tibbi Sığorta Fonduna 253,13 manat məbləğində yaranan borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 ədədin qiyməti 150 manat olan 1 ədəd “LG”(32 ekran) markalı televizor və 1 ədədin qiyməti 250 manat olan 1 ədəd “Bosch” markalı kondisioner olmaqla ümumilikdə 400 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********0 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 250 manat və İcbari Tibbi Sığorta Fonduna 150 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

3. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli “Məlumatın təqdim edilməsi” barədə məktubda bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixə **********0 nömrəli qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna 1287,27 manat məbləğində borc mövcuddur.

4. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh borcun ödənildiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərə əsasən iddia qaldırılan tarixdən sonrakı dövrdə cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə iddia olunan borc məbləğində, yəni cəmi 449,57 manat (borc cəmi 400 manatdır) ödəniş həyata keçirilmişdir.

7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar