Məhkəmə qərarları › İş №2-1(112)-2665/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2665/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2665/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 30 il əmək fəaliyyəti ilə məşğul olmuşdur və 66 yaşı var. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmiş və imtina məktubu almışdır. xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 16 il 5 ay 15 gün təşkil edir. Bundan başqa həmin məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kiabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək Bakı Ticarət İçtimai İyaşə Baş İdarəsinə aid olan arxiv sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Kooperativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinə təhvil verilmədiyindən həmin dövlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zaman X5 Filialının müvafiq məktubuna əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci ii tarixədək "xxxx" MMC-nin hüquqi ünvanın məlum olmaması səbəbindən həmin dövlərin araşdırılması və iddiaçının sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Məhz bu səbəblərdən sığorta stajınız 25 il müddətinə tamamlanmamışdır. Ona görə də qanunvericiliyin tələbi baxımından əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır.

3. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Ə.İddiaçı yaşa görə əmək pensiya təyin edilməsi üçün Fondun Sosial ödənişlərin X4 filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ə.İddiaçı iddia ərizəsində 01 mart 1992-ci il tarixdən 26 aprel 2000-ci il tarixədək Bakı Ticarət və İctimai İaşə Baş İdarəsində və xx.xx.2000-ci il tarixdən 30 sentyabr 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyini iddia edir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə qeyd edilən dövrlərlə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********5 və **********2 nömrəli, Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2022 tarixli **********9 nömrəli, Əmlak Məsələləri Dövlət Xidmətinə 04 noyabr 2022-ci il tarixli **********1 nömrəli, Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmə və Koordinasiya Mərkəzinə 04 noyabr 2022-ci il tarixli **********0 nömrəli, "xxxx" MMC-yə 04 noyabr 2022-ci il tarixli sorğular göndərilmişdir. Milli Arxiv İdarəsinin 14 noyabr 2022-ci il tarixli 4/2195 nömrəli və 16 noyabr 2022-ci il tarixli 4/2203 nömrəli cavab məktublarında "xxxx" MMC və Bakı Ticarət və İctimai İaşə Baş İdarəsinin arxiv sənədlərinin mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin 01 dekabr 2022-ci il tarixli **********68 nömrəli cavab məktubunda "xxxx" MMC barədə hər-hansı məlumat olmadığı göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 23 noyabr 2022-ci il tarixli 7-5626/17 nömrəli cavab məktubunda Bakı Ticarət və İctimai İaşə Baş İdarəsinin sənədlərinin İcra Hakimiyyətinin arxivində saxlanılmadığı qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmə və Koordinasiya Mərkəzinin 24 noyabr 2022-ci il tarixli **********77 nömrəli cavab məktubunda Bakı Ticarət və İctimai İaşə Baş İdarəsinin sənədləri Mərkəzi Arxivdə saxlanılmadığına görə İddiaçı barəsində heç bir məlumatın verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin "xxxx" MMC-yə ünvanlanan sorğular müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbilə geri qayıtmışdır. Fondun Sosial ödənişlərin X4 filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən Ə.İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Ticarət və İctimai İaşə Baş İdarəsinin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmə və Koordinasiya Mərkəzinə təhvil verilmədiyi müəyyən edilmiş və "xxxx" MMC-inin hüquqi ünvanının məlum olmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlər təsdiqlənməməsi səbəbilə İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan (25 il) sosial sığorta stajından azdır və buna görə də yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmammışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2021-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Habelə nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2 xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda göstərilmişdir ki, təqdim edilən ИТ-İ №0236508 saylı əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən) İddiaçı sosial sığorta stajı 16 il 10 ay (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət) olmaqla tələb edilən müddətdən (25 il) azdır. Əlavə olaraq Ə.İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı Ə.İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tamamlanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həll olunduğunu və iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduğunu bildirərək pensiya alt sistemindən çıxarışlar təqdim etmişdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Məhkəmə hesab edir ki, aid pensiya altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmaqla iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar