Məhkəmə qərarları › İş №2-1(112)-2666/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2666/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2666/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Mayıllı” firmasının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X3 İdarəsinə qarşı “2011- 2012-ci illər üzrə qanunsuz və əsassız hesablanmış 1722,65 manat əmlak vergisinin şəxsi hesab vərəqəsində azalma verilməsi və vergi borcundan silinməsi vəzifəsinin qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Mayıllı” firması cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X4 İdarəsinə qarşı “2011- 2012-ci illər üzrə qanunsuz və əsassız hesablanmış 1722,65 manat əmlak vergisinin şəxsi hesab vərəqəsində azalma verilməsi və vergi borcundan silinməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclasları xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsi zərurəti barədə 28 sentyabr 2020-ci il tarixli məktubla bildirmiş, iddianın dəqiqləşdirilməsi üçün 03 noyabr müddət təyin etmiş, məsələ ilə əlaqədar yazılı izahatların təqdim edilməsini təklif etmişdir. Lakin, iddiaçı iddianın dəqiqləşləşdirilməsi barədə ərizə təqdim etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia ərizəsinin geri götürülmüş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Mayıllı” firmasının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X3 İdarəsinə qarşı “2011- 2012-ci illər üzrə qanunsuz və əsassız hesablanmış 1722,65 manat əmlak vergisinin şəxsi hesab vərəqəsində azalma verilməsi və vergi borcundan silinməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Mayıllı” firmasının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X3 İdarəsinə qarşı “iddiaçıya şəhadətnamə-dublikatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2 Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar