Məhkəmə qərarları › İş №2-1(112)-267/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-267/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-267/2020 12.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Hüseynov Kamandar Əbülfəz oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı Əliyev Urfan Abusətdər oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “məhdudiyyətin aradan qaldırılması, hüququn qeydiyyata alınması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Əliyev Urfan Abusətdər oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dodge Challanger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində törədilmiş inzibati xətalarla bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və iddiaçının adına nəqliyyat vasitəsinin müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Rüstəmov Rüstəm Nüşrəvan oğlu arasında bağlanmış 01179 saylı, xx.xx.2013cü il tarixli kredit müqaviləsinin təminatı kimi “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Borclu banka olan borcunu ödəmədiyindən bank məhkəməyə müraciət etmiş, Nərimanov rayon məhkəməsinin 2(005)-4597/14 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında X4 oğluna məxsus “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-də hərraca çıxarılmışdır, həmin hərracda iddiaçı da iştirak etmiş və hərracın 138 №li, xx.xx.2019-cu il tarixli protokoluna əsasən qalib olaraq “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobili aldıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək üçün DİN-nin Baş X7 İdarəsinin X2 müraciət etdikdə müraciəti təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, avtomobilin əvvəlki mülkiyyətçisi X1 və etibarnamə əsasında avtomobili idarə edən Fətullayev Sadiq Yadullah oğlu yol hərəkti qaydalarını dəfələrlə pozduqlarına görə cəmi 2000 manatdan artıq ödənilməmiş cərimələri mövcuddur. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili K.Hüseynov iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx-xx-25855/14- 5-18 nömrəli məktubuna, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinə ünvanlanmış məktubuna, "xxxx"nin “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli, Y-138 nömrəli protokoluna əsasən "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2019-cu il tarixli, Y-138 sayı “Hərracın yekunları barədə protokol”a əsasən “Dodhge Challanger” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil 10000 manata Əliyev Urfan Abusətdər oğluna satılmışdır. “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1665 nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə ünvanlanmış məktubu ilə Nərimanov rayon məhkəməsinin 2(005)-4597/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən borclu Rüstəmov Rüstəm Nüşrəvan oğluna məxsus “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan satıldığı üçün girovdan azad edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 016-724002-3219 nömrəli məktubuna əsasən iddiaçının hərracda satdığı “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin görürülməsindən və iddiaçının adına rəsmiləşdirilməsindən imtina edilmişdir, imtinanın əsası kimi DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində “Dodge Challenger” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair inzibati xətalar haqqında protokolların tərtib olunması və inzibati xətaya görə cərimələrin mövcud olması göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ixtisaslaşdırılmış açıq hərracda “Dodge Challenger” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almışdır. Həmin avtomobil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi və avtomobil üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmidşir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət ermişdir. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin1-ci bəndinə əsasən Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:..nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ...qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; ...müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ...2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. İşin faktiki hallarına əsasən iddiaçı avtomobili qanuni əsaslarla əldə etmişdir – hərracdan satın almışdır, hərrac protokolu qanunvericiliyin tələblərinə əsasən müqavilə qüvvəsinə malikdir.Avtomobilin iddiaçıdan əvvəlki mülkiyyətçisi və istifadəçisi olmuş şəxslər barədə inzibati xətalar haqqında protokolların tərtib olunması və inzibati xətaya görə cərimələrin mövcud olması əsası ilə iddiaçının qanuni əsaslarla əldə etdiyi “Dodge Challenger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının mülkiyyət hüququnu avtomobilin qeydə almaqdan imtina etmək kimi cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Belə olan halda inzibati protokollar və cərimələr avtomobil haqqında deyil, avtomobilin mülkiyyətiçisi və ya istifadəçisi barədə tərtib edildiyi üçün avtomobilin iddiaçıdan əvvəlki mülkiyyətçisi və ya istifadəçisi barədə tərtib edilmiş inzibati protokollara əsasən tətbiq edilmiş cərimələrin mövcud olması həmin avtomobili qanuni əsaslarla əldə etmiş iddiaçının həmin avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmək üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, “Dodge Challanger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində həmin avtomobilin iddiaçıya satılması barədə hərrac protokolunun tərtib edildiyi 08 may 2019-cu ilə qədər törədilmiş inzibati xətalarla bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və iddiaçının adına nəqliyyat vasitəsinin müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2,33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 08 may 2019-cu il tarixə qədər “Dodge Challanger” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində törədilmiş inzibati xətalarla bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, nəqliyyat vasitəsi üzərində İddiaçı Abusətdər oğlunun mülkiyyət hüququnun qeydiyyata alınması və İddiaçı Abusətdər oğlunun adına nəqliyyat vasitəsinin müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hаkim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar