Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-267/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12 may 2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********984200 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.07.2020-ci il tarixli, **********40100 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 12 may 2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********984200 №-li qərardan və 15 may 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, ona 124,093.17 manat vergi borcu hesablanmışdır. Bu qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, kapitaldakı iştirak payı və səhmlərin satışından əldə olunan gəlir üzrə kameral yoxlama nəticəsində hesablanmış əlavə vergi öhdəliyi həqiqi, əsaslı və qanuni sayıla bilməz. Cavabdeh nəzərə almamışdır ki, iştirak payının satışı tarixinə müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Buna görə də pay nominal qiyməti ilə satılmışdır və əlavə olaraq mənfəətə cəlb edilən məbləğ yoxdur. Eyni zamanda xalis aktivin hesablanması qaydası Maliyyə Nazirliyinin normativləri və sənədlərinə əsasən mənfəət vergisinin məbləğindən deyil, aktivlər ilə öhdəliklər arasında yaranan fərq ilə müəyyən edilir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia təmin edilməməlidir. İddiaçı "xxxx" şirkətindəki (VÖEN **********) (Qeyd: “NORD STAR’’ şirkəti təsisçinin 22.06.2020-ci il tarixli qərarı ilə VÖEN-i saxlanılmaqla “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə cevrilmişdir.) özünə məxsus olan 100% payının 23.02.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş “payın alqı-satqısı” müqaviləsinə əsasən 20,0 manata X6 təqdim edildiyi müəyyən edilmişdir. Lakin "xxxx" şirkətinin həmin tarixə olan aktivlərinin dəyəri nəzərə alınaraq iştirak payının 20,0 manata təqdim edilməsi real vergi məbləğinin gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09.04.2020-ci il tarixli, **********490900 nömrəli məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə yeni əlavə edilmiş 96.5-ci maddəyə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) qeyrisahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Həmin Məcəllənin 102.1.27-ci maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır. Kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 102.1.27-ci maddəsində nəzərdə tutulan güzəşt nəzərə alınmaqla 828440,71 manat məbləğ qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilərək, həmin Məcəllənin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün gəlir vergisi üzrə 115981,7 manat (828 440,71*14%) vergi hesablanmışdır. ‘‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli, **********984200 nömrəli qərara əsasən 2019-cu il üçün gəlir vergisi üzrə hesablanmış 115981,70 manat vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiacı İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - 23.02.2019-cu il tarixli payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını X6 20,0 (iyirmi) manata satmışdır. - X2 (VÖEN: **********) 2019-cu il üzrə gəlir vergisi bəyannaməsindən görünür ki, vergi ödəyicisinin əsas fəaliyyət növü “digər pul vasitəçiliyi”dir. Bəyannamənin növü dəqiqləşdirilmiş olmaqla, sahibkarlıq subyektinin meyarı “mikro” qeyd edilmişdir. Səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin satışından əldə edilmiş gəlirlər 20.00 manat, səhmlərin satışından əldə edilmiş gəlir (1206.1.1=1206.1.1+1206.1.2) 20.00 manat, nizamnamə kapitalındakı səhmlər xalis aktivlərin səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə əldə edilmiş gəlir (1206.1.1=1206.1.1.3-1206.1.1.1) 20.00 manat, təqdim edilən səhmlərin faktiki təqdim olunma dəyəri 20.00 manat, ümumi gəlirlər (1200.+1201.+...+.+1221.+1222.) 20.00 manat, o cümlədən qeyri-sahibkarlıq fəaliyyəti üzrə ümumi gəlirlər 20.00 manat, çıxılmadan sonra ümumi gəlir (1223.-1224.) 20.00 manat, o cümlədən çıxılmadan sonra qeyri-sahibkarlıq fəaliyyətindən ümumi gəlir 20.00 manat, vergiyə cəlb olunan gəlir (1225.- 1240.) 20.00 manat, o cümlədən qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergiyə cəlb olunan gəlir 20.00 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirin məbləği (sət. 1241-(sət.1242+sət.1244)) 20.00 manat, gəlir vergisi 2.80 manat, ödənilməli gəlir vergisi 2.80 manat bəyan edilmişdir. - X2 (VÖEN: **********) 2019-cu il üzrə gəlir vergisi bəyannaməsindən görünür ki, vergi ödəyicisinin əsas fəaliyyət növü “digər pul vasitəçiliyi”dir. Bəyannamənin növü dəqiqləşdirilmiş olmaqla, sahibkarlıq subyektinin meyarı “mikro” qeyd edilmişdir. Səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin satışından əldə edilmiş gəlirlər 1,656,881.41 manat, səhmlərin satışından əldə edilmiş gəlir (1206.1.1=1206.1.1+1206.1.2) 0.00 manat, nizamnamə kapitalındakı səhmlər xalis aktivlərin səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə əldə edilmiş gəlir (1206.1.1=1206.1.1.3-1206.1.1.1) 0.00 manat, iştirak paylarının satışından əldə edilmiş gəlir 1,656,881.41 manat, nizamnamə kapitalındakı iştirak payları xalis aktivlərin iştirak paylarına mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə əldə edilmiş gəlir (1206.4.1=1206.4.1.3-1206.4.1.1) 1,656,881.41 manat, təqdim edilən iştirak paylarının nominal dəyəri 20.00 manat, təqdim edilən iştirak paylarının faktiki təqdim olunma dəyəri 1,656,901.41 manat, ümumi gəlirlər (1200.+1201.+...+.+1221.+1222.) 1,656,881.41 manat, o cümlədən qeyri-sahibkarlıq fəaliyyəti üzrə ümumi gəlirlər 1,656,881.41 manat, çıxılmadan sonra ümumi gəlir (1223.-1224.) 1,656,881.41 manat, o cümlədən çıxılmadan sonra qeyri-sahibkarlıq fəaliyyətindən ümumi gəlir 1,656,881.41 manat, vergiyə cəlb olunan gəlir (1225.-1240.) 1,656,881.41 manat, o cümlədən qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergiyə cəlb olunan gəlir 1,656,881.41 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolmalar və güzəştlər (sətrin təsnifatı 3№-li Əlavə ilə təqdim olunur) 828,440.71 manat, o cümlədən qeyri-sahibkarlıq fəaliyyətindən vergiyə cəlb olunan gəlir üzrə azadolmalar və güzəştlər 828,440.71 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirin məbləği (sət.1241- (sət.1242+sət.1244)) 828,440.70 manat, gəlir vergisi 115,981.70 manat, ödənilməli gəlir vergisi 115,981.70 manat bəyan edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş 12.05.2020-ci il tarixli, **********984200 nömrəli qərardan görünür ki, daxil olan məlumatlara əsasən vergi ödəyicisi "xxxx" Şirkətində (VÖEN: **********) 100% paya malik olan X5 (VÖEN: **********) 23.02.2019-cu il tarixdə öz payını 20 manata notariat qaydada X6 təqdim etmişdir. "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X5 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat vergi borcu hesablanmışdır. - Cavabdeh tərəfindən qəbul edilmiş 03.07.2020-ci il tarixli, **********740100 nömrəli qərardan görünür ki, daxil olan məlumatlara əsasən vergi ödəyicisi "xxxx" Şirkətində (VÖEN: **********) 100% paya malik olan X5 (VÖEN: **********) 23.02.2019-cu il tarixdə öz payını 20 manata notariat qaydada X6 təqdim etmişdir. "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X5 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat vergi borcu hesablanmışdır. - "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin 2018-ci il üzrə ümumi gəlirləri 1,718,961.96 manat, xərcləri 1,903,455.97 manat, zərər 184,492.01 manat, mənfəət vergisi 0.00 manat olmuşdur. - "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsinə 1 №-li Əlavədən görünür ki, müəssisənin 2018-ci il üzrə hesabat dövrünün sonuna 4,416,739.35 manat cəmi aktivləri, 4,416,739.35 manat cəmi kapital öhdəlikləri, 2,759,837.94 manat cəmi öhdəlikləri, 1,946,391.78 manat kreditor borcları, 1,738,255.59 manat dövlət büdcəsinə vergi borcu, 186,801.19 manat sair kreditor borcları vardır. - Arayışdan görünür ki, "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il mənfəət vergi bəyannaməsinə əlavəsinə əsasən cəmi aktivləri 4.459,90 min manat, cəmi öhdəlikləri 2.803,00 min manat, cəmi xalis aktivləri (VM 13.2.74) 1 656,90 min manat, nizamnamə kapitalı 0,02 min manat, VM-nin 96.5-ci maddəsinə əsasən 1 656,88 min manat, VM-nin 102.1.27 güzəşt (50%) 828,44 min manat, VM-nin 101.2 maddəsinə əsasən hesablanan vergi 115,98 min manatdır. - Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" Şirkəti tərəfindən vergi öhdəlikləri ilə bağlı 2019-ci il ərzində (əsasəndə mart- aprel aylarında) 4,587,330.24 manat dövlət büdcəsinə ödənişlər edilmişdir. - “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən 15.09.2021-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, 01.01.2000- 23.02.2019-cu illəri əhatə edən dövr üzrə 5.852.783,32 manat hesablanmış, 3.285.620,54 manat ödənilmiş, 907.592,61 manat azaldımış, əhatə etdiyi dövrün son tarixinə saldo - 1.808.850,71 manat, çap tarixinə saldo 28.491,60 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 118.622,11 manat göstərilmişdir. - 30.10.2018-ci il tarixli, **********140851 nömrəli səyyar vergi yoxlmasına dair aktın surətindən görünür ki, "xxxx" Şirkətinin (VÖEN: **********) 2012-2013-cü il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama ilə ƏDV-nin 1051538.0 manat, mənfəət vergisinin 182980.75 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 988902.48 manat, ödəmə mənbəyindən tutulan verginin 101907.86 manat, cəmi 2325329.09 manat vergilərin azaldığı müəyyən edilmişdir. - 30.11.2018-ci il tarixli, **********805200 nömrəli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 01 yanvar 2012-ci il tarixdən 31 avqust 2013-cü il tarixədək olan dövrdə təsisçisi olduğu "xxxx" Şirkətinin (VÖEN: **********) nəzdində “İddiaçı Klinikası” tibb müəssisəsinin fəaliyyətinə fakitki rəhbərlik edərək 1302456.93 manat vergiləri və 983273,36 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödənilməkdən yayındırdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7507 №-li 15.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərildiyi kimi vergi orqanı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi əsas götürülməklə kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat müəyyən edilmişdir. Lakin təqdim edilmiş iş materiallarında "xxxx" Şirkətinin iştirak payının alqı-satqı tarixinə, yəni 23.02.2019-cu il tarixinə borcunun 5.682.616,00 manat dəyərində olması göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında (səhifə 82-97) həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı ödəniş tapşırıqları öz əksini tapmışdır. Yəni, iştirak payının satışı tarixinə (23.02.2019-cu il) müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Bundan başqa bildirlir ki, təqdim edilmiş iş materiallarında (səhifə 142) olan şirkətin şəxsi hesab vərəqəsində alqı-satqı tarixinə 1.670.039,63 manat qalıq borcunun olması qeyd olunmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan 2018-2019-cu illərə dair olan mənfəət vergisi bəyannamələrinin ümumi gəlirlər hissəsində olan gəlirlə cəmləndikdə belə (1718961,96+3714505,01=5.433.466,97) şirkətin alqı-satqı tarixinə olan borc məbləğini əhatə etmir. Bütün yuxarıda göstərilənlər nəzərə alındıqda iştirak payının satışı tarixinə, yəni 23.02.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını 23.02.2019-cu ildə 20,0 (iyirmi) manata X1. “NORD STAR’’ şirkəti təsisçinin 22.06.2020-ci il tarixli qərarı ilə VÖEN-i saxlanılmaqla “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş 03.07.2020-ci il tarixli, **********740100 nömrəli qərarla Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X3 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat vergi borcu hesablamışdır. Qərarın qəbul edilməsi əsası kimi X2 23.02.2019-cu il tarixdə "xxxx" Şirkətində olan 100% payını 20 manata X6 təqdim etməsi, "xxxx" Şirkəti tərəfindən 2018ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etməsi qeyd olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 03.07.2020-ci il tarixli, **********740100 nömrəli qərar mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. - 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. - 67.7-ci maddəsinə əsasən əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. - 67.8-ci maddəsinə əsasən bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. - 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. - 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. - 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. - 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. - 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa qeyrisahibkarlıq fəaliyyətindən gəlirə aiddir. - 102.1.27-ci maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi orqanı 06.11.2019-cu il tarixdə X4 vergi ödəyicisi kimi qeydə almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. - 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. - 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır...(34.2-ci maddə). Bəhs olunan normalara görə vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Cavabdeh inzibati orqan iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə də açmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.3-cü və 2.4-cü bəndlərinin tələblərinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərdi sahibkar vergi orqanında uçot alınır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının təsis payının olduğu "xxxx" Şirkətinin 01.01.2000-23.02.2019-cu illəri əhatə edən dövr üzrə ümumilikdə 5.852.783,32 manat vergi borcu hesablanmış və həmin məbləğin 3.285.620,54 manatı ödənilmiş, 907.592,61 manatı azaldımışdır. Bu isə son nəticədə onun dövlət büdcəsinə 1.808.850,71 manat borclu qalması deməkdir. Göründüyü kimi "xxxx" Şirkətinin alqı-satqının həyata keçirildiyi zaman 1.808.850,71 manat borcu olmuşdur. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı da iştirak payının satışı tarixinə, yəni 23.02.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş 02.03.2022-ci il tarixli, 9/475 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırılması zamanı iddiaçı Leyla Şıxlınskayanın "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını 23.02.2019-cu ildə sataraq gəlir əldə etməsi öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən **********740100 №-li, 03.07.2020-ci il tarixli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.07.2020-ci il tarixli, **********40100 nömrəli qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-267/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-267/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver