Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-267/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər Bakı şəhəri Biləcəri Bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində cizgi əsasında 300 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulmasıbarədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q. Süleymanov küçəsində yerləşən 300 kv.m torpaq sahəsi iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsini uzun müddət bağ-bostan sahəsi kimi istifadə etmiş, sonradan 2004cü ildə ərizə ilə Biləcərəi Bələdiyyəsinə müraciət edərək uzun müddət bağ-bostan sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmasını xahiş etmişdim. Bununla bağlı olaraq, Biləcəri Bələdiyyəsi tərəfindən 16 yanvar 2004-cü il tarixində B №13 nömrəli məktubla Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısına müraciət edilərək, qeyd olunan ünvanda bağ-bostan sahəsi kimi istifadə etdiyi cizgi əsasında 300 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmasının məqsədəuyğun hesab edildiyi və razılığın bildirilməsi istənilmişdir. 27 yanvar 2004-cü il tarixdə Biləcəri Bələdiyyəsi tərəfindən “Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən Bakı şəhər Biləcəri qəsəbə sakini İddiaçı qızma fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin alqı-satqı yolu ilə satılması” haqqında 394 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı 05 fevral 2004-cü il tarixdə alqısatqı əsasında bələdiyyənin müvafiq bankda hesabına 4 800 000 AZN pul keçirtmişdir, həmin qəbzin surəti məhkəməyə təqdim edilir. İddiaçı torpaq sahəsini bəlidiyyədən aldıqdan sonra həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikdirmişdir və hazırda uzun müddətdir ki, ailəsi ilə birlikdə yaşayır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q. Süleymanov küçəsində yerləşən 300 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21 -3-30/2-A-0408- 8/**********16488 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q. Süleymanov küçəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir.Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Qeyd edilən məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını cavabdeh göstərsədə faktiki olaraq imtina etmişdirlər və çıxarış torpağa vermirlər. Məktubda “qeydiyyatdan imtina sayılmır” göstərilsə də, iddiaçı faktiki olaraq məktubu imtina kimi qiymətləndirir və hesab edir ki, imtina əsassızdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində cizgi əsasında 300 kv.m torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Həmçinin, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan, torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, İdarənin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında, bütövlükdə isə Azərsu ASC-ə məxsus su anbarının üzərində yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Su mühafizə zonalarının,onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2000-ci il tarixli 56 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir.
5. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən Bakı şəhər Biləcəri qəsəbəsi sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin alqı-satqı yolu ilə satılması haqqında” xx.xx.2004-cü il tarixli 394 nömrəli Qərara əsasən BRİH memarının razılığını nəzərə alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində Q. Süleymanov küçəsində cizgi əsasında 300,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə alqı-satqı yolu ilə İddiaçı satılmışdır.
6. İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin cizgizi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr məlumatlarında torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan, torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinin 98.0 kv m hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizəsində, bütövlükdə isə Azərsu ASC-ə məxsus su anbarının üzərində yerləşir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin 27 yanvar 2004-cü il tarixli, 394 saylı qərarına əsasən İddiaçı adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi iddiaçıya ayrılarkən və ya ayırdıqdan sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında olmuşdurmu? - Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin 27 yanvar 2004-cü il tarixli, 394 saylı qərarına əsasən İddiaçı adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdədir? (dövlət, bələdiyyə və ya xüsusi). Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) verilsin.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli Mütəxəssis Rəyinə əsasən: Sual 1: Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin 27 yanvar 2004-cü il tarixli, 394 saylı qərarına əsasən İddiaçı adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi iddiaçıya ayrılarkən və ya ayrıldıqdan sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında olmuşdurmu? Cavab: Bildirilir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 320,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 320,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında, bütövlükdə isə Azərsu ASC-ə məxsus su anbarının üzərində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sual 2: Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin 27 yanvar 2004-cü il tarixli, 394 saylı qərarına əsasən İddiaçı adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi iddiaçıya ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdədir? (dövlət, bələdiyyə və ya xüsusi). Cavab: Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında, bütövlükdə isə Azərsu ASC-ə məxsus su anbarının üzərində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 10/7711 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: Tədqiqatın Nəticəsi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.metr olsa da, faktiki olaraq 320.0 kv.metr təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 320.0 kv.metr torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında, bütövlükdə isə Azərsu ASCyə məxsus su anbarının üzərində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında, bütövlükdə Azərsu ASC-yə məxsus su anbarının üzərində yerləşir. Sahənin bələdiyyə ərazisi olutqat aşkar edilməmişdir.
11. "xxxx" ASC tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcən qəsəbəsi ərazisində yerləşən 300 m2 torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşib-yerləşməməsinə dair 24 avqust 2023-cü il tarixli, F-025/23 nömrəli müraciətinizə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Müraciətinizə cavab olaraq bildirilir ki, qeyd olunan torpaq sahəsi “Azərişıq ASC-nın balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir.
12. "xxxx" ASC tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, su obyektlərinin mühafizəsi barədə vahid elektron kadastr bazasının olmadığına görə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində cizgi əsasında 300 m2 torpaq sahəsinin "xxxx" ASC-yə məxsus su anbarının üzərində yerləşib yerləşməməsi barədə 24 avqust 2023-cü il tarixli F- 024/23 nömrəli sorğunuza “Azərsu" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq, "xxxx" ASC-nin əməkdaşları yerində baxış keçirmiş və məlum olmuşdur ki, göstərilən ünvanda “Azərsu" ASC-nin balansında olan və istismar etdiyi su anbarı mövcud deyil.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
24. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
25. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən Bakı şəhər Biləcəri qəsəbəsi sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin alqı-satqı yolu ilə satılması haqqında” xx.xx.2004-cü il tarixli 394 nömrəli Qərara əsasən BRİH memarının razılığını nəzərə alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində Q. Süleymanov küçəsində cizgi əsasında 300,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə alqı-satqı yolu ilə İddiaçı satılmışdır. - İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin cizgizi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
26. Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaq sahəsinin yerləşmə cizgisini dəqiqləşdirmişdir.
27. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
31. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
33. X3 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki və sahibliyində və istifadəsində olan 300 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
37. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən İddiaçı 300 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir.
38. Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.
39. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
40. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
41. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
42. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
43. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını qeyd etsə də, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
44. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
45. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
46. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında, bütövlükdə isə Azərsu ASC-ə məxsus su anbarının üzərində yerləşir.
47. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" ASC tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsi “Azərişıq ASC-nın balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. "xxxx" ASC tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları yerində baxış keçirmiş və məlum olmuşdur ki, göstərilən ünvanda (İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində cizgi əsasında 300 kv.m torpaq sahəsi olan ərazidə) “Azərsu" ASC-nin balansında olan və istismar etdiyi su anbarı mövcud deyil.
48. Odur ki, məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən imtinanın dəlili olaraq qeyd edilən faktlar müvafiq sahə üzrə səlahiyyətli qurumlar tərəfindən təkzib edilmişdir.
49. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
50. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 27 yanvar 2004-cü il tarixli, 394 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva