Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2671/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı Qafarova Aypara Yaqub qızının (Xızı rayonunda qeydiyyatdadır, fəhlə işləyir), iddiaçının nümayəndəsi Zeynalov Malik Yaqub oğlunun (Xızı rayonunda qeydiyyatdadır, ixtisası müəllim, orta məktəbdə ingilis dili müəllimi işləyir) iştirakı ilə, iddiаçı Qafarova Aypara Yaqub qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Qafarova Aypara Yaqub qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1979-cu il təvəllüdlüdür, ailəlidir, üç övladı var, hazırda Xızı rayonunun Giləzi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, uşaqlarının hər üçü məktəblidir, ailəsinin maddi vəziyyəti çox pisdir, belə ki, məktəb yaşında olan uşaqlarını onlara paltar, ayaqqabı ala bilmədiyi üçün məktəbə də göndərə bilmir. Göstərilənlərə əsasən “VEMTAS” vasitəsilə cavabdehə müraciət edərək ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir, lakin 2017-ci ildən göndərdiyi bütün müraciətləri nəticəsiz qalmışdır.Hər dəfə cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya və ailəsinə ÜSY ayrılmasına mane olmuşdur. Cavabdehə qarşı bir dəfə ünvanlı sosial yardımın təyin edilməsi məsələsini məhkəmədə qaldırmış, 2013-cü ildə məhkəmə iddiaçıya və ailəsinə sosial yardımın ödənilməli olması qərarına gəlmişdir.Həmin vaxtdan iddiaçının ailəsinin maddi vəziyyətinə heç bir dəyişiklik olmasına baxmayaraq cavabdeh yenə də növbəti dəfə iddiaçıya imtina cavabı vermişdir.Səbəb kimi iddiaçının pay torpağa malik olmasını göstərmişdir.Həqiqətən də iddiaçının həyat yoldaşının adına 0,50 ha pay torpağı vardır, həmin pay torpağına görə iddiaçının həyat yoldaşı xx.xx.2018-ci ildə sosial sığorta haqqı da ödəmişdir.İddiaçı özü də işləyir, lakin əldə etdikləri qazanc ailənin maddi ehtiyaclarını ödəmir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı ünvanlı sosial yardım almaq üçün xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci illərdə cavabdehə ünvanlı sosial yardım almaq üçün müraciət etmiş, lakin iddiaçının ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanması zamanı məlumatlarda uyğunsuzluq olduğuna görə onun ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İddiaçının qeyd edilmiş 4 müraciətinin bəzilərində iddiaçı tərəfindən bir-birindən fərqli məlumatlar göstərilmişdir.Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixli müraciətində iddiaçının ailəsinin torpaq mülkiyyəti barədə düzgün məlumat verilmədiyindən VEMTAS həmin məlumatların gizlədilməsini əsas gətirərək imtina haqqında qərar vermişdir.xx.xx.2018-ci ildə iddiaçı əksinə özünün və həyat yoldaşının mülkiyyətində pay torpağının olması barədə məlumatı qeyd etmiş, lakin VEMTAS tərəfindən məlumat araşdırılarkən onalrın torpaq mülkiyyətçiləri olması barədə məlumat təsdiqlənməmişdir, iddiaçının özünün mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsinin onun atası Zeynalov Yaqub Həbib oğlunun mülkiyyətində olması aşkar edilmiş,bu səbəbdən də imtina barədə qərar qəbul edilmişdir.VEMTAS iddiaçının təqdim etdiyi məlumatları və müxtəlif dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarında və sistemlərindəki məlumatları qarşılaşdıraraq elektron qaydada (insan müdaxiləsi olmadan) qərar qəbul edir.Odur ki. iddiaçının Nazirliyin üzərinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin qoyulması tələbi mümkünsüzdür və məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilsə belə cavabdeh tərəfindən VEMTASa hər hansı məlumatın əlavə edilməsi mümkün olmadığından qərarın icrası mümkün olmayacaqdır.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı və iddiaçının nümayəndəsi M.Zeynalov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçının və nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, materiallarına əlavə edilmiş: Xızı rayon İcra Hakimiyyətinin Giləzi qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin 746 №li, sentyabr 2018-ci il tarixli arayışına əsasən Qafarov Elqar Xızı rayonu Giləzi qəsəbəsində yaşayır və qeydiyyatdadır, ailə üzvləri arvadı Qafarova Aypara Yaqub qızından, qızı Qafarova Günel Elqar qızından (xx.xx.2006-cı il təvəllüdlü), qızı Qafarova Əsmər Elqar qızından (xx.xx.2008-ci il təvəllüdlü), Qafarov Elcan Elqar oğlundan (xx.xx.2010-cu il təvəllüdlü) ibarətdir. xx.xx.2018-ci il tarixli qəbzə əsasən Qafarov Elqar Qurban oğlu tərəfindən 10 manat torpaq üçün sosial sığorta haqqı ödənilmişdir. Qafarov Elqar Qurban oğlu və İddiaçı tərəfindən notariat qaydasında təsdiq edilməklə imzalanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən həmin şəxslər ailələri üçün 2 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün Qafarova Aypara Yaqub qızının ailəni təmsil edən şəxs kimi qeydə alınması cavabdehdən xahiş edilmişdir. 254655, 463757, 472020 №-li doğum haqqında şəhadətnamələrə və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən iddiaçının Qafarov Elqar Qurban oğlu ilə nikahından 3 uşağı - Qafarova Günel Elqar qızı (xx.xx.2006-cı il təvəllüdlü), qızı Qafarova Əsmər Elqar qızı (xx.xx.2008-ci il təvəllüdlü), Qafarov Elcan Elqar oğlu (xx.xx.2010-cu il təvəllüdlü) doğulmuşdur. “Torpağa mülkiyyət hüququna dair” JN-315 №li dövlət aktına əsasən Qafarov Elqar Qurban oğlu Xızı rayonunun ərazisində yerləşən 3,5 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir. “Torpağa mülkiyyət hüququna dair” JN-109 №li dövlət aktına əsasən iddiaçı Xızı rayonunun ərazisində yerləşən 4,0 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş ELEKTRON İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı “xxxx” MMC-də fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2018-ci il tarixli bildirişə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2018-ci il tarixli bildirişinə əsasən Qafarova Aypara Yaqub qızının adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq, əmək bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adı çəkilən şəxsin əmək haqqı 2456,03 manat olmalı olduğu halda 203,0 manat göstərilməsi, qeyd olunan **********1 sığortaedənin uçot nömrəsinin ailə üzvünə aid olmaması, informasiya sistemindən əldə edilən məlumata əsasən torpağın Zeynalov Yaqub Həbib oğlunun adına rəsmiləşdirilməsi, müraciətin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Qafarova Aypara Yaqub qızının adına rəsmiləşdirilmiş telefon nömrəsindən bəyan edilməməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Qafarov Elqar Qurban oğlunun torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Qafarova Aypara Yaqub qızının torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması əsasları ilə iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2017-ci il tarixli bildirişinə əsasən elektrik kodu üzrə xərclərin duzgün bəyan edilməməsi, ərizə bəyannamədə 250,0 manat göstərilməsi, “xxxx” ASC-nin məlumatına əsasən 711,41 manat göstərilməsi, ailə üzvü olan Qafarova Aypara Yaqub qızının adına rəsmiləşdirilmiş telefon nömrəsinin gizlədilməsi əsasları ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2017-ci il tarixli bildirişinə əsasən ailənin adına olan torpaq sahəsinin mülkiyyətdə olması barədə məlumatın gizlədilməsi əsasları ilə iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-891/2013 №li, xx.xx.2013-cü il tarxli qərarına əsasən iddiaçının iddiası qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xızı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2013-cü il tarixli, 1 №li qərarı ləğv edilmiş, İddiaçı Yaqub qızının ailəsinə ayrılan ünvanlı sosial yardımın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xızı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin üzərinə qoyulmuşdr. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı və rəsmi nikahda olduğu şəxs Qafarov Elqar Xızı, onların üç azyaşlı uşaqları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 2017-ci ilin sentyabr, oktyabr və 2018-ci ilin sentyabr,noyabr aylarında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması, iddiaçının adına əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, əmək bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adı çəkilən şəxsin əmək haqqının 2456,03 manat olmalı olduğu halda 203,0 manat göstərilməsi, müraciətdə qeyd olunan **********1 sığortaedənin uçot nömrəsinin ailə üzvünə aid olmaması, müraciətdə göstərilən torpağın Zeynalov Yaqub Həbib oğlunun adına rəsmiləşdirilməsi, müraciətin iddiaçının adına rəsmiləşdirilmiş telefon nömrəsindən bəyan edilməməsi, iddiaçının ailə üzvü Qafarov Elqar Qurban oğlunun torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, ailə üzvü Qafarova Aypara Yaqub qızının torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, elektrik enerjisi üzrə xərclərin duzgün bəyan edilməməsi, ərizə bəyannamədə 250,0 manat göstərilməsi, “xxxx” ASC-nin məlumatına əsasən 711,41 manat göstərilməsi, ailə üzvü olan Qafarova Aypara Yaqub qızının adına rəsmiləşdirilmiş telefon nömrəsinin gizlədilməsi, ailənin adına olan torpaq sahəsinin mülkiyyətdə olması barədə məlumatın gizlədilməsi əsasları ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir.İddiaçı qeyd edilən əsaslarla imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 5 nəfərdən ibarətdir, onlardan üçü azyaşlıdır, iddiaçı isə “xxxx” MMC-də fəhlə işləyir, əmək haqqı 230 manat təşkil edir, iddiaçının və ərinin paylı mülkiyyət hüququ ilə torpaq sahləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, iddiaçının 230 manat əmək haqqı alması, özünün və ərinin paylı mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olmaları ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir.Cavabdeh iddiaçının ailəsinin həmin torpaq sahələri ilə bağlı nə qədər gəlir əldə etməsini məhkəmədə sübuta yetirməmişdir.Bundan başqa yuxarıda qeyd edilən qaydalarda iddiaçının məhz onun adına alınmış telefon vasitəsilə müraciət etməli olması göstərilməmişdir, eyni zamanda iddiaçının müraciətdə ailə gəlirlərinin məlumatın düzgün göstərilməməsini səbəb kimi göstərsə də məhz hansı uyğunsuzluqların aşkar edilməsini qeyd etməmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd edir ki, cavabdeh imtina bildirişində göstərdiyi iddiaçının əmək haqqının 2456,03 manat olması əsası da iş materialları ilə təkzib edilmişdir, belə ki, cavabdehin özünün iş yerinə dair xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı “xxxx” MMC-d fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, 2013-cü ildə də eynilə iddiaçının ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilmədiyi üçün məhkəmə qərarı ilə cavabdehin imtina qərarı qanunsuz hesab edilərək ləğv edilmiş,iddiaçının ailəsinə ünvanlı sosial yardımın yenidən hesablanması cavabdehin üzərinə qoyulmuşdur.Cavabdeh həmin vaxtdan iddiaçının ailəsinin gəlirlərinə hər hansı bir dəyişiklik olmasını etirazında qeyd etməmiş, bunun məhkəmədə sübuta yetirməmişdir. Bundan əlavə cavabdeh öz imtinasında imtinanın əsası kimi iddiaçının və ərinin torpaq sahəsinə malik olmasını, lakin bunu güzlətdyini, digərində isə imtinanın əsası kimi torpaq sahəsinin göstərilməsini, lakin bu barədə məlumatların təsdiq edilməməsini göstərməklə bir-birinə ziddiyyətli imtinalarla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017, xx.xx.2017,xx.xx.2018, xx.xx.2018-ci il tarixli müraciətlərə imtinaları qanunsuz hesab edilərək İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32,33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müraciətlərinə imtinaları qanunsuz hesab edilərək İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2671/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2671/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver