Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2671/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı publik hüquqi şəxsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsini və 01.07.2017-ci il tarixində 31.07.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, 1971-ci ilin oktyabr ayından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 05.05.1982-ci il tarixdə Qazax rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 27.05.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 03.07.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 18.1 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmağı ilə əlaqədar ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya pensiya təyin olunarkən dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması, əlavə müavinatlar nəzərə alınmamışdır. İddiaçı 17.06.2020-ci il tarixli və 23.07.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, müraciətləri cavabdeh tərəfindən 23.07.2020-ci il tarixli və 14.08.2020-ci il tarixli məktublarla cavablandırılaraq yalnız 01.07.2017 - 31.07.2020-ci illər aralığında olan əskik ödənilməli olan əmək haqqının məbləğinin yenidən hesablanaraq hissə-hissə iddiaçıya ödəniləcəyi, 01.12.2013 - 01.07.2017-ci illər arasında olan müddət ərzində iddiaçıya əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 44, 32.1 və 37-ci maddələrində 10.03.2017-ci ildə edilmiş dəyişikliyin 2017-ci ildən əvvəlki münasibətlərə şamil edilmədiyi bildirilmişdir. İddiaçı 23.09.2020-ci il tarixində ərizə ilə yenidən cavabdehə müraciət edərək iddiaçıya əvvəl əskik ödənilmiş əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən sonra əmək pensiyası təyin edilən tarixdən və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin 05.05.2007-ci il tarixdən ödənilməsi, rütbə maaşına və qulluq stajına əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. İddiaçının 23.09.2020-ci il tarixli ərizəsində, həmçinin, hazırki iddia ərizəsindəki tələbləri təmin edilməlidir. Cavabdeh iddiaçıya yalnız son 3 ilə görə əmək pensiyasına nəzərə almadıqları maaşına əlavəni, qulluq stajına görə, vəzifə və rütbə maaşının 50 % miqdarında əlavəni, məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğinin hesablanan pul təminatı və mükafatlara görə əlavələr hesablanmaqla 13.323.29 manat fərq məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməsinə başlamışdır. Cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır. Buna görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ədliyyə əməkdaşlarının vəzifə maaşları 01 dekabr 2013-cü il, 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu ildən artırılmış və qeyd edilən sərəncamlar iddiaçıya münasibətdə də icra edilmişdir. Bu zaman iddiaçının əmək pensiyasi üzrə keçmiş müddət üçün hesablanmış 13.323,29 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin avqust ayından etibarən hissə-hisə (360,10 manat) pensiyasının (1670,80) manat üzərinə əlavə olunmaqla onun kart hesabına ödənilir. İddiaçının iddia ərizəsində göstərdiyi “05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyasını qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd etdiyi dövr ərzində onun vəzifə və rütbə maaşına, pul təminatı və mükafatlara hansısa əlavələr və artımlar edilməsi barədə iş yerindən hər-hansı bir sənəd təqdim edilməmişdir. Onun pensiya çıxdığı vəzifənin vəzifə maaşında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə edilən artımlardan başqa digər hərhansı bir artımların edilməsi barədə nə iddiaçı tərəfindən, nə də ki onun iş yerindən hərhansı bir sənəd daxil olmamışdır. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni” qadağan edir. Bununla əlaqədar həmçinin Ali Məhkəmənin İnzibati Kolleqiyasının 08 oktyabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin 23.07.2020-ci il tarixli **********2 saylı və 14.08.2020-ci il tarixli **********7 saylı eyni məzmunlu məktubları ilə iddiaçıya bildirilmişdir ki, Fondun Qazax rayon şöbəsi tərəfindən iddiaçıya 5 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. Lakin 01.07.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 2382,56 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (1487,25 manat) 80 faizi - 1189,80 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5736,96 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (2088,50 manat) 80 faizi-1670,80 manat müəyyən edilmişdir. Lakin 01.09.2019- 31.07.2020- ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 1197,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 5203,77 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 13323,29 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə pensiyasının (1670,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. - Pensiya işində olan sənədlərdə: - Cavabdehin 07.06.2007-ci il tarixli qərarından görünür ki, iddiaçıya 05.05.2007-ci il tarixdən ömürlük 109.97 manat məbləğində əmək pensiya təyin edilmişdir. - 01.07.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. - 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. - 1 dekabr 2013-cü il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. - 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar iddiaçıya rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat olmaqla onun 80 faizi - 1189,80 manat pensiya təyin edilmişdir. - 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat olmaqla onun 80 faizi-1670,80 manat pensiya təyin edilmişdir. - Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 13.01.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə iddiaçıya 1197,73 manat məbləğində pensiya təyin edilmişdir. - Cavabdehin 07.08.2020-ci il tarixli **********6 saylı qərarından görünür ki, iddiaçıya 1670,80 manat məbləğində yenidən hesablanmış pensiya təyin edilmişdir. - Cavabdehin 10.08.2020-ci il tarixli **********3 saylı qərarından görünür ki, iddiaçıya 1670,80 manat məbləğində yenidən hesablanmış pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15.04.2021-ci il tarixli 8/237 saylı arayışından görünür ki, iddiaçı Qazax rayon Qeydiyyat Şöbəsində işlədiyi müddət 2007 – 2009-cu illər ərzində onun əmək haqqısı cəmi 18.884,42 manat məbləğində olmuşdur. İşlədiyi müddətdə hər il iddiaçı rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 2010-2015-ci illərdə hər il rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçıya 05.05.2007-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Sonradan pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12-ci maddə. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd 2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi, 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 30 faizi miqdarında əlavə haqq alırlar. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab etmişdir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, qulluq stajına görə vəzifə və rütbə maşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ədliyyə əməkdaşlarının vəzifə maaşları 01 dekabr 2013-cü il, 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu ildən artırılmış və qeyd edilən sərəncamlar iddiaçıya münasibətdə də icra edilmişdir. Bu zaman iddiaçının əmək pensiyasi üzrə keçmiş müddət üçün hesablanmış 13.323,29 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin avqust ayından etibarən hissə-hisə (360,10 manat) pensiyasının (1670,80) manat üzərinə əlavə olunmaqla onun kart hesabına ödənilir. İddiaçının iddia ərizəsində göstərdiyi “05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyasını qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd etdiyi dövr ərzində onun vəzifə və rütbə maaşına, pul təminatı və mükafatlara hansısa əlavələr və artımlar edilməsi barədə iş yerindən hər-hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı işlədiyi dövlət orqanı tərəfindən verilən müvafiq arayışlara görə ədliyyə orqanlarında qulluq etdiyi müddət ərzində hər il əmək haqqısına qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr almışdır. Cavabdeh tərəfindən həmin əlavələrin alınmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən və iddiaçıya verilən əlavələr də nəzərə alınmaqla təyin edilmiş pensiya yenidən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiyasının yenidən hesablamasından və yaranmış fərqin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya qulluq stajına görə vəzifə və rütbə maşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması hissəsində iddia tələbi təmin olunduğundan birinci tələbdən bilavasitə dogan və ondan asılı olan ikinci tələbinin, yəni müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmağa lüzum görmədən həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və 01.07.2017-ci il tarixindən 31.07.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı publik hüquqi şəxsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 05.05.2007-ci il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və 01.07.2017-ci il tarixindən 31.07.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA