Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2672/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3414/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı hal-hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. O, 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. O, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. O, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağı istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Ona imtiyazlı şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən 4 sot torpaq sahəsi ayrılmışdır, lakin həmin ərazidə ona məxsus yaşayış evi qaz şəbəkəsinə birləşdirilib qazla təhciz edilməmişdir. Bir çox vaxtlarda cavabdehə, 3-cü şəxslərə yazılı və şifahi müraciət etsə də ona biganə cavab verilmişdir ki, müraciəti bu səbəblərdən müsbət həllini tapmamışdır. Hesab edir ki, Cavabdeh apellyasiya şikayəti tam əsassızdır, belə ki, onlar müharibə əlillərinin qayğısına başda Ali Baş X1maqla, məhkəmələr, hakimlər, hüquq-mühafizə orqanları və digər dövlət məmurları diqqətlə-həssas yanaşır, lakin Cavabdeh rəhbərliyi onlara qarşı qəddarcasına mübarizə aparır ki, onlar qalan yarı canlarını da bu yollarda itirməklərini istəyir. Beləliklə qeyd etmək istəyir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən müharibə əlillinin mənzilinə qazlaşdırma aparılmalıdır. Azərişıq ASC və Azərsu ASC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evini texniki şərtlə təmin edilərək elektrik, su xətti ilə təmin ediblər və bu ərazidə yaşayan vətəndaşlar qaz, su və işıqla ilə təmin edilib, ona məxsus mənzilin sol tərəfində 50 metr məsafədən, sağ tərəfində isə 120 metr məsafədən qaz xətti keçir, həmin ərazidə yaşayan sakinlər qazla təmin ediliblər, lakin müharibə əlillinə qarşı bu kimi süründürməçiliyə yol verərək, belə laqeyd münasibət bəsləyirlər. Bu barədə məcbur qalıb Cavabdeh tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il də iddia tələbi üzrə iş hakim Təranə xanım Mahmudovanın icraatına daxil oldu, məhkəmə xx.xx.2023-cü il tarixədək ətraflı araşdırma apararaq ədalətli qətnamə qəbul etməklə iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qəradadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək qeyd edilmişdir ki, bu kimi iddia tələbi üzrə işlərə İnzibati Məhkəmələrdə baxılmalıdır. Məcbur qalıb Cavabdeh tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazlatehciz edilmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəmə hərtərəfli və obyektiv araşdırma apararaq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024cü il tarixli Qəran ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmədən qüvvədə saxlanılmışdır. Beləliklə cavabdeh tərəfindən edilən qanuna zidd hərəkətləri nəzərə alaraq ona külli miqdarda mənəvi zərər vurmuşdur, yəni iddiaçı əlil insanın haqsız olaraq bir ildir yollarda qalmağı, əsəb-stres keçirməyi, hədindən artıq müalicələrdə olmağı, səhhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı, sonda hər üç instansiya məhkəməsi xeyrinə qərar qəbul etməyi və və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 50 000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Həmin Məcəllənin 34.1–ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-5567/2025 saylı inzibati iş vardır ki, həmin iş üzrə İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı həm Gəncə İnzibati Məhkəməsinə, həm də Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hər iki inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Göründüyü kimi, iddiaçı işin məhkəmənin icraatında olduğu zaman, eyni iddia ilə başqa məhkəməyə müraciət etmişdir. Bu hal iddianın mahiyyəti üzrə baxılması üçün zəruri şərt olan mümkünlük məsələsinə baxılması ilə nəticələnmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2672/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2672/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver