Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2674/2020 25.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə 3-cü şəxs - Maliyyə Nazirliyi qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi və həmin sahədə olan 409,6 kvadrat metr tikilinin bugünkü bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin və 30 manat dövlət rüsumunun Cavabdehndən alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə txxxxim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi və həmin sahədə olan 409,6 kvadrat metr tikilinin bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin Cavabdehndən alınaraq ona ödənilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin xx.xx.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində 0,055 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsində yaşayış sahəsi 168.9, köməkçi sahə 240.7 metr kvadrat olmaqla ümumilikdə 409,6 kvadrat metr ev tikmişdir. Torpaq sahəsi yaşayış məntəqələrinə aid olduğundan mülkiyyətçisi özü olduğundan, həmçinin həmin sahədə olan tikililərin heç birinin sənədi verilmədiyindən iddiaçı da evinə çıxarış ala bilməmişdir. Torpaq sahəsi və yaşayış evi “Ağ şəhər” layihəsinə düşdüyündən təxminən 4 il bundan əvvəl ona heç bir kompensasiya ödənilmədən Cavabdeh tərəfindən sökülmüş və həmin sahədə tikinti işlərini davam etdirmişlər. Mülkiyyətinə vurulan ziyanla bağlı dəfələrlə Cavabdehndə olsa da, bu günədək ziyanın ödənilməsinə söz verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 0.055 ha torpaq sahəsinin və həmin sahədə olan 409.6 kvadrat metr tikiliyə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. İlk növbədə bildirirlər ki, həmin işlə bağlı məhkəmə sorğusu Nazirliyin 2020ci il 16 mart tarixli 09/03-2-101-1705 nömrəli məktubu ilə cavablandırılaraq, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın söküntüsü ilə bağlı Nazirlikdə hər hansı sənədin və rəsmi məlumatın olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Nazirliyə txxxxim olunmuş əlavə sənədlər araşdırılmışdır və hesab edirlər ki, həmin tələb əsaslı olmadığından rədd olunmalıdır. Belə ki, İddiaçı 409.6 kvadrat metr tikilinin ona məxsus olması barədə hər hansı təsdiqedici sənəd məhkəməyə txxxxim etməmişdir. Bununla bağlı bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Lakin iddiaçı tərəf sözügedən tikili ilə bağlı mülkiyyət hüququ barədə müvafiq sənədləri məhkəməyə txxxxim etməmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə tərəfindən həmin dövrdə sözügedən daşınmaz əmlakın faktiki vəziyyəti, onun dövlət orqanı tərəfindən sökülüb-sökülməməsi, söküldüyü zaman kompensasiyanın ödənilməməsi səbəbləri, iddiaçının bugünədək hər hansı dövlət orqanına və ya ya məhkəməyə müraciət edib-etməməsi araşdırılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, sosial və infratstruktur təyinatlı layihələrin icrası zamanı, həmin layihələrin təsiri altına düşən əmlaklara görə kompensasiyanın pul və ya natura formasında ödənilməsi mümkündür ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan mübahisəli əmlakın sökülməsi və torpaq sahəsində tikinti işlərinin aparılmasını həyata keçirən tərəfə münasibətdə və onun büdcədənkənar vəsaitləri və digər mənbələri, habelə natura formasında mövcud olan imkanları daxilində kompensasiyanın ödənilməsi məsələsinə baxıla bilər Bu baxımdan İnzibati Prosessual Məcəllənin 16-cı maddəsinə uyğun olaraq, qeyd olunan məhkəmə mübahisəsinin tərəflərin, xüsusilə Cavabdeh iştirakı ilə şifahi məhkəmə iclası keçirilməklə ətraflı araşdırılması zəruridir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 10 iyun tarixli 225 nömrəli Sərəncamının icrası ilə bağlı Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında Cavabdeh tərəfindən aparılmış köçürmə işlərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər hansı bir formada iştirak etməmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına alan orqan tərəfindən ödənilir. Göstərilənlərə əsasən İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinə etirazlarını bildirir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 25 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin iddiaçı və cavabdeh yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktubla müvafiq sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə txxxxim etmişdir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X2 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrası Cavabdehnə həvalə olunmuşdur. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Cavabdeh müvafiq Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasını təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Nobel prospekti dalan 1, ev 47/38 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyada heç bir rəsmi məlumat olmadığından xahişin yerinə yetirilməsi imkan xaricindədir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Google Earth” xəritə proqramının ortofoto görüntülərinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti dalan 1, ev 47/38 ünvanda yerləşən torpaq sahəsinin koordinatları daxilində 2014-cü ilin sentyabr ayına qədər tikili mövcud olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti dalan 1, ev 47/38 ünvanda yerləşən, txxxxim olunmuş torpaq sahəsinin üzərində 2014-cü ilin avqust ayına qədər mövcud olmuş tikilinin qabarit ölçüləri iş materialında olan sxem-planda göstərilən ölçülərdədir. Plan-sxemə əsasən tikilinin yaşayış sahəsi 168,9 m2, köməkçi sahəsi 240,7 m2 olmaqla, ümumi sahəsi 409,6 m2 olmuşdur. İş materiallarından görünür ki, “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin xx.xx.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən torpaq sahəsinin 1 m2-nin bazar dəyəri: 180 (bir yüz səksən) manat, ümumilikdə (0.055 ha) bazar dəyəri: 99 000 (doxsan doqquz min) manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 1191 nömrəli xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: “Sizin icraatınızda olan 2-1(112)- 2674/2020 saylı, xx.xx.2020-ci il tarixli inzibati işlə əlaqədar məktubunuzda iddiaçı X1 Cavabdehnə və iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” ilə əlaqədar iddia tələbinin obyektiv araşdırılması məqsədi ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yarandığı halda torpaq sahələrinin qiymətləndirmə dəyəri barədə məhkəməyə məlumat verilməsi tələb olunur. Məlumat üçün bildiririk ki, “xxxx” Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən Cavabdeh müraciəti əsasında qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evlərinin yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla birlikdə yaşayış və köməkçi sahələrinin bir kv.m alqı-satqı orta bazar qiyməti 1000 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m alqı-satqı orta bazar qiyməti 750 manat və Xüsusi Mülkiyyətdə olan torpaq sahələrinin 0.01 ha orta bazar qiyməti 10.000-12.000 arası olaraq müəyyən edilmişdir.” İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq 7-364/17 nömrəli xx.xx.2020-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının təsdiq olunmuş surəti məhkəməyə txxxxim etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə həvalə edilsmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Cavabdehnə tapşırılmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən 0.055 ha ümumi sahəsi olan torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi 168,9 m2, köməkçi sahəsi 240,7 m2 olmaqla, ümumi sahəsi 409,6 m2 olan tikilinin mövcud olması, həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının çərçivəsinə düşməsi və həmin əmlaka (torpaq sahəsi və onun üzərində olan tikiliyə) dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbacan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetriməmişdir. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda 3-cü şəxsin dövlət büdcəsinin maraqlarından çıxış etməsini nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəsində ödənilən kompensasiya məbləği, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyi, “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin xx.xx.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyi və Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq txxxxim etdiyi 1191 nömrəli xx.xx.2020-ci il tarixli məktubu nəzərə alınmaqla iddia tələbi təmin edilməli və İddiaçı məxsus 0.055 ha torpaq sahəsinə görə 99.000 (doxsan doqquz min) manat, həmin torpaq sahəsində mövcud olmuş tikiliyə görə 349.425 (üç yüz qırx doqquz min dörd yüz iyirmi beş) manat (yaşayış sahəsi – 168,9 x 1000 = 168.900 və köməkçi sahə - 240,7 x 750 = 180.525), ümumilikdə torpaq sahəsi və onun üzərində mövcud olmuş tikiliyə görə 448.425 (dörd yüz qırx səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində kompensasiya ona ödənilməlidir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş 0.055 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 409,6 m2 olan tikilinin bazar dəyərini təşkil edən 448.425 (dörd yüz qırx səkkiz min dörd yüz iyirmi beş) manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Şikayət məhkəmə qərarının tam formada txxxxim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2674/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2674/2020
25.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver