Məhkəmə qərarları › İş №2-1(112)-2674/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2674/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2674/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Tofiq oğlunun nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 15 iyul 2020-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 15 iyul 2020-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 26 oktyabr 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək 2006-cı ilədək 25 il ümumi iş stajı olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının 2006-cı ilədək təhsil aldığı texniki peşə məktəbi və hərbi xidməti daxil olmaqla əmək stajı 25 (iyirmi beş) ildən artıq təşkil edir. Həmin əmək stajının 24 il 11 ay 05 gün müddətini “Azərbaycan X5”ndə zərərli işlərlə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 2006-cı il tarixə qədər 25 il ümümi iş stajının 12 (on iki) il 06 (altı) aydan artıq zərərli işdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 57 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. İddiaçı 1978-ci ilin may ayından 28.08.1980-cı ilədək, yəni 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Astara rayonunun sabiq Ərçivan “Kommunist” sovxozunda işləmişdir. 01.09.1980-ci il tarixdən 21.07.1981-ci il tarixə kimi 09 (doqquz) ay 21 (iyirmi bir) gün texniki peşə məktəbini bitirmişdir. 31.10.1981-ci il tarixdən 05.12.1983-cü il tarixə kimi 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün SSRl-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra hazırkı dövrədək “Azərbaycan X5”ndə əmək şəraiti xüsusilə zərərli işlərdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının 2006-cı ilədək 07 (yeddi) il 05 (beş) ay 03 (üç) gün əmək stajının 24 (iyirmi dörd) il əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. İddiaçının 57 yaşı 15 iyul 2020-ci il tarixdə olduğundan onun 2006-cı ilə tarixədək ümumi 28 (iyirmi səkkiz) il 05 (beş) ay 03 (üç gün) əmək stajı, güzəştli şərtlərlə 24 ildən artıq əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Azərbaycan Respublikası “X5” Qapalı Səhmdar Cəmiyyətinin 27 iyul 2020-ci il tarixli arayışından göründüyü kimi iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 21-ci bəndinin “b” yarımbəndi əsasən “bütün adlarda motorçular” və “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər “ güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçıya 26 oktyabr 2020-ci il tarixli məktubla əsassız olaraq imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 5 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, İddiaçı Tofiq oğlu xx.xx.1963-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 26 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Mərkəzi Filial tərəfindən 8 sentyabr 2020-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş eyni məzmunlu ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az ( 24 il 11 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa aörə əmək pensiyasının təyinatı qanuvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - İddiaçıya məxsus 21 iyul 1981-ci il tarixli 754726 saylı diplomdan görünür ki, o, 01.09.1980 - 20.07.1981-ci illərdə Bakı şəhəri 23 nömrəli Texniki məktəbində qaz qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 31.10.1981ci il tarixdən 25.11.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin 189 saylı 28.09.2020-ci il tarixli və 53/1 saylı 14.06.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozun əmr kitablarına əsasən 1978-ci ilin may ayından əmək haqqı almış, 1980-cı ilin avqust ayının 28-də 690 saylı əmrlə oxumağa getdiyi üçün işdən azad edilmişdir. İddiaçı sabiq Ərçivan “Kommunist” sovxuzunda 1978-1980-cı illərdə aşağıdakı kimi əmək haqqı almışdır. 1978-ci il 1979-cu il 1980-cı il Aylar (rubl) (rubl) (rubl) Yanvar ----------------- 31 30 Fevral ----------------- 52 35 Mart ----------------- 47 50 Aprel ----------------- 77 69 May 74 107 186 İyun 113 47 102 İyul 58 42 112 Avqust 96 110 122 Sentyabr 59 50 ----------------- Oktyabr 123 95 ----------------- Noyabr 157 61 ----------------- Dekabr 73 ----------------- ----------------- - “Azərbaycan X5” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 75 saylı 27.07.2020ci il tarixli arayışından görünür ki, İddiaçı 02.09.1981-ci ildən 08.10.1981-ci ilə kimi, 02.01.1984-cü ildən 02.12.1985-ci ilə kimi, “Xəzərneftqazdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda, 04.04.1986-cı ildən 01.03.2004-cü ilə kimi, 01.06.2005-ci ildən 31.01.2014-cü ilə kimi X8 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan X5nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda 01.02.2014-cü il tarixindən hal-hazıradək işləyir: 02.09.1981-ci il tarixdə - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluga çağırıldığı ilə əlaqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü il - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984cü il tarixdə Gövdə-qaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 04.04.1986-cı il tarixdə gövdəqaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş,18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmişdir. 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.lbrahimov adına üzən tərsanədə bosman keçirilmiş, 16.01.1995-ci ildə Y.lbrahimov adına üzən tərsanədə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999-cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009-cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü il “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə mexaniki növbə mexaniki keçirilmişdir. - “Azərbaycan X5” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 13 saylı 25.01.2021ci il tarixli və 29 saylı 15.02.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 02.09.1981ci ildən 08.10.1981-ci ilə kimi, 02.01.1984-cü ildən 02.12.1985-ci ilə kimi “Xəzərneftqazdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda, 04.04.1986-cı ildən 01.03.2004-cü ilə kimi, 01.06.2005-ci ildən 31.01.2014-cü ilə kimi X8 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan X5nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda 01.02.2014-cü il tarixindən halhazıradək işləyir: 02.09.1981-ci il tarixdə Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluğa çağırılması ilə əlaqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü il - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984-cü il tarixdə Gövdə-qaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 04.04.1986-cı il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş,18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmişdir. 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.lbrahimov adına üzən tərsanədə bosman keçirilmiş, 16.01.1995-ci ildə Y.lbrahimov adına üzən tərsanəyə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999-cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004-cü il Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009-cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü ildə “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə mexaniki növbə mexaniki keçirilmişdir. 04.04.1986cı il tarixdən 07.07.1991-ci ilə qədər rəngsaz işlədiyi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahası”nın 21.2-ci maddəsinin c) yarımbəndinə (doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsazlar) əsaslanaraq güzəştli hesab olunur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 11.01.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 02.09.1981-ci il tarixdə gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluga çağırıldığı ilə əlqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü ildə gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984cü il tarixdə gövdə-qaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 17.12.1985-ci il tarixdən 25.03.1986-cı il tarixə qədər X3 avtonəqliyyat sexinə 3-cü dərəcəli çilingər, 04.04.1986-cı il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş, 18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmiş, 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.lbrahimov adına üzən tərsanəyə bosman keçirilmiş, 16.01.1995-ci il tarixdə Y.lbrahimov adına üzən tərsanəyə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999-cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004-cü il Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.03.2004-cü il tarixdən 31.05.2005-ci il tarixdə qədər “X4” LTD şirkətində böyük motorçu vəzifəsində işləmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009-cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü il “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 15.07.2020-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu 26.10.2020-ci il tarixli **********7 saylı iddiaçının ümumi iş stanın 1 yanvar 2006cı il tarixinədək 25 ildən az (24 il 11 ay 5 gün) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı Tofiq oğlu pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanun¬veri¬ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 saylı Dəniz və çay donanması yarımbölməsində 23003020—13502 və 23003020—14706 saylı şifrlərlə bütün adlarda maşinistlər və motorçular, 23003030—13450 doklarda gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar peşələri təsbit olunmuşdur. İddiaçı da işlədiyi 16.02.1984-02.12.1985-ci, 04.04.1986-08.07.1991-ci illərdə gövdə-qaynaq sexində rəngsaz peşəsi ( 7 il 22 gün ) müddət, 08.07.1991 - 02.09.1993cü illərdə üzən tərsanədə qazanxana maşinisti ( 2 il 1 ay 25 gün ), 02.09.1993 - 04.10.1993-cü, 15.09.1995 - 01.06.2005-ci illərdə motorçu ( 9 il 8 ay 17 gün ) peşələrində ümumilikdə 19 il 07 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının guya 25 ildən (24 il 11 ay 5 gün) az olmasını əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərə (hərbi bilet, diplom, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının: 01.09.1980 - 20.07.1981-ci illərdə təhsil müddəti ( 10 ay 20 gün ) 31.10.1981 - 25.11.1983-cü illərdə həqiqi hərbi xidmət müddəti ( 2 il 25 gün ) 02.09.1981-08.10.1981, 02.01.1984-02.12.1985, 04.04.1986-01.03.2004, 01.06.2005-01.01.2006-cı illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavodu (20 il 6 ay 7 gün) 17.12.1985-25.03.1986-cı illərdə X6 (3 ay 9 gün) 01.03.2004-31.05.2005-ci illərdə “X4” LTD şirkətində ( 1 il 3 ay 1 gün) işlədiyi dövr hesablanaraq ümumilikdə 25 il 02 gün ümumi iş stajı toplanır. Bundan başqa, məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin 189 saylı 28.09.2020-ci il tarixli və 53/1 saylı 14.06.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Astara rayonu sabiq Orçivan "Kommunist" sovxozun əmr kitablarına əsasən 1978-ci ilin may ayından əmək haqqı almış, 1980-cı ilin avqust ayının 28-də 690 saylı əmrlə oxumağa getdiyi üçün işdən azad edilmişdir. Ərçivan "Kommunist" sovxuzunda 1978-1980-cı illərdə 27 ay, yəni 2 il 3 ay işləyərək əmək haqqı almışdır. Buna görə də, onun kolxozda işlədiyi iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Beləliklə, əmək kitabçası, hərbi bilet, diplom və arxiv arayışlarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə 01.01.2006-cı il tarixədək tələb olunan 25 ildən artıqdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının Ərçivan "Kommunist" sovxuzunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının sovxuzda işlədiyi dövrün dövrlə ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Ərçivan "Kommunist" sovxuzunda işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara filialının arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sıgorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının Ərçivan "Kommunist" sovxuzunda işlədiyi dövrdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salyan filialının arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd olunmasa da, onun Ərçivan "Kommunist" sovxuzunda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisəyə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara filialının arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, cavabdeh tərəfindən, guya iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması barədə mülahizəsi öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 15.07.2020-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı Tofiq oğluna 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Tofiq oğluna 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar