Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2674/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı maddi və mənəvi ziyanın ödənilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası, bu müddət ərzində yəni, xx.xx.2021-ci il tarixindən hazırki vaxta qədər olan zaman aralığında işsiz qaldığı müddət ərzində ona dəymiş 20000 manat maddi və 30000 manat dəyərində mənəvi zərərin ödənilməsi və icraya yönəldilməsi barədə qərar çıxarılmasını xahiş etdmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Agentliyin 2021-ci il 1 dekabr dekabr tarixində rəsmi olaraq elan olunmuş vakansiya ilə əlaqədar təşkil olunmuş test imtahanında iştirak etmişdir, imtahan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas binasında Salatın Əsgərova küçəsi 85 ünvanında keçirilmişdir. İmtahandan bir gün sonra 2 dekabr 2021-ci ildə DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq (eyni zamanda email vasitəsilə) test imtahanı mərhələsini uğurla keçdiyini və xx.xx.2021-ci il tarixində (Salatin Əsgərova küçəsi, 85) müsahibə mərhələsində iştirak etməsi ilə bağlı məlumat verilmişdir. Həmin tarixdə - 8 dekabr 2021-ci ildə qeyd olunan ünvanda müsahibə mərhələsində iştirak etmişdir və beş iş günü sonrası DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq, müsahibə mərhələsini də uğurla keçdiyi bildirilmişdir. Daha sonra sonuncu mərhələ yəni elan olunmuş vakansiya üzrə 17 saylı X3 (Beyləqan rayonu) rəhbəri ilə görüşü olduğu bildirilmişdir. 2022-ci il yanvar ayında bildirilmişdir ki, qurumda struktur dəyişiklikləri aparılır, ona görə də sonuncu mərhələnin keçirilməsi ləngiyir. 2022-ci il aprel ayının əvvəlində zəng olunaraq, 17 saylı X3 rəhbəri ilə görüş təyin olundu. Həmin mərkəzin rəhbəri ilə görüşü oldu və görüş sonrası mərkəzin direktoru rəyin baş idarəyə göndəriləcəyini bildirdi. Bir həftə sonra DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq bildirilmişdir ki, rəy müsbət olub, onu təbrik edirlər və onun 17 saylı X3 “Təhlil və Tərəfdaşlarla İş” şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunduğu bildirilmişdir. Qısa zamandan sonra zəng olunmuş və bildirilmişdir ki, onun İİ qrup əlilliyi (2009- cu ildən müddətsiz) var və mütləq təkrar müayinədən keçməlidir. Müddətsiz əlilliyi olan şəxslərin tibbi müayinəyə cəlb olunması ilə bağlı qanunvericilikdə heç bir hal nəzərdə tutulmayıb. Bu onarın daxili qaydalarıdır və onların əməkdaşları mütləq bu əlilliklə bağlı təkrar tibbi müayinədən keçməlidir. Hər hansı dövlət qurumunun qəbul etdiyi daxili qaydalar mütləq şəkildə AR Konstitusiyasına, MM tərəfindən qəbul olunmuş qanunlara, Nazirlər Kabinetinin qərarlarına, AR tərəfdar çıxdığı beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmalıdır. DMA-də isə bildirilmişdir ki, onların daxili qaydaları nazir tərəfindən şifahi olaraq deyilib və heç bir yazılı sənəd təqdim edə bilmirlər. Bu minvalla o, işə qəbul adı ilə aldadılaraq qeyri - qanuni tibbi müayinəyə cəlb edilmiş və əlilliyi ləğv olunmuşdur. Daha sonra işə qəbulu ilə bağlı müraciət etdikdə bildrimişdirki, onun qardaşının da əlilliyi var və o, da mütləq müayinədən keçməlidir və bundan sonra onu işə qəbul edə bilərlər. Qardaşı da haqlı olaraq bu müayinədən imtina etmiş, çünki həmin qurumdan rəsmi göndəriş tələb edib ki, hansı əsasla onu təkrar müayinəyə çağırmışlar. Onlar isə bu məsələ ilə bağlı heç bir rəsmi əsaslandırılmış sənəd təqdim edə bilməyəcəklərini bildiriblər. Bir vətəndaş olaraq onun konstitutsion hüquqları qanunsuz olaraq pozulub, qeyri qanuni əlilliyi ləğv edilib, məşğulluq hüququ kobud şəkildə pozulub və bu müddət ərzində maddi və mənəvi zərərə məruz qalmışdır. Bu müddət ərzində DMA əməkdaşı olaraq çalışacağı, eyni zamanda aylıq 1600 manat əmək haqqı alacağı üçün başqa müəssisə və təşkilatlar tərəfindən təklif olunmuş vakansiyalara imtina etmişdir. Bu da onun mənəvi cəhətdən keçirdiyi stress, depresiyadan başqa maddi vəziyyətinin də pisləşməsinə səbəb olmuşdur. Ona görə də DMA-nin vətəndaş olaraq ona qarşı aparmış olduğu qeyri qanuni əmələ hüquqi qiymət verilməli, səbəbkarlar cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28 sentyabr 2022-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin Nizamnaməsinin 4.11.10-cu yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Agentlik öz fəaliyyətində müasir korporativ standartları əsas götürərək məhz kadr siyasətini də müvafiq standartlara uyğun qurmaqdadır. Belə ki, işçilərin Agentlik daxili vəzifəyə təyin və vəzifədən azad edilməsi aidiyyəti üzrə Nazirliklə razılaşdırılmaqla həyata keçirilməkdədir. İddiaçının əlilliyinin təyini və ya dayandırılması barədə iddia tələbi üzrə cavabdeh qismində Agentliyin cəlb edilməsi mümkünlük məsələsinə ortaya çıxarmaqdadır. Belə ki, Agentliyin müvafiq Nizamnamə ilə fəaliyyət sahələrində əlilliyin təyini və dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmamışdır. Əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs məhz Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Habelə iddia tələbində qeyd edilən iddiaçının məşğulluq hüququnun təmini ilə əlaqədar bildirilmişdir ki, Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müxtəlif tədbirlər icra edir. Məsələ ilə bağlı araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixindən etibarən hazırki dövrə qədər işsiz kimi qeydiyyatdadır. Vətəndaşın məşğulluğunun təmini istiqamətində iş aparılması məqsədilə ona 20 fevral 2023-cü il tarixində Agentlik tərəfindən icra olunan məşğulluq tədbirlərinə cəlb olunmağı ilə əlaqədar məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin (DOST) Mərkəzlərinə və ya Agentliyin regional məşğulluq filiallarına müraciət etməsi təklifi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-17-2/2-U- 12584/2023 nömrəli müraciət ünvanlanmışdır. İddiaçının Agentliyin hərəkət və ya hərəkətsizliyindən dolayı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə bildirilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddia ərizəsinin sadə təhlilindən isə müəyyən olunmaqdadır ki, iddiaçı iddia etdiyi maddi və mənəvi zərərlə onun Agentlikdə müvafiq ştat üzrə işə götürülməməsi arasında səbəb-nəticə əlaqəsini əsaslandırmamış, habelə işəgötürəni işçi ilə əlaqədar əmək münasibətlərinə daxil olmaqda sərbəst qərar verdiyi münasibətlər çərçivəsində müvafiq vəzifəyə uyğunsuzluğa görə işə götürülməməsində Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, konstitusion hüququn təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası barədə iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Ağdaş rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. Test imtahanının nəticələrinə dair İnsan Resursları Departamentinin xx.xx.2021-ci il tarixli elektron məlumatından müəyyən olunur ki, İddiaçı Dövlət Məşğulluq Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixində keçirilmiş test imtahanında iştirak etdiyi üçün ona təşəkkür edilmişdir. Test imtahanında minimal keçid balı müsabiqə nəticələri əsasında 20 bal təyin olunmuşdur. Onun yekun nəticəsi 21 bal təşkil edir və o, işə qəbul prosesinin növbəti mərhələsində iştirak etmək üçün haqq əldə etmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3-17-2/2-5798/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı Agentliyə işə qəbulu üzrə aparılmış test imtahanının nəticələrinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X5 işə qəbul test mərhələsində iştirak etmişdir. Məktuba əlavə olunmuş Agentlik tərəfindən İddiaçı ünvanlanmış 3-17-2/2-4-12584/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, onun Agentliyə qarşı “məşğulluğunun təmin edilməsi ilə bağlı” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində başlanmış 2-1(112)-2674/2023 nömrəli məhkəmə işi hazırda icraatdadır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. İşsiz və işaxtaran vətəndaşlara münasibətdə “Məşğulluq haqqında" Qanunda nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin icrası, habelə şəxslərin əmək bazarına qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görülməsi Agentliyin səlahiyyəti daxilindədir. “Məşğulluq haqqında” Qanunda qeyd edilən aktiv məşğulluq tədbirlərindən əlavə, Agentlik “İşsizlikdən sığorta haqqında” Qanunda qeyd edilən əsaslarla əmək münasibətlərinə xitam verilən işsiz şəxslərə yenə həmin Qanunda qeyd edilən məbləğdə və müddətlərdə işsizlikdən sığorta ödənişinin ödənilməsi ilə də bağlı tədbirləri icra etməkdədir. 2.1.5.0031 №-li reyestrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, 3-17-2/2-U- 12584/2023 saylı məktub xx.xx.2023-cü il tarixdə sifarişli poçt məktubu ilə İddiaçı göndərilmişdir. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (2.2.3) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia)(maddə 2.2.4) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (2.2.5) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia)(maddə 2.2.6); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8); “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə (maddə 2.2.9) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsinin təklif olunması barədə 21 fevral 2023-cü il tarixli məktub göndərilmiş, lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Agentliyə qarşı iddiası cavabdeh tərəfindən qeyri qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası hissəsində baxılması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 50.1-ci maddəsinə əsasən Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 50.2-ci madəsinə əsasən müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. 50.4-cü maddəsinə əsasən müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 50.5-ci maddəsinə əsasən müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. 50.7-ci maddəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, keçirilmiş müsabiqənin nəticələri iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Agentliyə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbinin təmin olunmaması qərara alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı cavabdeh tərəfindən qeyri qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası hissəsində iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2674/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2674/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver