Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2676/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçıiştirаkı ilə, İddiaçıCavabdehnə qarşı “ad və soyadının dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,sonradan iddia tələbinə dəqiqləşmə verərək, iddiaçının soyadınının “Həmzəyev”-dən “Eyvazov”-a və adının “Adil”-dən “Rüstəm”-ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvvəlki soyad və adı Eyvazov Rüstəm olmuşdur. 2016-cı ildə Cavabdehnə müraciət edərək, ad və soyadının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 24.09.2016-cı il tarixli 10 nömrəli qeydlə iddiaçının soyadı və adı “Eyvazov Rüstəm”-dən “İddiaçı”ə dəyişdirilmişdir. İddiaçı ad və soyadını dəyişdirdikdən sonra, ona məlum olmuşdur ki, onun əvvəlki ad və soyadının yazıldığı bütün mühüm sənədləri - əmək kitabçası, hərbi bileti, uşaqların doğum haqqında şəhadətnamələri, orta təhsil haqqında attestaı, diplom və digərlərini dəyişdirməli və yenidən almalıdır. Sadalanan sənədləri dəyişdirmək həm uzun vaxt həm də vəsait tələb etdiyindən iddiaçı ad və soyadını dəyişdirdiyi üçün peşman olmuş və əvvəlki ad və soyadına qayıtmaq üçün Cavabdehnə müraciət etmiş, lakin şöbə ad və soyadını əvvəlkinə qaytarılmasından imtina etmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 4 saylı ASAN xidməti tərəfindən 25.09.2016-cı il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1972-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ- İ№010497 saylı, 24.09.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, 24 sentyabr 2016-cı il tarixdə Cavabdeh tərəfindən 1972-ci il təvəllüdlü X1 adı və soyadı İddiaçı dəyişdirildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh 22 yanvar 2020-ci il tarixli 84-05/15 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş 10 saylı 24.06.2016-cı il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən növbəti dəfə soyadının “Eyvazov”dan “Həmzəyev”ə və adının “Rüstəm”dən “Adil”ə dəyişdirilməsi müraciətinə imtina edilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Onun əvvəlki adı və soyadı Eyvazov Rüstəm olmuş və onun adı və soyadı, Cavabdeh adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ№010497 saylı, 24.09.2016-cı il tarixli şəhadətnaməsi ilə dəyişdirmişdir. İddiaçı yenidən soyadının “Eyvazov”dan “Həmzəyev”ə və adının “Rüstəm”dən “Adil”ə dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanı Bakı şəhəri Sabunçu rayon qeydiyyat orqanına müraciət etmiş, inzibati orqan isə 22.01.2020-ci il tarixli, 84-05/15 saylı imtina məktubunda Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na istinad etməklə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirmiş və iddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6-cı madəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istorsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının və soyadının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yetərli deyil. Digər tərəfdən, iddiaçının da istinad etdiyi Mülki Məcəllənin 26.4-cü maddəsinə əsasən, adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Odur ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçıcavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Adın və soyadının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2676/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2676/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver