Məhkəmə qərarları › İş №2-1(112)-2676/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2676/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2676/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ ə Fondunun Maliyyə və Mühasibat üzrə Mərkəzi filialına qarşı “cavabdeh tərəfindən düzgün hesablama aparılıb, iddiaçının pensiyasından tutulmuş məbləğin qalan hissəsinin qaytarılması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ ə Fondunun Maliyyə və Mühasibat üzrə Mərkəzi filialına qarşı “cavabdeh tərəfindən düzgün hesablama aparılıb, iddiaçının pensiyasından tutulmuş məbləğin qalan hissəsinin qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1969-cı il tarixindən başlamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin xx.xx.2012-ci ildə qüvvədə olmuş tələblərinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021 -ci ildə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2021-ci ildə “əlavə araşdırma” apararaq əsassız qərarlar çıxararaq iddiaçının pensiyasını 354,45 manatdan 318.04 manata endirərək, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi ayda 66 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər isə 73.76 manat tutulmuşdur. İddiaçı bununla əlaqədar 2022-ci ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2022-ci ildə 2-1(112)-8253/2022 nömrəli iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********25 nömrəli qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən tutulmuş məbləğlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın məhkəməyə göndərdiyi cədvələ görə iddiaçıya almalı olduğu məbləğdən az hesablanıb və ödənilib. İddaiçı göstərinlərə əsasən, cavabdeh tərfindəndüzgün hesablamanın aparılması, pensiyadan tutulmuş qalan hissəsinin qaytarılmasını tələb etmişdir.

4. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan qurumlar pensiya, müavinət, təqaüd və kompensasiyayaların ödənilməsinə dair müvafiq müraciət və qeydiyyatı aparmaq, cavabdeh Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı isə bununla bağlı müvafiq qərar qəbul edildikdən sonra yalnız ödəməni həyata keçirmək səlahiyyətinə malikdir. Göründüyü kimi hazırki cavabdeh inzibati orqan hazırki iddia tələbi üzrə səlahiyyətli orqan deyildir. Həmçinin, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8253/2022 nömrəli qərarına əsasən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının pensiyasından tutulma barədə xx.xx.2021-ci il tarixli **********4 saylı, xx.xx.2022-ci il tarixli **********6 saylı və xx.xx.2022-ci il tarixli **********5 saylı qərarları ləğv edilmişdir. İddiaçını yaşa görə əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 628,42 manat fərq məbləği və Bakı İnzibati Məhkəməsinin artıqödəmənin ləğv edilməsi barədə qərarına əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulmuş 1114,64 manat, nəticədə ödənilməmiş cəmi 1743,06 manat məbləğ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 365,95 manat, xx.xx.2023-cü il tarixində 279,26 manat olmaqla iddiaçının cari pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 466,53 manata çatdırılmışdır. iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1968-ci il tarixdən xx.xx.1969-cu il tarixədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək 35 il 9 ay 17 gün sığorta stajı, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1802,88 manat, əmək pensiyası təyin olunduğu tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3824,64 manat və xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixdən 01,02.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1.357,92 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (466,53 manat) dəyişiklik olmamışdır.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının pensiyasından tutulması barədə qərarları ləğv olunmuşdur.

6. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəfləri dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”

7. İddiaçının hazırki tələbi cavabdeh tərəfindən düzgün hesablama aparılıb, iddiaçının pensiyasından tutulmuş məbləğin qalan hissəsinin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2022 saylı (X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən ilkin pensiya təyinatı zamanı xx.xx.2006-cı il tarixinədək sığorta stajının səhv müəyyən edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və hal-hazıradək tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi) iş üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli Qərarı ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilməsi və həmin qərarlara əsasən tutulmuş məbləğlərin X2 geri qaytarılması qərara alınmışdır. Beləliklə iddiaçının hal-hazırki iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8253/2022 qərarının icra edilməsindən DSMF publik hüquqi şəxs və onun filialları tərəfindən yayınmasından irəli gəlir.

8. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2ova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar