Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2680/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı (üçüncü şəxs “xxxxxxxxxxxxxx” MMC) “əmək müqaviləsi bildirişinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının elektron sistemdən (“xxxxxxxxxxxxxx” şirkətindən) çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əvəz edilmiş, həmçinin “xxxxxxxxxxxxxx” MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx” MMC tərəfindən əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilmiş İddiaçı aid əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə xitam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, (AA*******) xx.xx.2019-cu il tarixində Pakistan Respublikası vətəndaşlarına məxsus “xxxxxxxxxxxxxx” şirkətində işə başlamış, lakin bir ay sonra işdən çıxmaq haqqında ərizə ilə müraciət etmişdir. Ona əmrinin verildiyini söyləsələr də sonradan məlum olmuşdur ki, həmin şirkət onun elektron qaydada sistemdən qeydiyyatını silməmiş və bu səbəbdən o, hələ də şirkətin işçisi hesab edilir. Şirkət artıq bağlanmış, əcnəbi vətəndaşlar olan şirkət rəhbərləri isə oturum icazəsi (Azərbaycanda müvəqqəti qalma) olmadığından öz ölkələrinə qayıtmışlar. Nəticədə aylardır ki, o, heç bir yerdə rəsmi qaydada işləyə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-2014-**********4 saylı cavab məktubunda qeyd olunur: Sizin “Maliks Tradinq" şirkətinin rəhbərliyi tərəfindən işdən çıxmağınıza baxmayaraq, adınızın X1 çıxarılmaması barədə müraciətinizə baxılmışdır. Tərəfimizdən müəssisə rəhbərliyinə xx.xx.2019-cu il tarixli Ə-1551 nömrəli məktub göndərilməsinə baxmayaraq, bu günə qədər çağırışa gəlməmişlər. Şikayət ərizənizdə şirkətin hal hazırda bağlı olduğunu, səlahiyyətli şəxslərin əcnəbi vətəndaşlar olduğunu və ölkədən getdiklərini bildirmisiniz. Pozulmuş hüquqlarınızın bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır, iş yerinin adı “xxxxxxxxxxxxxx” MMC (əsas iş yeri) və işçinin vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə: katib, müsafirlərin qəbulu; Əmək müqaviləsi üzrə inzibati köməkçidir. Əmək müqaviləsi xx.xx.2019-cu ildə bağlanmış və əmək müqaviləsinin növü müddətsizdir. İşçinin aylıq əmək haqqının məbləği 210 manatdır. Əmək müqaviləsinin sistemə daxil olma tarixi xx.xx.2019-cu ildir (status «qüvvədədir»). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********522800 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən “xxxxxxxxxxxxxx” şirkətinin vergi uçotunda olması barədə məlumat aşkar olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-də işləmiş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. İddiaçı işdən çıxması ilə əlaqədar ərizə ilə müraciət etmiş və ona əmrinin verilməsi ilə bağlı məlumat versələr də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bu günədək elektron informasiya sisteminə daxil edilməmişdir. İddiaçının işlədiyi “xxxxxxxxxxxxxx” MMC-nin qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi ünvanda artıq fəaliyyət göstərmədiyindən iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müəssisə rəhbərliyinə xx.xx.2019-cu il tarixli Ə-1551 nömrəli məktub göndərilməsinə baxmayaraq, bu günə qədər çağırışa gəlməmiş, cavabdeh tərəfindən iddiaçıya pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.1-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericliyin tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsi ilə mümkün olsa da, hazırki halda iddiaçı tərəfindən “xxxxxxxxxxxxxx” MMC-nin məsul şəxslərindən həmin bildirişin sistemə daxil edilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ kobud şəkildə pozulur. İddiaçının adına hazırda hər hansı qüvvəsi olmayan “xxxxxxxxxxxxxx” MMC tərəfindən “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud olduğu halda, onun başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Göstərilən səbəblərdən iddiaçı digər işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirə bilmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxxxx” MMC tərəfindən əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilmiş İddiaçı aid əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə xitam verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2680/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2680/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver