Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2687/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X20 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli imtinasının qanunsuz hesab edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin, 9 saylı mənzilinə dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dəmir Yolu Mənzil Layihə X34 tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 30/1-334 saylı qərara əsasən mərhum əri X22 adına müqavilə bağlanmış və ünvan 1 mənzil 9 ünvanında yerləşən yaşayış sahəsi ailələrinin istifadəsinə verilmişdir. Mərhum ərindən əvvəl sözügedən yaşayış sahəsi qaynatası X2 adına imzalanmış müqavilə əsasında yenə də ailələrinin istifadəsində olmuşdur. Ümumi hesabla 60 (altmış) ildən yuxarıdır ki, ailə üzvləri sözügedən ünvanda yerləşən mənzildə yaşamış, burda məskunlaşmışdır. xx.xx.2011-ci il tarixində mənzilin istifadəçisi olan əri X38 ölmüşdür. Müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 69 saylı sərəncama əsasən onunla kirayə müqaviləsinin imzalanması barədə qərar qəbul edilmiş və ünvan 1 mənzil 9 ünvanında yerləşən mənzilə (o, oğlu, qızı, gəlini və 2 nəvəsi) kirayəçi hesab olunmuşdur. Daha sonra mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də texnikipasportun verilməsi məqsədilə müvafiq sənədləri hazırlamış və cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ünvanladığı ərizəyə AR Mənzil Fondunun Özəllədirilməsi haqqında Qanunun, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun və sair aidiyyatı qanunvericiliyin tələblərinə müvafiq hazırlanmış sənədlər əlavə edilmişdir. Lakin bütün sənədlərin mövcud qanunvericilik normalarına əsasən tərtib olunmasına və əsaslı olmasına baxmayaraq cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********28 saylı cavab məktubu ilə mənzilinə dair dövlət reyestrindən çıxarışın, texniki pasportun verilməsindən imtina edilmiş və bildirilmişdir ki, onunla imzalanmış kirayə müqaviləsinə əsas təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 69 saylı Sərəncamı onlara xx.xx.2019-cu il tarixində verilmişdir. Həmin sərəncam 2019-cu ildə verildiyinə görə 2009-cu il oktyabr ayından qüvvədə olan Mənzil Məcəlləsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.11-ci maddəsinin tələbləri əsas alınaraq mənzilə yalnız istifadə hüququnun qeydiyyata alına biləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X33 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 2 mənzil 9 ünvanında qeydiyyatdadır. İ-ЖГ seriyalı 396531 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X38 ilə X8 arasında xx.xx.1976-cı ildə 1842 saylı akt qeydi ilə nikah bağlanmış, nikahdan sonra ərə Zeynalov, arvada isə Zeynalova soyadı verilmişdir. xx.xx.1969-cu il tarixli və xx.xx.1991-ci il tarixli ИТ-İ seriyalı ******* saylı əmək kitabçalarından çıxarışların notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X39 xx.xx.1969-cu ildə xxxx Biləcəri stansiyası vaqon deposuna avto-bağlayıcı çilingərinin köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1970-ci ildə tarixdə təhsil almaqla əlaqədar işdən azad edilmiş; xx.xx.1971-ci ildə Bakı Biləcəri Deposunun avto-bağlayıcı sexinə birinci dərəcəli mütəxəssis kimi qəbul edilmiş, xx.xx.1971-ci ildə həmin vəzifədən azad edilmiş; xx.xx.2000-ci ilə xxxx Sərnişin Daşıma X1tarlarda yük və baqaj qəbul edən vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə əmək qabiliyyətini itirdiyinə görə vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası xxxx Mənzil Layihə X34nin xx.xx.1982-ci il tarixli 30/1-134 saylı “Yaşayış sahəsinin icayərə verilməsinə dair müqavilənin yenidən bağlanması” haqqında arayışında göstərilmişdir ki, xxxx Mənzil Layihə X34nin rəhbərliyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq, əsas mənzil sahibinin- İ.Z.Zeynalovun vəfatı ilə əlaqədar Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv. metr yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzilində 5 nəfər ailə üzvü (özü, həyat yoldaşı, oğlu, iki qızı) ilə birlikdə yaşaması üçün X38 ilə yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin yenidən bağlanmasına razılıq verilir. AZ-İ seriyalı 477067 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X38 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 486 saylı arayışından müəyyən edilir ki, X22 ölümü ilə əlaqədar xx.xx.2011-ci ildə Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin, 9 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1462/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddiası təmin olunaraq, Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin, 9 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli 69 saylı sərəncamı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsas götürülərək, Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv.m yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsi bağlanması və həmin mənzilin kirayəçisi hesab olunması; qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılmasının 2 saylı Xüsusi Təyinatıə MKTB-nin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. 113 saylı MKİS-nin rəisi X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 02 saylı “X27 X15”ndən müəyyən edilir ki, Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv.m yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzili kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, kirayəçinin ailə üzvləri qismində X11, X9, X12, X13 və X17 göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında “Asan 1” tərəfindən verilmiş ******* saylı xx.xx.2020-ci il tarixli arayışdan və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 52 saylı arayışından görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 27, 9 saylı mənzildə xx.xx.1950-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2020-cu il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.1977-ci il təvəllüdlü X12, xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1984-cü il təvəllüdlü X17 və xx.xx.2019-cu il təvəllüdlü X10 qeydiyyatdadırlar. “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli NÜA-7/4 saylı arxiv arayışından müəyyən edilir ki, mübahisəli mənzillə bağlı cəmiyyətin arxiv bölməsində hər hansı sənəd aşkar edilməmişdir. Bakı şəhər 11 saylı notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiqlənmiş X7 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 27, 9 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etmir. Bakı şəhər 38 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiqlənmiş X3 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 27, 9 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etmir. Bakı şəhər 20 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiqlənmiş X4 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 27, 9 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etmir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzilin adına ilkin hüquqi qeydiyyatının aparılması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********28 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamın xx.xx.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabr 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (mənzil kirayə müqaviləsi, 18 yaşına çatmış ailə üzvlərinin razılıq ərizələri, mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçı ilə mənzil kirayə müqaviləsi bağlanması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamın xx.xx.2019-cu il tarixdə verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, mübahisəli mənzillə əlaqədar ilkin mənzil kirayə müqaviləsi xx.xx.1982-ci ildən də öncəyə aid olmuş (Azərbaycan Respublikası xxxx Mənzil Layihə X34nin xx.xx.1982-ci il tarixli 30/1-134 saylı “Yaşayış sahəsinin icayərə verilməsinə dair müqavilənin yenidən bağlanması” haqqında arayışına əsasən), sonradan hüququ varislik qaydasında əvvəlcə X38 ilə, onun vəfatından sonra isə İddiaçı ilə davam etdirilmişdir. Faktik olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı ilə bağlanmış mənzil kirayə müqaviləsi hələ xx.xx.1982-ci ildən əvvəl bağlanmış kirayə müqaviləsinin kirayəçinin adı dəyişilməklə davamı olmuş, yeni yaranmış hüquq münasibətinin rəsmiləşdirilməsi ilə əlaqədar müqavilə olmamışdır. Ona görə də həmin imtina qanunsuz hesab edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv. metr sahəsi olan 2 otaqlı 9 saylı mənzilin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2687/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2687/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver