Məhkəmə qərarları › İş №2-1(112)-2687/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2687/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2687/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X1rşı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixli, **********056000 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyinə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli **********056000 saylı qərarı ilə MMC-yə əlavə olaraq 449.449 manat borc hesablamışdır. Borcun hesablanması tamamilə qanunsuz olmuşdur. Belə ki, MMC cavabdehə hesabatlar təqdim etmişdir. Hesabatlarda MMC-nin illik dövriyyəsi, xərcləri və gəlirləri tam şəffav şəkildə əks olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan MMC-nin illik dövriyyəsini yuxarı qaldırmışdır. Dövriyyə artırılsa da, xərclər eyni saxlanılmışdır.Dekabr ayında qanunsuz borcun hesablanmasından sonra MMC-yə yeni vergi borcun hesablanmasına dair xx xxx 2020-ci il tarixli **********720900 saylı qərar qəbul edilmişdir. Qərara əsasən MMC-yə əlavə olaraq 497.644,54 manat vergi borcu hesablanmışdır. Qərarda göstərilən ahllardan bəlli olur ki, eyni malın satılmasına görə MMC iki dəfə vergi borcu ödəməlidir. Bundan əlavə hətta fərz etsək ki, qanunvericilik buna (yəni eyni malların satışına görə iki dəfə verginin hesablanmasına) imkan verir, bu halda belə hesablama düzgün aparılmamışdır. Bütün məbləğ mənfəət kimi hesablanmışdır. Halbuki, bu məbləğdən malın dəyəri və digər xərclər çıxılmalı idi. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyətlə bağlı məsələnin müzakirəsi üçün məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilərək, bu barədə proses iştirakçılarına məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X2 xx xxxxxxx 2020-ci il tarixli, **********056000 saylı “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarı ilə kameral yoxlama nəticəsində İddiaçı MMC-yə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğinə görə 449.496 manat vergi borcu hesablamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X2 xx xxxxxxx 2020-ci il tarixli, **********056000 saylı “vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarını mübahisələndirir və həmin qərarın ləğv edilməsini tələb edir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından da aydın görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X2 ünvanı ünvan 1 ünvanıdır. Məhkəmə iddianın ərazi aidiyyətini müəyyən edərək qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X2 ünvanı Sumqayıt şəhərinin dislokasiyasında yerləşdiyindən, hazırkı iddia ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı X1rşı “qərarın ləğv edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2687/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar