Məhkəmə qərarları › İş №2-1(112)-2689/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2689/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2689/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin üzərinə xx xxxx 2019-cu ildən ona pensiya təyinatı aparılması barədə inzibati akt qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx xxxxxx 1977-ci ildə başlamışdır. xx xxxxxx 1980-ci ildə Bakı Plan Uçot Texnikumuna daxil olmuş, xx xxxx 1982-ci ildə həmin texnikumu bitirmişdir. xx xxxxxx 1998-ci ildən xx xxxxxx 1998ci ilədək, xx xxxxx 2009-cu ildən xx xxx 2010-cu ilədək, xx xxxxxxx 2010-cu ildən, xx xxxx 2015-ci ilədək əmtəə operatoru vəzifəsində işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci bəndinə uyğundur. xx xxx 2010-cu ildən xx xxxxxxx 2010-cu ilədək və xx xxxx 2015-ci ildən bu günədək süzücü-tökücü (qablaşdırıcı) vəzifəsində işləyir. Bu peşə də, yuxarıda göstərilən Qərarın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfaktikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurulubboşaldılması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X6 süzücü-tökücü (doldurucu) peşəsi ilə eyni funksiyalara malikdir. Beləliklə, onun mart 2019-cu il tarixinə 20 ildən artıq ümumi stajı və 10 ildən artıq xüsusi stajı vardır. Bunları nəzərə alaraq sənədlərini əvvəl Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə təqdim etmişdir. Onlar sənədlərini geri qaytarmışlar. O, sənədlərini yenidən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlyiinin Sumqayıt “ASAN xidmət” Mərkəiz vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Ona cavab yazan Mərkəzi Fillial xx xxxx 2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodunda işlədiyi süzücütökücü peşəsi Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və güzəştlərin siyahısı”nın 10.5-ci bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli stajı 10 ildən az təşkil edir. Bununla da, onlar xx xxxx 2020-ci ildə zavodun direktoru tərəfindən verilmiş arayışı nəzərə almamışlar. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona xx xxxx 2019-cu ildən pensiya təyinatı aparılmalı və bu barədə məhkəmə aktı qəbul olunmaqla cavabdehin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx xxxx 2019-cu ildən pensiya təyinatı aparılması barədə inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması təlbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, iddia tam əsassızdır və qanunzidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi x xxxxxxxx 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındaki dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X8”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 07******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, O, xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək 219 nömrəli mağazada kiçik satıcı, xx.xx.1979-cu ildə yenidən işə qəbul olunmuş, xx.xx.1980-ci ildə Bakı Plan Uçot Texnikumuna daxil olmuş, xx xxxx 1982-ci ildə həmin texnikumu bitirmiş, xx.xx.1982-ci ildən mühasib kimi işə qəbul olmuş, xx.xx.1986-cı il tarixdən işdən azad olunmuş, xx.xx.1986-cı ildən mühasib kimi işə qəbul olmuş, xx.xx.1997-ci ildə işdən azad olunmuş, xx.xx.1998-ci ildə “Azərneftyanacaq” İstehsalat Birliyində 10 №-li sexin neft məhsullarının doldurulması emalatxanasına 4-cü dərəcəli əmtəə operatoru qəbul edilmiş, xx.xx.1998-ci ildə 18 №-li maddi-mexaniki təchizat şöbəsinə 2 №-li anbara anbardar keçirilmiş, xx.xx.1998-ci ldən idarə aparatının mühasibat şöbəsinə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin təsərrüfat qrupuna 5-ci dərəcəli anbardar keçirilmiş, xx.xx.2009-cu ildən həmin sexin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildən həmin estakadada 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, xx.xx.2010-ci ildən həmin estakadada 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, xx.xx.2014cü ildən təzə ştat cədvəlinə əsasən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №li sahənin neft məhsullarının yüklənməsi estakadasında 4-cü dərəcəli əmtəə operatoru sayılmış, xx.xx.2015-ci ildən neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş və hal-hazırda işləyir. İşdə olan Heydər Əliyev adına X8 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, SOCAR**********81200601A00025 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixindən indiyədək Heydər Əliyev adına X6 işləyir. xx.xx.2009-cu il tarixinə (köçürülmə barədə 222k saylı, xx.xx.2009-cu il tarixli əmr) indiyədək neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin, sahənin neft məhsullarının yükləməsi estakadasında, neft məhsulları üzrə qablar parkına xidmət üzrə əmtəə operatoru və hazır məhsulun doldurub-boşaldılması üzrə süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq oalraq Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 10 il, 00 ay, 02 gün təşkil edir. İşdə olan Heydər Əliyev adına X8 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, SOCAR**********80930442X00001 nömrəli arayışdan görünür ki, İddiaçı Heydər Əliyev adına X8 tərəfindən xx xxxxx 2019-cu il tarixli, SOCAR**********81200601A00025 nömrəli verilmiş arayışda qeyd olunduğu kimi sahələrdə əmək funksiyasını yerinə yetirdiyi peşələrin süzücü-tökücü (doldurucu) peşəsinin icrasının izahı açıqlanmış şəkildə təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabça”sının 1-ci hissəsində qeyd olunduğu kimi: neft məhsullarının qəbulu və yüklənməsi sahəsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın neft məhsullarının doldurma estakadasında və hazır neft məhsulunun doldurub-boşaldılması ilə məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyən müddətdə sadalanan funksiyaları həyata keçirir; benzin, kerosiun, neft yağlarının və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın, perihidrolun, xlorfosun, zəhərli kimyəvi emulsiyaların müxtəlif anbarlara qəbulu; məhsulun avtomat və yarımavtomat maşınlardan müxtəlif taraya süzülməsini; vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi; süzücü şlanqların çənlərin ağzına buraxılması; sürgülərin açılması və bağlanması, vaqon-çənlərin məhsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən və doldurulan məhsulların uçotunu aparır və məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizoturların və yanacağın, neft tələlərinin və quruducu kameraları doldurub-boşaldılması, doğranması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X6 süzücü-tökücü peşəsi ilə eyni funksiyalara malikdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X8 ilə iddiaçı arasında xx.xx.2010-cu il tarixində bağlanmış, 280 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli, 280 N\D-6 nömrəli dəyişikliyin surətindən görünür ki, işəgötürən zavodun direktoru X2 və işçi neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yükləmə estakadasının süzücü-tökücüsü (doldurucu) İddiaçı ilə xx.xx.2010cu il tarixində bağlanmış 280 nömrəli əmək müqaviləsinin 4.1, 4.2 və 4.4-cü bəndlərində dəyişiklik edilməsinə dair razılığıa gəlmişlər. Əmək müqaviləsinin 4.1, 4.2 və 4.4-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: 4.1. işçiyə hər ay 4-cü ixtisas dərəcəsi üzrə 647.92 manat əmək haqqı ödənilir; 4.2. əmək haqqı: 3.20 tarif haqqı (vəzifə maaşı), 513.60 manat; 15.41 manat (iş stajına görə 3 %) məbləğində əlavə; gecə növbəsinə görə, tarif haqqına (vəzifə maaşına) 40 faizi, 77.82 manat məbləğində əlavə; təmirə görə, tarif haqqında (vəzifə maaşına) əlavə; 4.4. işçi əmək funksiyasını zərərli şəraitdə iş yerindən icra etdiyi üçün onun əmək haqqına 8 faiz, 41.09 manat məbləğdə əlavə müəyyən edilir. Dəyişikliklər xx.xx.2019-cu il tarixindən qüvvəyə minir və xx.xx.2010-cu il tarixli, 280 nömrəli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiçının xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respubliaksının tərəfdar çıxdığı beynəlxalq müüqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filila təqdim etdiyi x xxxxxxxx 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X8”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilrəindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən Mərkəzi Filila təqdim etdiyi x xxxxxxxx 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2010xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X8”nda işlədiyi süzücü-tökücü peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmadığına, bununla da, iddiaçının güzəştli iş stajının 10 ildən az təşkil etdiyinə istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş Heydər Əliyev adına X8 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, SOCAR**********80930442X00001 nömrəli arayışa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizoturların və yanacağın, neft tələlərinin və quruducu kameraları doldurub-boşaldılması, doğranması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X6 süzücü-tökücü peşəsi ilə eyni funksiyalara malikdir. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi işlədiyi peşənin xarakteri barədə arayış, cavabdehin imtina məktubunda gətirdiyi arqumenti əsassız edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarlarla (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüddür. Onun xx.xx.2019-cu il il tarixinə qədər 55 yaşı olmuş, 20 ildən artıq ümumi, 10 aydan artıq isə xüsusi əmək stajı olmuş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir. Bununla da, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona xx.xx.2019-cu ildən yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar