Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-269/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X17 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni İddiaçı xx xxx 2017-ci il tarixdən təyin olunmuş və 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının məbləğinin yenidən hesablanmaqla verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlilliyin bərpa edilməsi və 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-269/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşdur. Məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda məskunlaşmış və həmin rayonda qeydiyyatdadır. 2015-ci ilin sonlarında yaşayış binasının 5-ci mərtəbəsindən yıxıldığı üçün çox ağır xəsarətlər almış və bədəninin bütün nayihələrində çoxlu sayda sümüklərimin sınması nəticəsində sağlamlığına son dərəcə ciddi ziyan dəymişdir. Müxtəlif tibb müəssisələrində uzun müddət müalicə-bərpa kursları keçməsinə baxmayaraq, sağlamlığının tam bərpa edilməsi mümkün olmamış və bunun nəticəsində uzun müddətə əmək qabiliyyətini itirmişdir. Kənar şəxslərin köməyi olmadan, hətta zəruri təbii ehtiyaclarını belə ödəyə bilmir. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında X1 xx xxx 2017-ci il tarixli rəyinə əsasən ona “Xroniki beyin qan dövranı çatışmamazlığı” diaqnozu qoyulmuş və xx xxx 2022-ci il tarixə kimi 5 illik müddətə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Bu rəyi əsas götürərək Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Dövlət X20 Binəqədi rayon şöbəsi tərəfindən ona 2017-ci ilin may ayından 187 (bir yüz səksən yeddi) manat məbləğində əlillik pensiyası təyin edilmişdir. O, həmin pensiyanı 1 il 4 ay müddətində, yəni 2018-ci ilin noyabr ayına kimi almışdır. Lakin sonradan məlum olmayan səbəblər üzündən X2 xx xxx 2017-ci il tarixli rəyi ləğv etdiyinə görə Dövlət X20 Binəqədi rayon şöbəsi əlillik pensiyasının ona verilməsini 2018-ci ilin noyabr ayından dayandırmışdır. Əlilliyinə görə pensiya ödənişinin bərpa edilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət olunmuş, lakin Nazirliyin Mərkəzi Elektron X7 Altsistemində əlillik vəziyyəti barədə 2017-ci ildə qiymətləndirilməsinə dair məlumat aşkar edilmədiyinə görə ona müsbət cavab verilməmişdir. Pensiyasının verilməsi dayandırıldıqdan sonra Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X22 Binəqədi rayon şöbəsi ona 1 il 4 ay müddətində guya qanunsuz olaraq ödənilmiş 2600 (iki min altı yüz) manat 90 qəpik məbləğində pulun geri qaytarılmasını tələb edir. DSMF tərəfindən həmin məbləğin geri qaytarılması tələbinə dair Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin iddia tələbi əsassız olduğu üçün məhkəmə işə baxmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin X3 xx xxx 2019-cu il tarixli təkrar rəyi əsasında ona “Revmatik poliartrit. Oynaq və əzələ sisteminin funksional pozğunluğu. Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Durğunluq ürək çatmamazlığı. 2-ci dərəcə. Əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertoniya 3-cü dərəcə. 4-cü risk qrupu. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası” diaqnozu qoyulmuş, ümumi xəstəlik səbəbi ilə ona xx xxx 2024-cü il tarixinə kimi ikinci qrup əlillik dərəcəsi verilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, X15 əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik altsistemində İddiaçı əlillik vəziyyətinin xx.xx.2015-ci il tarixdə qiymətləndirilməsinə dair heç bir məlumat aşkarlanmır. Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 haqqında Əsasnamə”nin 4.26-cı bəndinə uyğun olaraq “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Səhiyyə müəssisəsinin 4405003AABNR saylı göndərişi İddiaçı aid deyil, həmin göndəriş səhiyyə müəssisəsi tərəfindən Bakı şəhər sakini X16 rəsmiləşdirilmiş və onun əsasında şəxsə əlillik dərəcəsi təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi X4 sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Xroniki beyin qan dövranı çatışmazlığı diaqnozu ilə xx.xx.2022-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə 4405003AABNR saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi X4 sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2019-cu il tarixdə revmatik poliartit. Oynaq və əzələ sisteminin funksional pozğunluğu. Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Durğun ürək çatmamazlığı, İİ dərəcə. Əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertoniya İİİ dər. İV risk qrupu. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası diaqnozu ilə xx.xx.2024-cü il tarixədək 0027003AACXC saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0027003AACXC saylı Forma 88 arayışı əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə, yəni xx.xx.2024cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinə əsas revmatik poliartit. Oynaq və əzələ sisteminin funksional pozğunluğu. Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Durğun ürək çatmamazlığı, İİ dərəcə. Əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertoniya İİİ dər. İV risk qrupu. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası diaqnozu ilə ümumi xəstəlik göstərilmişdir. Lakin iddiaçı ona əlilliyin daha əvvəl xroniki beyin qan dövranı çatışmazlığı diaqnozu ilə xx xxx 2017-ci il tarixdə 4405003AABNR saylı Forma 88 arayışı əsasında 5 il müddətinə təyin edildiyini əsas gətirərək, ona xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlilliyin bərpa edilməsini və 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının əlilliyə görə pensiya ödənişinin bərpa edilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0027003AACXC saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Nazirliyin Mərkəzi Elektron X7 altsistemində İddiaçı əlillik vəziyyətinin 2017-ci ildə qiymətləndirilməsinə dair məlumat aşkar edilmir. Məhkəmə tərəfindən iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi X4 sonuncu müayinəyə dair məlumatda göstərilmiş 4405003AABNR saylı Forma 88 arayışı əsasında İddiaçı xx.xx.2017-ci il tarixdə Xroniki beyin qan dövranı çatışmazlığı diaqnozu ilə xx.xx.2022-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilməsinin əsasları barədə araşdırma aparılaraq, cavabdehdən göstərilən məsələyə aydınlıq gətirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq **********0 saylı, xx xxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, 4405003AABNR saylı göndərişi İddiaçı aid deyil, həmin göndəriş müəssisə tərəfindən Bakı şəhər sakini X16 rəsmiləşdirilmiş və onun əsasında şəxsə əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş 4405003AABNR saylı göndərişdən görünür ki, göndəriş xx xxxxxx 2015-ci il tarixdə Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X23 MDX Əhmədli tibbi sanitar hissəsi tərəfindən X18 barəsində ümumi xəstəlik səbəbi ilə göndərilmişdir. TSEK-ə göndəriş zamanı əsas diqanoz mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xroniki serebral araxnaidit, likvorodinamik pozğunluqla, tez-tez təkrarlanan tranzitor həmlələr və cəngolma tutmaları ilə (ayda 3 dəfə) olmuşdur. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti xx xxxx 2020-ci il tarixli, **********3 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0027003AACXC saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əmək və X19 Nazirliyinin Mərkəzi Elektron X8 altsistemində İddiaçı əlillik vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilməsinə dair heç bir məlumat aşkarlanmır. İddiaçının təqdim etdiyi sənədin heç bir hüquqi əsası yoxdur. Qərar verilən vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Həmçinin hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən “Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir”. Səhiyyə müəssisəsinin 4405003AABNR saylı göndərişi İddiaçı aid deyil, həmin göndəriş səhiyyə müəssisəsi tərəfindən Bakı şəhər sakini X12 adına rəsmiləşdirilmişdir və onun əsasında şəxsə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə hesab edir ki, Əmək və X19 Nazirliyinin Mərkəzi Elektron X8 altsistemində İddiaçı əlillik vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilməsinə dair heç bir məlumat aşkarlanmadığından, iddiaçıya həmin tarixdə əlilliyin təyin edilməsinə əsas olan tibb müəssisəsinin 4405003AABNR saylı göndərişin ona deyil, digər üçüncü şəxsə aid olduğu və həmin şəxsə 4405003AABNR saylı göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi müəyyən edildiyindən, həmçinin iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0027003AACXC saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək onun barəsində ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar qəbul edildiyindən iddiaçının xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlilliyin bərpa edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Əsasnaməsinin 3-cü bəndi Xidmətin vəzifələrini əks etdirir. Həmin vəzifələrdən biri 3.1.2-ci bəndə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə X5 tərəfindən qərar qəbul edilməsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş X5 haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X14 Sosial Ekspertiza və X21 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Mərkəzi Elektron X8 altsistemində iddiaçının əlillik vəziyyətinin xx xxx 2017-ci il tarixdə qiymətləndirilməsinə dair məlumat olmadığından, iddiaçı tərəfindən xx xxx 2017-ci il tarixdə onun əlilliyinin qiymətləndirilməsi barədə göstərilmiş tibb müəssisəsinin 4405003AABNR saylı göndərişinin digər üçüncü şəxs X18 barəsində xx xxxxxx 2015-ci il tarixdə Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X23 MDX Əhmədli tibbi sanitar hissəsi tərəfindən göndərildiyi və buna əsasən həmin şəxsə əlilliyin təyin edildiyi müəyyən edildiyindən, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-269/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-269/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver