Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2690/2021 19.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır ) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X7 üçüncü şəxs qismində işə cəlb olunmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildən xx.xx.1986-cı il təvəllüdlü Xəlilova (Əliyeva) Göyçək Ravil qızının və xx.xx.2015-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X7 üçüncü şəxs qismində işə cəlb olunmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildən xx.xx.1986-cı il təvəllüdlü Xəlilova (Əliyeva) Göyçək Ravil qızının və xx.xx.2015-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin mülkiyyətçisidir. Buna dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddia ərizəsi üzrə üçüncü şəxs X7 ilə iddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçının iradə ifadəsinə əsasən üçüncü şəxs xx.xx.2015-ci il tarixdə onun mənzilinə qeydiyyata alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1435/2020 saylı qətnaməsinə əsasən, iddiaçı ilə üçüncü şəxs arasında olan nikah pozulmuşdur. X7 nikah pozulmamışdan öncə və hal-hazırdada öz atasına məxsus mənzildə yaşayır. Qeyd edilən mənzil iddiaçı ilə üçüncü şəxs arasında bağlanılmış nikahdan əvvəl iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Mülkiyyət üzərində sərəncam vermək hüququ məhdudlaşmışdır. İddiaçı üçüncü şəxs X2 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, 3169-cu məhəllə, Adil Məmmədov küçəsi, ev 11-də yerləşən 31 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsinə dair Binəqədi rayon Polis İdarəsinə qarşı ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfdən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Yaşayış sahəsinə üçüncü şəxs qeydiyyata alınarkən onun sözü gedən sahə ilə bağlı hər hansı bir hüququ mövcud olmamış, qeyd edilən mənzil mülkiyyətçisi kimi iddiaçının iradə ifadəsi əsasında qeydiyyata alınmışdır. Qeyd olunanların hazırki məsələyə münasibətdə tətbiqi belə nəticə verir ki, yaşayış sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqa malik olmayan üçüncü şəxs, iddiaçının ərizəsi vasitəsi ilə həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Belə olan halda mövcud olan həmin qanunvericiliklə mülkiyyətçinin iradə ifadəsinə uyğun olaraq qeydiyyatı həyata keçirilmiş şəxsin qeydiyyatdan çıxarılması hüququnun reallaşdırılmasının şərtləri və qaydaları nəzərə alınmalı idi. Belə qaydanın müəyyən edilməməsi isə, iddiaçının mülkiyyətçi olaraq yaşayış sahəsi ilə bağlı hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin, həmçinin üçüncü şəxsin iştirаkı оlmаdаn bахılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən, X2 ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi barədə bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3169-cu məhəllə, Adil Məmmədov küçəsi, ev 11, giriş 9, mənzil 31 ünvanından ibarət ümumi sahəsi 75,78 kv.m sahəsi olan 2 otaqlı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1435/2020 saylı qətnaməsində, X7 ilə İddiaçı arasında 04 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 431 nömrə ilə qeydə alınmış nikahın pozulduğu, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 21 aprel 2015-ci il təvəllüdlü X1 və 21 fevral 2017-ci il təvəllüdlü X4 anaları X2 yanında qalmaları müəyyən edilmiş, İddiaçı 21 yanvar 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 21 aprel 2015-ci il təvəllüdlü X1 və 21 fevral 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qeyd edilmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 4 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı X7 05 iyun 2015-ci ildə iddiaçının razılığ ərizəsi əsasında ona məxsus mənzilə qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı ilə üçüncü şəxs X7 arasında olan nıkah pozulmuşdur. Üçüncü şəxs qeydiyyatda olduğu mənzildə yaşamır. İddiaçı ona məxsus mənzildə keçmiş arvadın qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Qanunvericiliyə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. İşin həqiqi hallraına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin mülkiyyətçisidir. 3-cü şəxs Xəlilova (Əliyeva) Göyçək Ravil qızı həmin mənzilə iddiaçının adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və iddiaçının razılıq ərizəsi əsasında cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki,”şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarına uyğun araşdırma apararaq, məhkəmə müəyyən etmişdir ki, 3-cü şəxs X7 iddiaçıya məxsus ünvan 1 , 31 saylı mənzildə yaşamır, onun həmin mənzilə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud deyil. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 , 31 saylı mənzil iddiaçı ilə 3-cü şəxs nikahda olduğları dövrdə əldə etdikləri əmlak deyil, həmin əmlak onların birgə mülkiyyəti sayılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Xəlilova (Əliyeva) Göyçək Ravil qızının və X1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci – 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildən Xəlilova (Əliyeva) Göyçək Ravil qızının və X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2690/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2690/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver