Məhkəmə qərarları › İş №2-1(112)-2690/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2690/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2690/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “birdəfəlik pul mükafatının ödənilməsi barədə əmrin icra edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 №-li qərarı ilə nəzərdə tutulmuş və NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə ona verilməli olan birdəfəlik pul mükafatının tam həcmdə ona ödənilməsi barədə N №-li hərbi hissə komandirinin N70 №-li, xx.xx.NN-ci il tarixli əmrinin icra olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NN-ci il tarixli, 07NN №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxıldığına görə N №-li hərbi hissə komandirinin N70 №-li, xx.xx.NN-ci il tarixli əmri ilə xx.xx.NN-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin həmin əmri ilə o, NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 №-li qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülmüşdür. Lakin hərbi hissə komandanlığı heç bir əsas göstərmədən birdəfəlik pül mükafatanı ona ödəməkdən imtina etmişdir. N №-li hərbi hissə komandirinin N70 №-li, xx.xx.NN-ci il tarixli əmrinin icra olunaraq birdəfəlik pul mükafatının ona ödənilməsi xahişi ilə o, xx.xx.NN-ci il tarixdə AR Müdafiə Nazirliyinə, N №-li hərbi hissə komandirinə, N №-li hərbi hissə komandirinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti hal-hazıradək cavabsız və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı N8 fevral N2-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 №-li qərarı ilə nəzərdə tutulmuş və NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə ona verilməli olan birdəfəlik pul mükafatının tam həcmdə ona ödənilməsi barədə N №-li hərbi hissə komandirinin N70 №-li, xx.xx.NN-ci il tarixli əmrinin icra olunması vəzifəsinin cavabdehə həvalə olunması və hüquqi yardım üçün ödədiyi N00 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbi “Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş və NN-ci ilin yanvar-iyul aylarındakı xidmətimə görə mənə verilməli olan birdəfəlik pul mükafatının tam həcmdə mənə ödənilməsi barədə N nömrəli hərbi hissə komandirinin N70 nömrəli, xx.xx.NN-ci il tarixli əmrinin icra olunması vəzifəsinin Azərbycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması və hüquqi yardım üçün ödədiyim N00 manat pulun cavabdehdən mənim xeyrimə tutulması barədə qərar qəbul qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirakının təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, müraciəti cavablandırılmadığından hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N98N-ci il tarixdə ünvan N ünvanda qeydiyyatdadır; Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş N2 avqust NN-ci il tarixli 804 №-li arayışından görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xəzər küçəsi, ev 22C-də qeydiyyatsız yaşayır; N nömrəli hərbi hissə komandirinin N4 iyun NN-ci il tarixli N70 №-li əmrindən çıxarışda qeyd edilmişdir ki, mayor İddiaçı, aviasiya eskadrilyası (L-39, Mİ-N7-NV) komandirinin müavini-şturman Azərbaycan Respublikası Müdafiə nazirinin 07 iyun NN-ci il tarixli 07NN nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı il maddəsinin “j” bəndinə (öz arzusu ilə) və N64-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, 70 (yetmiş) gün məzuniyyət verilməklə, 22 avqust NN-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi uçota durmaq üçün SHXÇDX-nın Kəlbəcər rayon bölməsinə göndərilsin. Mayor İddiaçı NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında işdən çıxma müavinəti ödənilsin. Mayor İddiaçı NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 07 iyun NN-ci il tarixli 07NN nömrəli əmrindən çıxarış. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia birdəfəlik pul mükafatının ödənilməsi hissəsində əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin N-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 20-ci maddəsinin N-ci hissəsinə əsasən hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə (öz arzusuna) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmin Əsasnamənin N64-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin N56-cı maddəsinin “e” və “ə” bəndlərinə və N58-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N64-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin N56-cı maddəsinin “e” və “ə” bəndlərinə və N58-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Həqiqi hərbi xidmətdən buraxılan Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik müavinət almaq hüququ olan şəxslərin dairəsi qanunla müəyyən edilmişdir. İş materialları ilə iddiaçının belə müavinət almaq hüququ müəyyən edilmişdir. Həmçinin, N №-li hərbi hissə komandirinin N70 №-li, xx.xx.NN-ci il tarixli əmri ilə o, NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 №-li qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülmüşdür. Odur ki, iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia “hüquqi yardıma görə ödənilmiş N00 manatın cavabdehdən tutulması” hissəsində əsassız olmaqla təmin edilməməlidir. Belə ki, İPM-in: N08.N-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir; N08.2-ci maddəsinə əsasən, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir; N09-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; NN5.N-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İddiaçının əlavə etdiyi mədaxil qəbzindən məbləğin XN ödənilməsi qeyd edilsə də, iddiaçının vəkili və ya nümayəndəsi olması ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş və NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə verilməli olan birdəfəlik pul mükafatının İddiaçı ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.N, 52, 68, 69, 73.2, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli, 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş və NN-ci ilin yanvar-iyul aylarındakı xidmətinə görə verilməli olan birdəfəlik pul mükafatının İddiaçı ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar