Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2690/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “əsassız olaraq iddiaçının adına yazılmış 7181.04 (yeddi min yüz səksən bir manat, dörd qəpik) manat vergi borcunun adından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1749/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1749/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə məlum olmuşdur ki, müxtəlif vaxtlarda adına 5 MMC "İddiaçı" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "İddiaçı 1966 Ticarət" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "İddiaçı 1966" MMC (VÖEN: **********) adlı MMC-lər təsis edilmişdir. Adına təsis edilmiş MMClərdən "xxxx" MMC (VÖEN: **********) - nin 7181.04 manat vergi borcu vardır, digər MMClərin isə vergi borcu yoxdur. Sözügedən MMC-lərin hansısa birinin fəaliyyətindən xəbəri olmamışdır və onların hansı fəaliyyətlə məşğul olmalarından kimlərin işə götürülməsindən məlumatsız olmuş, həmin MMC-lərdə aparılmış əməliyyatlarda heç bir iştirakı və imzası olmamışdır. Sözügedən həmin 5 MMC ilə heç bir əlaqəsi yoxdur, hətta adına təsis edilmiş həmin MMC-lərin harada yerləşdiyindən belə xəbərsizdir. Sözügedən MMC-lər formal olaraq adına təsis edilmişdir. Müvafiq şəxslər qabaqcadan əlbir olaraq sonuncunun işə düzəlməsinə zamin durmaq adı ilə onnu aldadıb xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 53 ünvanında yerləşən 14 saylı notariat kontoruna gətirərək orada onun adından özlərinə mülki etibarnamə yazdırmışlar və xəbəri olmadan həmin etibarnamədən öz maraqlarına uyğun şəkildə istifadə etmişlər. Bütün bunlardan yalnız məhkəmə zamanı xəbər tutmuş və xəbər tutduqdan sonra 2020-ci ilin iyul ayının 16-da adından verilən etibarnaməni ləğv etdirmişdir. Nəsimi rayon Polis İdarəsində aparılmış araşdırma zamanı həmin şəxs izahatında bildirmişdir ki, artıq bir neçə ildir ki, tanışların tapşırığı ilə müəyyən muzd əvəzində onlar üçün şəxsiyyət vəsiqələri olan və razılıq bildirən müştərilər axtarıb tapırmış ki, sonradan həmin şəxslər onun gətirdiyi müştərilərin adlarına xeyli sayda müxtəlif MMC-lər açaraq həmin MMC-lər vasitəsi ilə saxta bank əməliyyatları həyala keçirməklə pul vəsaitlərinin nağdlaşdırılması fəaliyyəti ilə məşğul olsunlar. Belə müştərilərdən biri də özü olmuşdur. 7181.04 manat vergi borcunun adına yazılması əsassızdır. Əsassız olaraq adına yazılmış 7181.04 manat vergi borcunun silinməsi ilə bağlı cavabdeh quruma ərizə ilə müraciət etsə də, müraciətimə bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələb ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1749/2023 saylı qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, həmçinin eyni tarixli qərardada əsasən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 14485/2023 nömrəli məktubu ilə məhkəmə sərəncamı (iddia ərizəsi əlavə edilməklə) icra olunması üçün cavabdehə göndərilmiş və iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 35.1, 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş 7.181,04 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi borc məbləği iddiaçının 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamaları, həmçinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarlar əsasında yaranmışdır. Bu səbəbdən göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi ləğv edilməsi tələb olunan borc məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) fəaliyyəti nəticəsində yaranmış borcdur. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Bundan əlavə, Mülki Məcəllənin 43.1-ci maddəsində göstərilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, mübahisələndirilən məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) borcu olduğuna görə İddiaçı həmin borcun ləğv edilməsi üçün öz adından iddiaçı kimi iddia qaldırmaq səlahiyyətinə malik deyil və bu qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təqdim edilmiş 336 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Sumqayıt şəhəri 16-cı mikrorayon İ.Qayıbov küçəsi ev 206B mənzil 7-də yaşayır və Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri sektoru tərəfindən təqdim edilmiş 01/336 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı məcburi köçkün hüququna malikdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən İddiaçı təqdim edilmiş 083-48M saylı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, aldadılaraq xəbəri olmadan adına saxta MMC-lər yaradılaraq üzərinə xeyli miqdarda vergi borcunun yığılması barədə müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinə əsasən qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququ var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********172600 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumilikdə 7181,04 manat, o cümlədən vergilər üzrə 4973,0 manat, maliyyə sanksiyası üzrə 100,0 manat, faiz üzrə 2108,04 manat vergi borcunun olduğu müəyyən edilmişdir. “İddiaçı 1966 Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********), "İddiaçı 1966" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN.**********), "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN.**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN.**********) xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə borcunun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********426600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 2018-ci il üçün təqdim edilmiş hesabatlarda mənfəət vergisi üzrə kənarlaşmalar aşkar edilmiş və mövcud qanunvericiliyə uyğun olaraq kameral qaydada vergi hesablanmışdır. xx.xx.2024-cü i tarixə şəxsi vərəqə üzrə Cəmiyyətin 7181,04 manat dövlət büdcəsinə ödənilməli olan borcu var. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergilərin hesablanılması barədə **********648400 saylı xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 17000,00 manat bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi hesablanılmışdır (bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 1062,67 manat). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən, iddiaçı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilməklə iddia tələbinin vergi borcunun hesablanmasına əsas olmuş qərarın mübahisələndirilməsi kimi dəqiqləşdirilməsi barədə ərizənin və buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktıp qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34-cü maddəsinin müddəalarına əsasən isə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1); İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1); İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2); Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3); İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia tələbi iddiaçı tərəfindən aydın ifadə edilməmiş, hüquqi cəhətdən əsaslandırılmamış, cavabdehin hansı hərəkətinin və ya qərarının onun qanunla qorunan hər hansı hüquqlarının və maraqlarının pozulmasına yol verdiyini göstərməmişdir. İddiaçı bu barədə məhkəməyə də hər hansı sübut təqdim etməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə yol verilmiş qeyri-müəyyənliklər aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) borcu olduğuna görə İddiaçı həmin borcun ləğv edilməsi üçün öz adından iddiaçı kimi iddia qaldırmaq hüququna malik deyil. İddiaçı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilməklə iddia tələbinin vergi borcunun hesablanmasına əsas olmuş qərarın mübahisələndirilməsi kimi dəqiqləşdirilməsi barədə ərizənin və buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilsə də, iddiaçı ərizəsini dəqiqləşdirməmişdir. Odur ki, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən müvafiq şərtlər mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2690/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2690/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver