Məhkəmə qərarları › İş №2-1(112)-2693/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2693/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2693/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 dekabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada sənədlərini nəzərdən keçirərkən şəxsiyyət vəsiqəsi olmadığından müvafiq sənədin təkrar verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu məsələ ilə ağlı Bakı şəhəri 4 saylı “ASAN Xidmət” şəxiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi bölməsinə müraciət etsə də, hüquqi yardım göstərilməmişdir. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 24.08.2004-cü il tarixli 1079 nömrəli doğum haqqında akt qeydi əsasında təkrar şəhədatnamənin verilməsini tələb edir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, iş həcminin çox olmasını nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinin 19 may 2020-ci il tarixli, 05/15-497 saylı məktubundan görünür ki, X5 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qızının şəxsiyyətini təsdiq edən sənəd olmadığından, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. - Nikah haqqında şəhadətnamədən görünür ki, 29.07.1979-cu il təvəllüdlü X6 ilə 05.01.1974-cü il təvəllüdlü X7 arasında 21 avqust 2004-cü il tarixində nikah bağlanmışdır. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 10.02.2021-ci il tarixli, 05/13-84 nömrəli məktuba qoşma olaraq 24 avqust 2004-cü il tarixli doğum haqqında akt qeydi göndərilmişdir. Akt qeydindən gürünür ki, İddiaçı 11 dekabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anasının isə X6 olduğu göstərilmişdir. Məhkəmə soğusu ilə X2 Reyestri Xidmətindən 05.01.1974-cü il təvəllüdlü X7 ilə 29.07.1979-cu il təvəllüdlü X3 nikahı və övladları barədə məlumatın verilməsi tələb edilmiş, sorğuya cavab olaraq adıçəkilən şəxslərin 21.08.2004-cü ildə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində nikaha daxil olması, atası İ.Əliyev, anası isə A.Əliyeva olan 19.10.1997-ci il təvəllüdlü Aysel Əlizadənin (Babayevanın), 11.12.2001-ci il təvəllüdlü İddiaçı və 04.12.2006-cı il təvəllüdlü Murad Əliyevin doğumunun Xəzər rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının atası X7 şahid qismində çıxış edərək ifadəsində bildirmişdir ki, 3 uşağı var, 19.10.1997-ci il təvəllüdlü Əlizadə Aysel, 11.12.2001-ci il təvəllüdlü İddiaçı və 04.12.2006-cı il təvəllüdlü Əliyev Murad. Hazırki iddiaçı onun ortancıl qızıdır. Digər uşaqlarının doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri var, lakin Günelin doğum haqqında şəhadətnaməsini məktəbə təqdim etmiş və orada itirilmişdirlər. Hazırda da şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnaməni ala bilmirlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Xəzər rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış müraciət iddiaçı tərəfindən olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciəti və ona verilmiş imtina məktubu qəbul edilməlidir. İddianın əsaslılığı : İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə ona doğum haqqında şəhadətnamənin təkrar verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş **********4082004 nömrəli, 24 avqust 2004-cü il tarixli doğum haqqında akt qeydi ilə onun doğumunun qeydiyyata alınması təsdiq olunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra- şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməsini itirdiyindən şəxsiyyət vəsiqəsini olmadığından, cavabdeh iddiaçıya doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. İşin araşdırması zamanı müəyyən olundu ki, hazırki iddiaçının atası X7, anası X4r. 11.12.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur, uşağın doğumunu təsdiq edən sənəd 19.08.2004-cü il tarixli ŞKX 3 nömrəli tibbi şəhadətnamədir. Seriya 1AZ-İ, 485728 nömrəli doğum haqqında şəhadətnamə ilk olaraq 24.08.2004-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X2 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X2 qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı iddia ərizəsi təmin edilməli, 11 dekabr 2001-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRАRА АLDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. 11 dekabr 2001-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar