Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2698/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 08 oktyabr 2020-ci il tarixli, 1/M-13381 nömrəli imtinasının əsassız və qanunsuz hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Qazax rayonunda anadan olmuşdur. Həqiqi hərbi xidmətdə 1982-ci ildən 1984-cü ilədək keçmiş SSSR ordusunda xidmət etmişdir. O, 1993-cü ildə Yasamal rayonu ərazisində olan 3 saylı Tikinti İdarəsində işləyərkən 1993-cü ilin sentyabr ayında səfərbərlik ilə əlaqədar Yasamal rayon Hərbi Kommisarlıqı tərəfindən hərbi xidmətə yollanmışdır. Onları ilk olaraq Pereşkül qəsəbəsində olan N saylı hərbi hissəyə aparmışlar və qısa müddət orada təlim keçdikdən sonra onları 5-ci Yasamal batalyonu olaraq GORAN ərazisində, döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəyə göndərdilər və o, həmin hərbi hissəyə getdikdən sonra həmin hərbi hissənin 5-ci batalyonunun komandiri X1 kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra onları 5-ci batalyon olaraq 1993-cü ilin sentyabr ayının əvvəllərində döyüş əməliyyatlarına iştirak edən N saylı hərbi hissəyə göndərdilər və o, yenə də 5-ci batalyonunun komandiri X1 kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta onlar 1993-cü ilin noyabr ayının 4-də N saylı hərbi hissənin təkibində Fizuli rayonu istiqamətində “Zeliyonka" əməliyyatı deyilən döyüşlərdə də iştirak etmişlər. Sonra hərbi hissənin 5-ci batalyonunun komandiri X3 şəhid oldu. Sonra o, “insult” keçirmiş, 27.09.1995-ci ildə hərbi hissədəki özbaşınalıqlara görə və ən əsası könüllü olduğu üçün hərbi hissəni tərk edib evə gəlmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilir ki, N №-li hərbi hissəyə gəlmiş, toplanışa çağırılmış, 1964-cü il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən N №-li hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli, 363 №-li əmrilə 5 MAT-nın şəxsi heyətinin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. 30 yaş və yuxarı yaş həddi hərbi hissəni özbaşına tərk etmiş Yasamal RHK-dan çağırılmış 1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 nömrəli əmrilə 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Döyüş əməliyyatları zamanı hərbi biletini itirmişdir və həmin dövrdə hər birinə məlum olduğu kimi hərbi hissə komandirlərinin səhlənkarlıq və özbaşınalıqları nəticəsində o, hərbi biletinin itirilməsi barədə heç bir arayış ala bilmir, amma buna baxmayaraq tərəfindən Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinə müraciət edərək ona hərbi biletinin dubilikatının verilməsini xahiş etmişdir, Yasamal rayon şöbəsinin 06.08.2020-ci il tarixli məktubuna əsasən 50 yaşı tamam olduğu üçün ona hərbi biletin dubilikatının verilməsinin mümkün olmadığını deyərək 1982-1984-cü illər ərzində keçmiş sovet ordusunda xidmət etməyi barədə arayış verilmişdir. Onun uzun müddət keçməsinə baxmayaraq vetaran adı və vəsiqəsini almaqda əsas məqsədi dövlət tərəfindən ona veriləcək 80 manat müavinət almaq üçün deyildir. Onun əsas məqsədi onun gələcək nəsillərə döyüşlərdə iştirakını sübut etmək üçün vəsiqə sahibi olmağıdır və bu səbəbdən 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək ona veteran adının və müvafiq vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum 08.10.2020-ci il tarixində 1/M-13381 nömrəli imtina məktubu göndərərək döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığını, hərbi hissəni özbaşına tərk etməyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş əsasnaməsinə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişdir. Azərbaycan Respublikasının MN-nin 08.10.2020-ci il tarixində l/M-13381 nömrəli imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, 27.09.1995-ci il tarixində yəni 10 may 1994-cü il tarixindən atəşkəs rejimi olduğu gündən təxminən N il sonra o, hərbi hissəni tərk etmişdir və bu da müharibədən sonra olduğundan hərbi hissəni özbaşına tərketmə kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarında göstərilmişdir ki, veteran adı 1988-ci ilin fevral ayından 1994-cü ilin may ayının 10 dək xidmət etmiş şəxslərə şamil edilir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin tərəfindən verilən 11.06.2020-ci il tarixli 9/2-6448 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissədən gəlmiş, toplanışa çağırılmış, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.12.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə (əsas: səh.-404. §14. sıra-8) 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş Yasamal RHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə (əsas: səh.-196, §9, sıra-602) 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edilənlərdən məlum olmuşdur ki, iddiaçı xidmət yerini özbaşına tərk etdiyindən N №-li hərbi hissənin komandiri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq Direktivini rəhbər tutmaqla iddiaçını 30.09.1995-ci il tarixdə 273 №-li əmrlə şəxsi heyətin siyahısından çıxarmışdır. Cavabdeh döyüş əməliyyatları aparmış hərbi hissələrin tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirakını təkzib etmir. Lakin Müdafiə Nazirliyinin döyüşlərdə iştirak etmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılan şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi var. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmamış, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı üçün şəxsi heyətin siyahısından çıxarılmamış, bu barədə hərbi hissə komandirinin əmri olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Qazax rayonu, Göycəli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin 724 №-li, 06.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.12.1982-ci ildən 22.12.1984-cü ilə qədər keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-6255 №-li, 08.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, N №li hərbi hissədən gəlmiş, toplanışa çağırılmış, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.12.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə (əsas: səh.-404, §14, sıra-8) 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, Yasamal RHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə (əsas: səh.-196, §9, sıra-602) 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, komandirin sentyabr 1993-cü il tarixli, N №-li hərbi hissə komandirinin sentyabr-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı oglunun xidməti barədə məlumat aşkar olunmamışdır. Ərizədə sonrakı xidmət müddəti dəqiq (il və aylarla) qeyd edilmədiyindən İddiaçı barədə əlavə araşdırma apara bilmirlər. - Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis Şöbəsinin 09.12.2020-ci il tarixli, 091-57670-1220 №-li məktubundan görünür ki, İddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 14.01.2021-ci il tarixli, HP 12/30-9034 №-li məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsini tərəfindən iddiaçıya ünvanlanmış 1/M-13381 №-li, 08.10.2020-ci il tarixli məktubundan görünür ki, Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 07.10.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə həmçinin göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissəni özbaşına tərk etdiyindən N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: - 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. - 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2698/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2698/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver