Məhkəmə qərarları › İş №2-1(112)-2698/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2698/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2698/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri “Fides” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 xx.xx.2023cü il tarixdə “Fides” Vəkil Bürosunun vəkili Cavabdeh barəsində şikayətlə Azərbaycan Respublikası Vəkillər X1 müraciət etmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Vəkillər X2 müvafiq qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş nallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, “Fides” Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən ona müraciət edən şikayətçi X3 ilə bağlanmış "Bakı şəhəri 44 saylı Notariat ofisinə vəkil sorğusunun göndərilməsi” üçün xx.xx.2022-ci il tarixli, 330/22 saylı, “müqavilənin etibarsız sayılması tələbi üzrə hüquqların Bakı şəhəri Binəqədi rayon Məhkəməsində müdafiəsi” üçün xx.xx.2022-ci il tarixli, 338/22 saylı, “müqavilənin ləğvi, pul tələbi üzrə hüquqların Bakı şəhəri Nəsimi rayon Məhkəməsində müdafiəsi” üçün xx.xx.2022-ci il tarixli, 413/22 saylı və “müqavilənin ləğvi, pul tələbi üzrə hüquqların Bakı Apellyasiya Məhkəməsində müdafiəsi” üçün xx.xx.2023-cü il tarixli, 10/23 saylı müqavilələr əsasında müvafiq hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, - bu müqavilələri fəaliyyət göstərdiyi Vəkil Bürosunda deyil, həmin Bürodan kənar fəaliyyətini tənzimləyən hər hansı hüquqi əsas olmadan icarəyə götürdüyü və Büro ilə hec bir bağlılığı olmayan Bakı şəhəri, H.Əliyev prospekti 115, “BMS" Plcızada yerləşən ofisində bağlamaqla, - müqavilələrə əsasən marka xərci daxil müəyyən olunan hüquqi yardım haqqlarını - xx.xx.2022-ci il tarixli, 330/22 saylı müqavilə üzrə 60 manat, xx.xx.2022-ci il tarixli, 338/22 saylı, xx.xx.2022-ci il tarixli, 413/22 saylı və xx.xx.2023-cü il tarixli, 10/23 saylı müqavilələrin hər biri üzrə 210 manat, cəmi 690 manat məbləğində pul vəsaitini müvafiq mədaxil qəbzləri ilə “ExpressPay" ödəniş sistemi vasitəsilə Büronun bank hesabına ödəməklə, - şikayətçi Sevinc Zakiridən intizam icraatı zamanı verdiyi izahatında özünün etiraf etdiyinə görə Bakı şəhəri, H.Əliyev prospekti 115, “BMS” Plazada yerləşən ofisində xx.xx.2022-ci il tarixdə 1.800 ABŞ dolları (3.060 manat) və xx.xx.2022-ci il tarixdə 4.000 ABŞ dolları (6.800 manat), ümumilikdə 5.800 ABŞ dolları (9.860 manat) məbləğində pul vəsaitini alaraq, həmin məbləğdən tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən marka xərci daxil hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə ödənilən 690 manat və dövlət rüsumunun ödənilməsi üçün ona verilən 100 manat, cəmi 790 manat çıxılmaqla, qalan 9.070 manat məbləğində pul vəsaitini müqavilədən kənar qaydada, nağd şəkildə əldə etməklə, - şikayətçi Sevinc Zakiridən sonuncunun təqdim etdiyi audiofayllardakı səs yazılarına əsasən və intizam icraatı zamanı verdiyi izahatında özünün etiraf etdiyinə görə 2023-cü ilin mart-aprel aylarında Bakı şəhəri, H. Əliyev prospekti 115, “BMS” Plazada yerləşən ofisində Bakı Apellyasiya Məhkəməsinin Sevinc Zakirinin əleyhinə çıxarılmış qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar işin qeyriprosessual qaydada həlli ilə bağlı onunla danışıqlar apararaq, işin onun xeyrinə müsbət həll olunması müqabilində 150.000 ABŞ dolları və iş bitdikdən sonra 50.000 ABŞ dolları məbləğində pul vəsaitini verməli olduğunu bildirməklə və Sevinc Zakiri bununla razılaşmayıb onun hüquqi yardımından imtina etdikdə və ödədiyi məbləği geri istədikdə, onu qaytarmaqdan imtina etməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edərək, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, əksinə bu inamın və etimadın sarsılmasını şərtləndirən, vəkilliyin və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cii maddəsinin 1 hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2.4, 2.5, 2.10, 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin, Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Belə ki, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.

3. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək (Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri gaytarılmasını xahiş etmişdir.

4. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünküyünü yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar