Məhkəmə qərarları › İş №2-1(112)-27/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-27/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-27/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 20 sentyabr 2022-ci il tarixli Qərardadı ilə X8 və X14 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması” barədə xx.xx.2006-cı il tarixli 98 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akta əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi vətəndaş X9 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli arayışından görünür ki, yuxarıda qeyd edilmiş qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur. Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. Cavabdeh “yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması” haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, X12 Bilgəh qəsəbəsi, dalan 18 Məlik Aslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı X12 AR ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək onun mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsini xahiş etmişdir. Onun bu müraciətlərinə imtina cavabı verilmişdir. Ona görə də iddiaçı X12 cavabdeh AR ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması müddətində əmlakın reyestr xidmətinə hakim tərəfindən sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mübahisəli əmlak bələdiyyə tərəfindən digər şəxslərə verilib. Həmin torpaq ayırma sənədlərinin alınması üçün bələdiyyəyə müraciət etsə də nəticəsi olmamışdır. Lakin, məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, güya Cavabdeh 017 saylı ilə xx.xx.2005-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi X4 verilib. Sonuncu da həmin sənədlər əsasında qeyd edilən torpaq sahəsini əvvəl öz adına, sonradan isə digər üçünçü şəxs X10 adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən verilməsi göstərilən 017 saylı ilə xx.xx.2005-ci il tarixli qərar aşağıda göstərilən əsaslara görə qanuni hesab edilə bilməz: Belə ki, cavabdeh tərəfindən eyni torpaq sahəsi barədə iki və ya daha çox şəxsə münasibətdə qərar verilməsi qanuna birbaşa ziddir. Digər tərəfdən, üçüncü şəxs X4 adına Cavabdeh tərəfindən verilməsi qeyd edilən 017 saylı ilə xx.xx.2005-ci il tarixli qərarı, torpaq sahəsinin ölçüsünə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə ziddir. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs X3 adına verilmiş qərarda, sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0,6 h.) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan başqa, həmin qərar əsasında verilmiş, torpaqların alqısatqısına dair xx.xx.2005-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri torpaq şöbəsinin müdiri Şahid olmuşdur. Qeyd edilən şəxs isə həmin dövrdə orada fəaliyyət göstərməmişdir. Yuxarıda qeyd edilənlər, belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh tərəfindən verilməsi göstərilən 017 saylı ilə xx.xx.2005-ci il tarixli qərar və onun əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt qanunun pozulması ilə verilmişdir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.3, 1.4 və 2.1-ci bəndlərində qeyd edilmişdir:” Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmişdir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia ərizəsindən aydın olduğu kimi iddiaçı ona məxsus torpaq sahəsinin başqa şəxsə satılması barədə qərarın ləğv edilməsini tələb edir. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malikdir.İddiaçı iddia müddətinə riayət etmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi qərarın mövcudluğu barədə məlumatlı olmamış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə müraciət etdikdə ona məxsus olan torpaq sahəsinin artıq üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat əldə etmiş və bundan sonra hazırkı iddianı qaldırmışdır. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümayəndələrini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini təmin etməmişdir. Odur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır

İş materiallarına əlavə edilmiş:

Cavabdeh 98 nömrəli 08 iyun 2006-cı il tarixli qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir.

“Torpaqların alqı-satqısına dair akt”da qeyd edilmişdir ki, İddiaçı 20 may 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bilgəh bələdiyyə ərazisində 1200 (min iki yüz) kv.m torpaq sahəsinin satılması barədə 2006-cı il 08 iyun tarixli 98 nömrəli qərar qəbul edilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi Sabunçu rayonu, Cavabdeh xx.xx.2006-cı il tarixli 98 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 165 nömrəli 25 iyul 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh tərəfindən 98 saylı 08 iyun 2006-cı il tarixli qərarla verilmiş 18 dalanda Məlik-Aslanov küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 017 nömrəli, 16 may 2005-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) X2 mülkiyyətinə verilmişdir. “Torpaqların alqı-satqısına dair akt”da qeyd edilmişdir ki, X7 02 may 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bilgəh bələdiyyə ərazisində 6000 (altı min) kv.m torpaq sahəsinin satılması barədə 2005-cı il 17 may tarixli 017 nömrəli qərar qəbul edilmişdir. X5 ayrılmış torpaq sahəsinin eskiz sxemi Sabunçu rayon Cavabdeh 16 may 2005-ci il tarixli 017 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 108 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən Cavabdeh tərəfindən 017 saylı 16 may 2005-ci il tarixli qərarla verilmiş 6000 kv.m torpaq sahəsi vətəndaş X5 məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal hazırda hüquqi qüvvədədir. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adındadır. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adındadır. Ədliyyə Nazirliyi Bələdiyyələtlə İş Mərkəzinin məhkəməyə ünvanladığı 09/3-177 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 017 saylı və xx.xx.2006-cı il tarixli, 98 saylı qərarları Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 08 nömrəli 11 mart 2022-ci il tarixli məhkəməyə ünvaladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh 2000-2008-ci illərə aid sənədlərin arxiv idarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 26 nömrəli 09 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 adına verilmiiş arayış vətəndaşın təqdim etdiyi torpaq sənədləri əsasında verilmişdir. Məktuba qoşma olaraq xx.xx.2009-cu il tarixli akt əlavə edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Hazırkı iddia ilə iddiaçı Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X3 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsini tələb edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-8573/2024 **********73 saylı məktubu ilə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən X1 adına 017 nömrəli xx.xx.2005-ci il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.6 ha torpaq sahəsi və X11 98 nömrəli, xx.xx.2006-cı il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.12 ha torpaq sahəsi faktiki olaraq ümumi hasardaxili 0.6292 ha təşkil edir (mübahisəlidir). Torpaq sahəsi üzərində tikili yoxdur. Mübahisəli 0.6292 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi **********86 reyestr nömrəsi ilə 0.6 ha olmaqla X10 xüsusi mülkiyyətindədir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir: - İddiaçı iddia etdiyi Bilgəh bağ massivində yerləşən (1200 kv.m) torpaq sahəsinin hüquqi rejimi müəyyən edilsin. - Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 98 nömrəli, 08 iyun 2006-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 017 nömrəli qərarı əsasında X5 ayrılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - İddiaçı iddia etdiyi torpaq sahəsi ilə X6 ayrılmış torpaq sahəsi üst-üstə düşürmü? Düşdüyü halda hansı hissələrdə? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair sualların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılsın. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2640 nömrəli ekspert rəyini nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən X2 adına 017 nömrəli xx.xx.2005-ci il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.6 ha torpaq sahəsi və İddiaçı 98 nömrəli, xx.xx.2006-cı il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.12 ha torpaq sahəsi faktiki olaraq ümumi hasardaxili 0.6292 ha təşkil edir (mübahisəlidir). Torpaq sahəsi üzərində tikili yoxdur. Mübahisəli 0.6292 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi **********86 reyestr nömrəsi ilə 0.6 ha olmaqla X10 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırılması zamanı ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçının adına ayrılmış torpaq sahəsinin yerləşdiyi yer X10 xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Mübahisələndirilən qərar əsasında X5 ayrılmış torpaq sahəsi həmin şəxsin adına dövlət qeydiyyatına alınmış və koordinatları, döngə nöqtələri və sərhədləri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldə edənlərin hüquqlarından üstün sayılır. Belə ki, hüquqi üstünlük verilməsində əsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurla əldə edilməlidir. Məhkəmə qeyd edir ki, X2 xx.xx.2005-ci il tarixli, 017 nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı 98 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür. Belə olan halda, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X3 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbində iddiaçı haqlı hesab edilmir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X3 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 33, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar