Məhkəmə qərarları › İş №2-1(112)-2702/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2702/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2702/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5/353 nömrəli qərarına əsaən Nardaran Bağlar sahəsindən 205 nömrəli tikinti kooperativinin nəzdindən 1306a nömrə ilə ayrılmış 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi hhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli. 5/353 nömrəli qərarına əsasən Nardaran Bağlar sahəsindən 205 nömrəli tikinti kooperativinin nəzdindən 1306a nömrə ilə 0.12 ha torpaq sahəsi ayrılmışıdır. Bağ sahəsi yerdə və naturada təqdim edilmiş və bu günə qədər qeyd edilən torpaq sahəsindən iddiaçının istifadəsindədir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə ilə torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədi ilə müraciət etdi. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli bildirişi ilə ərizəni təmin etməmiş və buna səbəb olaraq torpaq sahəsinin elektron kadastr məlumatına əsasən digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını və torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini əsas gətirməklə imtina etmişdir. İddiaçıya məxsus olan torpaq sahəsinin faktiki və üst-üstə düşməsi barədə ərizə ilə “AB Consulting" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC- nin mütəxəsisi tərəfindən ona məxsus olan torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməsi barədə rəy təqdim edilmişdir. Cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir qanuni əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, , iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “1306a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********02 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan ərazi 90 ilə başlayan bağların ərazisinə uyğun gəlir və elektron kadastr məlumatına əsasən göstərilən ərazi **********74-11301 reyestr nömrəsi ilə 93 saylı bağ sahəsi kimi X7 (fin : 37TT22A) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2126/2024 nömrəli məktubu ilə göstərilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/353 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 61333 nömrəli qərarına uyğun olaraq Bakı şəhər X11 İcraiyə Komitəsi qərara alır: 2.5 Mövcud bağ tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılsın: 2.5.93. İddiaçı-Nardaran massivində 205 saylı BTK. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********59 nömrəli məktubu ilə təqdim edilmiş Azərbyacan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativi tərəfindən verilmiş 93 nömrəli orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5/353 nömrəli qərarına əsasən İddiaçı Nardaran Bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1306a saylı bağ ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********23 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 1306a nömrəli bağ torpaq sahəsi 93 nömrəli bağ kimi göstərilmişdir. **********74-11301 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmişdir. Həmin məktubla təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan bağ-torpaq sahəsi 93 saylı torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsinin ətrafında 89İ, 89B, 92, 92a, 93a 109, 117saylı bağ torpaq sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********38 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 nömrəli BTK-nın bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 nömrəli BTK üzvlərinin siyahısından da görünür ki, İddiaçı adı müvafiq siyahıda yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********28 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi də 0.12 ha-dır. Bağ sahəsinin sərhədləri 3 tərəfdən hasarlanıb, cənub tərəfdən bir hissəsi hasarlanıb, digər hissəsi şərtidir. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Nümayəndə tərəfindən göstərilən torpaq sahəsində A-1 mərtəbəli bağ evi var. Bağ sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uyğundur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********155 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsiə əsasən satıcı X9 Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi 93 ünvanında yerləşən ümumi sahəsi 54.3 kv.m, yaşayış sahəsi 47.4 kv.m olan bağ evini X2 mülkiyyətinə vermişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi 93 ünvanında yerləşən **********44-11301 reyestr nömrəli 0.00972 ha torpaq sahəsi və üzrində yerləşən ümumi sahəsi 54.3 kv.m olan 1 mərtəbəli, 3 otaqlı bağ evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1160 nömrəli vərəqində qeydiyyata alınmışdır -xx.xx.2020-ci il tarixli 500071 nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə əsasən satıcı X6 Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi 93 ünvanında yerləşən ümumi sahəsi 54.3 kv.m, yaşayış sahəsi 47.4 kv.m olan 3 otaqlı bax evini X1. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 500071 nömrəli Çıxarışda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi 93 ünvanında yerləşən **********44-11301 reyestr nömrəli 0.00972 ha torpaq sahəsi və üzrində yerləşən ümumi sahəsi 54.3 kv.m olan bağ evi xx.xx.2020-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1160 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 500071 nömrəli Çıxarışda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi 93 ünvanında yerləşən **********74-11301 reyestr nömrəli 0.05 ha torpaq sahəsi və üzrində yerləşən ümumi sahəsi 54.3 kv.m olan bağ evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1160 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AB Consulting MMC-nin xx.xx.2024-cü il tarixli “Mübahisə predmeti olan daşınmaz əmlak haqqında mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin faktiki torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyası sxematik plana uyğundur. Sxematik planın tərtib edildiyi dövrdə peyk ölçü və koordinat sisteminin təyin etmə cihazları olmadığından torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyası göz baxışı ilə təqribi hazırlanırdı. Bu səbəbdən sxematik planda göstərilən cizginin dönmə bucaqları standart olaraq 90 dərəcə altında çəkilmişdir. Naturada isə şimal cəhətinə nəzərən relyefin quruluşundan asılı olaraq (yollar və qonşuluqlar) torpaq sahəsi 7-ci səhifədə göstərilən kimidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9536/2025 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi 0.12 ha təşkil edir. Sahə üzərində 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi tamamilə **********74-11301 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-14886/2025 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.12 ha təşkil edir. Sahə üzərində birmərtəbəli bağ evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi özəl 93 saylı bağ evi kimi **********74-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin məktubla təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi **********7411301 reyestr nömrəli 93 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********02 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilər ərazi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ih uyğunsuzluq təşkil edir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununu 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilə məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Məlumat üçün bildirilir ki, təqdim olunan sənədlər surətdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,“Daşınmaz əmlakın dövlət reyestri haqqınd; Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövl qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İşdən görünür ki, iddiaçının Nardaran bağlar sahəsində 1306a nömrəli bağ sahəsinə dair orderin arxiv nüsxəsi və orderin verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixlli 5/353 nömrəli qərarı dövlət arxivində mövcud olsa da ona ayrılmış sahənin naturada faktiki yerləşmə vəziyyətinin uyöunsuz olduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçı 1306a saylı bağ sahəsinə iddialı olsa da naturada göstərdiyi ərazi 90 ilə başlayan bağların ərazisidir. Belə ki, təqdim edilmiş ərazinin ortofoto görüntüsündə iddia olunan sahənin qonşuluuğunda 89İ, 89B, 92, 92a, 93a 109, 117saylı bağğğ sah\lərinin eyrləçdyi müəyyən olunmuşdur. Bundan əlavə həmin sahəyə uyğun gələn 93 nömrəli bağğın arxiv cizgisində belə 93 nörəli bağın qonşuluuğun da 93a, 92 saylı bbağ sahəələrinin olduğu, 1306a və ya 1300-lərlə başlayan bağların yerləşmədiyi öz əksini tapmışdır. Başqa sözlə, iddia olunan 1306 a nömrəli bağ sahəsi yerləşmə vəziyyəti, bağ nömrələrinin yerləşmə ardıcıllığına əsasən 1300-lərlə olan bağların ərazisinə deyil, tamamilə fərqli 90-larla başlayan bağların ərazisidir ki, bu halda 1306a nömrəli bağın faktiki yerləşməsiin həmin əraziyə aid olmadığıöz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə sorğularına əsasən cavabdehin mütəxəssisləri tərəfindən keçrilmiş yerli müayinələrinn nəticəsində iddia olunan 0.12 ha bağ sahəsinin naturada koordinatları müəyyən olunmuş və sahənin **********74-11301 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmiş 93 nömrəli 0.05 ha torpaq sahəsi və üzərində 54.3 kv.m bağ evi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddia olunnan sahənin cavabdeh tərəfindən təqdim edilmiş peyk görüntüsü ilə iddiaçının özünün AB Consulting MMC tərəfindən təqdim etdiyi rəydəki əmlakın peyk görüntüsünün də eynilik təşkil etdiyi müəyyən olunur. Başqa sözlə, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxsin xüsusi mülkiyyəti olaraq qeydə alınnmış,, həmin mülkiyyətə dair reyestr qeydləri qüvvədədir, ləğv edilməmişdir. Mülki Məcəllənin aşğıdakı maddələrinə əsasən: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı iş üzrə nə qədər ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada bağların yerləşmə vəziyyətinə uyğun gəlmir, eləcə də naturada göstərdiyi torpaq sahəsnin bir hissəsi digər şəxsin adına mülkiyyət hüququ üzrə qeydə alınmış və həmin qeydlərin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə bir halda cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar