Məhkəmə qərarları › İş №2-1(112)-2707/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2707/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2707/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata adının “Paşa” kimi dəyişdirilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Milliyyətcə erməni olsa da, özünü həmin millətə aid hiss etmədiyini bildirmişdir. Öz atasının onun böyütmədiyini, babası Paşa tərəfindən böyüdüldüyü və tərbiyyə aldığını qeyd etmişdir. Doğulan gündən Azərbaycan Respublikasında yaşamış, Azərbaycanı öz vətəni kimi qəbul etmişdir. Azərbaycan vətəndaşı kimi rəsmi ailə qurmuş və onun soyadını qəbul etmiş, İddiaçı kimi yeni şəxsiyyət vəsiqəsi almışdır. Bu nikahdan 1 qız və 1 oğlu var. Oğlu Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi hərbi xidmət keçmişdir. Ata adının erməni adı olduğuna görə hər yerdə qərəzli münasibətlə daim üzləşir. Buna görə də, ata adının dəyişdirilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin Bakı rayon Qeydiyyat Şöbəsi ata adının dəyişdirilməsindən əsassız olaraq imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE№0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il təvvəlüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş AZ-T №099634 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X1, anası X2. İş materiallarında olan Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-01/58 saylı imtina məktubdan görünür ki, iddiaçının ata adının dəyişdirilməsinə imtina edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı özünün istəyi ilə Bakı şəhəri Cavabdehnə müraciət edərək ata adını dəyişdirərək “Paşa” adını qoyulmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan imtina cavabı vermişdir. İddiaçı həmin imtinanı mübahisələndirir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsi və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təşkil edir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydanın 6.4-ci bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Həmin Qaydaların 6.5-ci bəndinə müvafiq olaraq ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydanın 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Belə ki, qüvvədə olan normativ hüquqi aktda xüsusi ilə vurğulanmışdır ki, ata adının dəyişdirilməsi yalnız tərbiyə etmiş şəxsin razılığı olduğu halda mümkündür. İddiaçı atası tərəfindən deyil, ana atası yəni babası tərəfindən böyüdüldüyünü, tərbiyyə edildiyini bildirərək bu əsasla ata adının babasının adı “Paşa” adı ilə dəyişdirilməsini xahiş etsə də, həmin şəxsin məhz onu tərbiyə etmiş şəxs olması ilə bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gələrək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində qeyd olunmuş hallar iddiaçıya münasibətdə müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab oluna bilməz. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə görə inzibati icraat qaydasında nzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar