Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2707/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçı1, üçüncü şəxslər X5, X12 və X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 503-13-46/2-m-36463 saylı imtinasının əsassız hesab edilərək X1, X3, X2 və X9 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 503-13-46/2-m-36463 saylı imtinasının əsassız hesab edilərək X1, X3, X2 və X9 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, X5, X12, X6 və X14 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil order əsasında iddiaçılara məxsusdur. 3-cü şəxslər bu günədək qeydiyyatdan çıxmamışlar. Həmin şəxslərin qeydiyyatlarının əsassız olmasını dəfələrlə bildirsələr də, heç bir tədbir görülməmişdir. İddiaçılar hazırkı tələb ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.
İddia ərizəsinə əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1269 saylı, 31 mart 2015-ci il tarixli Qərarından görünür ki, Binəqədi rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 vvə qeyrilərinin cavabdeh Məmmədova Gülağa Gülbala oğluna və qeyrilərinə qarşı orderlə qeydiyyatda olduğu ünvana köçürülmə barədə ilkin iddia tələbi qismən təmin edilərək ilkin iddiaçılar İddiaçı1 Güllbala qızının, onun azyaşlı oğlu X20, İddiaçı2 və onun azyaşlı uşaqları X15 və X7 Bakı şəhəri, 9 mikrorayon, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 27 saylı mənzilinə köçürülmələri qət edilmiş, X4 və qeyrisinin İddiaçı1 və qeyrisinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6108/2024 saylı, 30 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1269 saylı, 31 mart 2015-ci il tarixli Qərarı ilə cavabdeh X4 və Məmmədova Xeyrənsə Gülağa qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 6108/2024 saylı, 30 oktyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3795/16 saylı, 05 sentybar 2016-cı il tarixli Qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Məmmədova Xeyrənsə Gülağa qızma, X13, X10 və Məmmədova (Yahyayeva) Pakizər Ağabala qızma qarşı "cavabdehlərin yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları və əmlakların qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MKnın 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə (İş № 2(103)-765/2016) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3795/16 saylı, 05 sentybar 2016-cı il tarixli Qərarına əsasən İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-765/2016 saylı, 04 fevral 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6.İddia ərizəsindən göründüyü kimi, iddiaçıların tələbi - “X1, X3, X2 və X9 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılmasın”dan ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər (X14, X12 və X5) iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçılar cavabdeh tərəfindən onların hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdirlər. Belə ki, iddiaçıların adlarını göstərməklə qeydiyyatdan çıxarılmasını tələb etdikləri ünvana dair mülkiyyət, istifadə və ya icarə hüquqununa dair müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçıların hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onların qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddiaçıların hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onların qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Belə ki, qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçının mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş məhkəmə qətnaməsindən də görünür ki, hazırkı iş üzrə iddiaçıların üçüncü şəxslərin mübahisəli mənzilə dair “yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları” barədə iddiaları təmin edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 503-13-46/2-m-36463 saylı imtinasının əsassız hesab edilərək X1, X3, X2 və X9 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3acıbəyova