Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2708/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X19, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X7 iştirakları ilə İddiaçıCavabdehnə qarşı X9, X20, X13, X14 və X43 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2, X10, X3, X8, X25, X15, X16, X21 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X9, X20, X13, X14 və X43 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixində, ünvan 2 ünvanında yerləşən və X36 mülkiyyətində olan fərdi evi notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X22 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsimləşdirərkən Bakı şəhəri, 14 saylı Notariat Kontorunun xüsusi notariusu X29 tərəfindən həmin ünvanda qeydiyyatda olan şəxslər barədə arayış əldə etmişdir. Həmin arayışa əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid-2, ev 4 ünvanında tək X43 qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı X43 xx.xx.2016-cı il tarixinədək həmin ünvandan qeydiyyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Lakin öhdəlik götürməyinə və onun çoxsaylı xahişlərinə baxmayaraq bu günə kimi həmin ünvanda qeydiyyatdadır. xx.xx.2016cı il tarixində Bakı şəhəri, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid-2, ev 4 ünvanında yerləşin və X36 mülkiyyətində olan fərdi evi notarial qaydada təsdiq edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X22 alandan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** nömrəli qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi mülkyyət hüququnu təsdiq edən çıxarışı əldə etmişdir. Bir necə müddət bundan əvvəl o bilmişdir ki, həmin ünvanda X22 başqa ona məlum olmayan bir necə şəxs də qeydiyyatdadır. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərkən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əldə etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə müraciət edərək həmin şəxslərin hansı tarixdə və hansı əsaslarla qeydiyyata alınması və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onun müraciətinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdeh tərəfindən 26339H-3220 nömrəli, xx.xx.2020-ci il tarixli məktub verilmişdir. Həmin məktuba əsasən həmin ünvanda X22 başqa X11 xx.xx.2016-cı il tarixində, X17 xx.xx.2016-cı il tarixində, X13 xx.xx.2016-cı il tarixində, X14 xx.xx.2016-cı il tarixində Cavabdeh tərəfindən, X30 xx.xx.2018-ci il tarixdə, X31 xx.xx.2018-ci il tarixdə, X37 xx.xx.2018-ci il tarixdə isə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, X4, X10, X3, X12 həmin ünvana qeydiyyata alınma əsasları müəyyən etmək mümkün olmamışdır. Sözügedən daşınmaz əmlakı o öz adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi müllkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdiyindən sonra yuxarıda göstərilən şəxslər 2016-cı ilin dekabr ayında həmin ünvana qeydiyyata alınmışdılar. Yənı 3 aydan sonra Cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Daşınmaz əmlakı o, öz mülkiyyəti kimi qeydiyyatdan keçirdikdən sonra yuxarıda qeyd olunan şəxslər həmin ünvana qeydiyyata alınıblar və bu halda həmin şəxslərə onun mülkiyyətində olan ünvana qeydiyyata alınması ilə bağlı razılıq ərizəsi və mülkiyyətindən istifadə hüquqlarını təsdiq edən sənəd Cavabdehnə təqdim olunmalı idi. Hesab edir ki, həmin şəxslər qanunsuz olaraq Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvana qeydiyyata alınmışdılar. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X38 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X17 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, mübahisəli ev onun deyil qardaşı Əziz Əhmədovun evi olub. Qardaşı yataq xəstəsi olduğuna görə qardaşının xahişinə əsasən qardaşının yanına köçərək ailəsi ilə orada yaşamış, qardaşına və onun azyaşlı qızı Əzizəyə baxmışdır. Qardaşı rəhmətə gedəndən sonra evin sahibi qardaşı qızı Əzizə Əhmədova olmuş və Əzizə Əhmədova həmin evi onlardan xəbərsiz sənədləşdirmişdir. Əzizənin həmin evi satmasından məlumatları olmuşdur. Lakin Əzizə həmin evi öz şəxsi borclarının əvəzi olaraq İddiaçı çox ucuz qiymətə satmışdır. Onun ilkin qeydiyyatı Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6 ünvanına olmuş, sonra qardaşının xahişi ilə qardaşının yaşadığı ünvana qeydiyyata düşmüşdür. Lakin qeydiyyatçının səhvinə görə keçid 2, ev 4 ünvanına deyil, döngə 2, ev 4 ünvanına qeydiyyata düşmüşdür. Sonradan səhv aradan qaldırılmış və o mübahisəli ünvana qeydiyyata alınmışdır. İddiaçının ona və ailə üzvlərinə qarşı iddiası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Üçüncü şəxslər X9, X13, X14 və X43 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da heç bir üzrülü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslər X2, X3, X8 və X25 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Füzuli rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1988-ci il təvəllüdlü X9, xx.xx.1946-ci il təvəllüdlü X17, xx.xx.1947ci il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X14, xx.xx.1992-ci il təvəllüdlü X43, xx.xx.2012-ci il təvəllüdlü X30, xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2014-cü il təvəllüdlü X37 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri, 14 saylı Notariat Kontorunda qeydə alınmış, AN-İ ******* №-li, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X43 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı 45000 manata satmış, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və həmin ünvandan xx.xx.2016-cı il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 303094 №-li, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, X32 (xx.xx.2003-cü ildən qeydiyyatdadır) və X43 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 055263339H- 3220 №-li məktubundan görünür ki, araşdırma zamanı ona məxsus ünvan 7 ünvanına xx.xx.1988-ci təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə, xx.xx.1946-cı il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdə, xx.xx.1947-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə, xx.xx.1978-ci il təvəllüdlü Əhmədov Səfərəli Nəriman oğlunun xx.xx.2006-cı il tarixdə Xəzər RPİ-i tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2018-ci il tarixdə, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2018-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X21 xx.xx.2018-ci il tarixdə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Araşdırma zamanı Z.Məmmədovanın, N.Əhmədovun, B.Əhmədovanın və S.Əhmədovun qeydiyyata alınma əsaslarını müəyyən etmək mümkün olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. - Bakı şəhər Cavabdeh məhkəməyə ünvanlandığı 0555323-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmənin məktubuna cavab olaraq X9, X17, X13, X14 və X43 barəsində tərtib edilmiş fərdi uçot kartoçkalarının surəti göndərilir. Məktubda qeyd olunan X30, X31 və X37 ilk dəfə xx.xx.2018-ci il tarixdə Səyyar-Asan 1 tərəfindən ünvan 4 ünvanına qeydiyyata alınmışlar. Yuxarıda adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyat düşmə əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər Cavabdeh məhkəməyə ünvanlandığı 0555323-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkaların surətlərindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X33 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2010-cu ildə AZE 07430499 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.1946-cı il təvəllüdlü X7 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333548 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid -2 əvəzinə döngə yazılıb” qeyd edilmişdir. xx.xx.1947-ci il təvəllüdlü X3 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333573 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid -2 əvəzinə dön 2 yazılıb” qeyd edilmişdir. xx.xx.1988-ci il təvəllüdlü X2 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333572 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid-2 əvəzinə dön 2 yazılıb” qeyd edilmişdir. xx.xx.1978-ci il təvəllüdlü X8 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333585 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid-2 əvəzinə dön. 2 yazılıb” qeyd edilmişdir. - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən H.Mustafayevin Xəzər RPİ-nin Q və ŞVŞ-nin rəisi polis polkovnik leytenantı Fehruz İmanova ünvanlandığı 442 №-li, xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, 055-26767-1216 saylı, xx.xx.2016-cı il tarixli sorğuya cavab olaraq Binə qəsəbə nümayəndəliyi bildirir ki, qəsəbə ərazisində həm D.Bünyatzadə küçəsi, döngə 2, həm də D.Bünyatzadə küçəsi, keçid 2 mövcuddur. X1 dediyinə görə onun özünün və adları qeyd olunan ailə üzvlərinin- X13, X14, X18 və X2 şəxsiyyət vəsiqələrində səhvən D.Bünyatzadə küçəsi, döngə 2, ev 4 ünvanı yazılmışdır. Hal-hazırda onlar D.Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşayırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı 018-3972-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş kartoçkalardan görünür ki, X43 xx.xx.2010-cu il tarixdə, X17, X13, X14 və X9 xx.xx.2016-cı il tarixdə, ünvan 8 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin olunmuşlar. Q.Məmmədlinin, S.Məmmədlinin və T.Məmmədlinin qeydiyyata alınmalarına əsas verən sənədlər, Ə.Əhmədovanın, N.Əhmədovun, B.Əhmədovanın, S.Əhmədovun və Z.Məmmədovanın qeydiyyata düşmələrinə əsas olan sənədlər aşkar edilmədiyi üçün fərdi uçot kartoçkalarının kserosurətləri göndərilmişdir. - Məktuba əlavə edilmiş “Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında” ərizə-anketlərin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X23 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə, xx.xx.2014-cü il təvəllüdlü X26 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə, xx.xx.2013-cü il təvəllüdlü X24 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə şəxsiyyət vəsiqələri verilmişdir. - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin məhkəməyə ünvanladığı 219 №-li, xx.xx.2020-ci il tarixli və 265 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qəsəbə ərazisində Bünyatzadə küçəsi, keçid 2 və Bünyatzadə küçəsi, döngə 2 ilə ifadə olunan ayrı-ayrı ünvanlar mövcuddur. Qeyd etmişlər ki, X25 qeydiyyat vəsiqəsində ünvan Bünyatzadə küçəsi, keçid 2, ev 4 qeyd olunsa da sorğuda adları qeyd olunan digər vətəndaşlar Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşamalarına baxmayaraq şəxsiyyət vəsiqələrində (2004-cü ildə Əzizbəyov RPİ-nin Q və ŞV şöbəsi tərəfindən verilmiş) səhvən ünvanları Bünyatzadə küçəsi, döngə 2, ev 4 kimi qeyd olunmuşdur. X5 sorğuda adları qeyd olunan vətəndaşların Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşamalarını bilsə də həmin vətəndaşların şəxsiyyət vəsiqələrində səhvən Bünyatzadə küçəsi, döngə 2, ev 4 yazılmasından yararlanaraq həmin mənzili öz adına özəlləşdirmiş və daha sonra adları sorğuda qeyd olunan vətəndaşların razılığı olmadan (Forma № 2-də adları qeyd olunmadığına görə) mənzili 2016-cı ildə İddiaçı satmışdır. Hal-hazırda həmin mənzil İddiaçı mülkiyyətindədir və vətəndaş həmin mənzildə pasport qeydiyyatındadır. Digər tərəfdən İddiaçı həmin mənzilə dair xx.xx.2016-cı ildən çıxarışı olmasına baxmayaraq sorğuda adları qeyd olunan vətəndaşlar 2016-cı ilin dekabr ayının 13 və 14 tarixlərində Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanına (Bünyatzadə küçəsi-döngə 2, ev 4-dən) qeydiyyata düşmüşlər. Sorğuda adları qeyd olunan vətəndaşlara illər öncə şəxsiyyət vəsiqələrində yaşayış ünvanlarının səhv olması barədə qəsəbə nümayəndəliyi tərəfindən dəfələrlə şifahi məlumat verimişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı **********90 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X9, X17, X13, X14 və X25 Bakı şəhəri, Binə qəsəbəsi, D,Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı fərdi yaşayış evində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı fərdi yaşayış evi Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 2V- 436 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixində X53 (xx.xx.1992-ci il təvəllüdlü) qızının adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən fərdi yaşayış evi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-615 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521/1 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş X43 xx.xx.2010-cu il tarixdən hal-hazıradək ünvan 11-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4512/3 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1946-cı ildə Ermənistan, Ararat rayonunda doğulmuş X17 xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6-da, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 12-də, xx.xx.2016-cı il tarixdən ünvan 11-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4512/4 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuş X13 xx.xx.1978-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6-da, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 12-də, xx.xx.2016-cı il tarixdən ünvan 11-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521/2 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X14 xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 12-də, xx.xx.2016-cı il tarixdən ünvan 11-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1988ci ildə Bakı şəhərində doğulmuş X9 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 12-də, xx.xx.2016-cı il tarixdən ünvan 11-də qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi üçüncü şəxs X25 mülkiyyətində olmuş, Əzizə Əhmədova mülkiyyətində olan həmin evi İddiaçı xx.xx.2016-cı il tarixdə satmışdır. Yaşayış evi satılan zaman həmin ünvanda qeydiyyatda Əzizə Əhmədova olmuş və o mənzili satdıqdan sonra xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı, həmçinin üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Mübahisəli yaşayış evi İddiaçı mülkiyyətinə keçdikdən sonra (xx.xx.2019-cu il tarixdən sonra) yaşayış evinin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmayan üçüncü şəxslər iddiaçının razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddiaçı hazırda cavabdeh inzibati orqanın həmin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);2) doğum haqqında şəhadətnamə;3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Göründüyü kimi şəxsin qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi ilə yanaşı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı üçüncü şəxslərdən X9, X20, X13, X8 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınan zaman şəxsiyyət vəsiqələrindəki ünvan ünvan 12 ünvanı olsa da cavabdeh inzibati orqanın vəzifəli şəxsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinin tələblərinə zidd olaraq qəsəbə nümayəndəsinin məktubuna (hansı ki, qəsəbə nümayəndəsi də həmin məktubun üçüncü şəxsin X7 dediklərinə əsasən tərtib etdiyini göstərmişdir) əsasən həmin şəxsləri mübahisəli yaşayış evinə qeydiyyata alması, digər yetkinlik yaşına çatmayan Qurban Məmmədli, Tərlan Məmmədli, Sahib Məmmədli isə həmin ünvanda qeydiyyata alnmış anaları Zülfiyyə Məmmədovanın ərizəsi əsasında qeydiyyata alındıqlarımüəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə zidd olmaqla qanunsuz olmuş və yaşayış evinin mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı üçüncü şəxslərin iddiaçının ailə üzvlərinin olmaması və mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, həmçininüçüncü şəxs Əzizə Əhmədovanın isə alqı-satqı müqaviləsi bağlanan zaman üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi müəyyən edilmişdir. Halbu ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: • mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; • həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; • istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan şəxslər (üçüncü şəxs X22 başqa) həmin ünvana qeydiyyata alınan zaman qanunvericiliyin tələblərinin pozulması, eləcə də onların həmin mənzildə istifadə hüququnun qanunverciliklə müəyyən edilmiş qaydada qeydə alınmaması, bununla da həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl olmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, X2, X10, X3, X8, X25, X15, X16, X21 ünvan 13 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, X10, X3, X8, X25, X15, X16, X21 ünvan 13 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2708/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2708/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver