Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2709/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Arzu Cəfər qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun N7.NN.N993cü il tarixdən N8.09.N995-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrin tərkibində Kəlbəcər, Ağdam və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirakının nəzərə alınaraq ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N may N984-ci il tarixdən 5 iyun N986-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azarbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü olaraq N6.NN.N993-cü il tarixda Mingəçevir ÇHK-na müraciət etmiş və onu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərmişlər. N7.NN.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. 30.03.N994-cü il tarixdə könüllü olaraq Ağdam RHX-nə müraciət etmiş və onu Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə göndərmişlər. Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin 3N.03.N994-cü il tarixli 90 №-li əmrinə əsasən 5 MAT-ın Şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. 24.09.N994-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 24.09.N994-cü il tarixli 265 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün 4 MAT-ın şəxsi heyətin siyahısına daxil edilərək bütün növ taminatlarla tamin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyatlarda Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin tərkibində N7.NN.N993-cü il tarixdən N8.09.N995-ci il tarixə kimi Kəlbəcər, Ağdam va Ağdərə rayonları uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin N4.09.N995-ci il tarixli müvafiq əmrinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N8.09.N995-ci il tarixli 260 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq, ordu sıralarından tərxis edilərək, qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin N0.08.2020-ci tarixli 840 nömrəli sorğusuna əsasən Qarabağ Hərbi Prokurorunun N8.08.2020-ci il tarixli N8/2893 nömrəli məktubuna əsasən iddiaçının haqqında Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış va material araşdırılmamışdır. İddiaçı 22.02.20N7-ci il tarixdə və N4.09.2020-ci il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya rəsmi ərizə ilə müraciat etmişdir. Lakin Müdafiə Nazirliyinin veteran adlarının va müvafiq vasiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya göndəriİən məktubİarda müharibə veteranı adının va vəsiqəsinin ona verilməsi məqsədəuyğun hesab ediİməmiş, məktubu iddiaçı 09 noyabr 2020-ci il tarixdə almışdır. İddiaçı hesab edir ki, döyüş əməliyyatlarında könüllü iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair 2N.N2.2020-ci il tarixli, NN/6347 saylı yazılı etirazında göstərilmişdir ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən iddiaçıya 22.02.20N7-ci il tarixdə imtina olunmuşdur. Arxiv arayışına əsasən hərbi hissənin əlifba qeydiyyatı kitabında iddiaçının adının N7.NN.N993cü il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi göstərilsə də, orada xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Hətta iddia ərizəsinin özündə İddiaçı N6.NN.N993-cü il tarixdə Mingəçevir RHK-na və 30.03.N994-cü il tarixdə Ağdam RHK-na könüllü olaraq müraciət etməsini qeyd etmişdir. Əgər iddiaçı 70N xidmət etsəydi, oradan qanuni əsaslarla ehtiyata buraxılsaydı və ya oradan N nömrəli hərbi hissəyə keçirilsəydi, təbii bu həmin xidmətin davamı olardı, 30.03.N994-cü ildə xidmətə çağırılmazdı. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. İddiaçının isə döyüş əməliyyatları gedən vaxtı N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması yoxdur. Həmçinin iddiaçı iddia müddətinin vaxtını qat-qat ötürmüşdür. Belə ki, imtina 22.02.20N7-ci olduğu halda o, məhkəməyə 2020-ci ilin noyabrında müraciət etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 04.05.2020-ci il tarixli 9/2- 4980 saylı arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-3, sıra-24, məlumatda atasının adı düzəliş olunaraq Eyub yazılmışdır) Mingəçevir ŞHK-dan çağırılmış, N965-ci il təvəllüdlü İddiaçı Eyub oğlunun komandirin N7.NN.93-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması baradə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli N №-li əmrində (əsas: səh-N0, §-7) MingəçevirŞHK-tərəfindən çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas adlı siyahı noyabr N993 səh-57, sıra-3, əmrdə atasının adı Əyyub yazıİmışdır) Mingəçevir RHK-dan çagırılmış, N965-ci il təvəllüdlü sıravi Allahverdiyev Vaİeh Əyyub oglunun adı qeyd edilmişdir. Ağdam RHK tərəfindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin 3N mart N994-cü iİ tarixli 90 №-li əmrilə (əsas səh-N7 §-N6 sıra-N) 5 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 265 №-li əmrilə (əsas: səh-5N, §-2 əmrdə atasının adı Əyub yazılmışdır) 5 MAT-da xidmət edən sıravi İddiaçı Əyub oğlu 4 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə nazirinin N4.09.95-ci il tarixli müvafiq əmrinə əsasən (yaşa görə) sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 sentyabr N995-ci il tarixli 260 №-lı əmrilə (əsas səh-N8, §-5 sıra- N09) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmış, Ordu sıralarından azad olunaraq qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 02.NN.20N6-cı il tarixli 9/2- N2422 №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 03 mart 202N-ci il tarixli 9/2-N888 saylı məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-3, sıra-24, məlumatda atasının adı düzəliş olunaraq Eyub yazılmışdır) Mingəçevir ŞHK-dan çağırılmış, N965-ci il təvəllüdlü İddiaçı Eyub oğlunun komandirin N7.NN.93-cü il tarixli N №- li əmrilə hərbi hissənin siyahısına daxil olması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli N №-li əmrində (əsas: səh-N0, §-7) Mingəçevir ŞHK-tərəfindən çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: adlı siyahı: noyabr N993; səh-57, sıra-3) Mingəçevir RHKdan çağırılmış, N965-ci il təvəllüdlü sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 09.02.N994-cü il tarixli 40 №-li əmrində (əsas: § 6, sıra 23, əmrdə adı Vidadi yazılmışdır) 2-ci MAT-un sıravisi XN hospitala müalicəyə göndərildiyi üçün ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N0.02.N994-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Ağdam RHK tərəfindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 90 №-li əmrilə (əsas: səh-N7, §-N6, sıra-N, əmrdə çağırıldığı RHK “Ağdam” yazılmışdır) 5 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 265 №-li əmrilə (əsas: səh-5N, §-2, əmrdə atasının adı Əyub yazılmışdır) 5 MAT-da xidmət edən sıravi İddiaçı Əyub oğlu 4 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə Nazirinin N4.09.95-ci il tarixli müvafiq əmrinə əsasən (yaşa görə) sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N8 sentyabr N995-ci il tarixli 260 №-li əmrilə (əsas: səh-N8, §-5, sıra-N09) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmış, Ordu sıralarından azad olunaraq qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin N2.N0.2020-ci il tarixli 567 saylı arayışdan görünür ki, İddiaçı N7.NN.N993-cü il tarixdə 70N saylı hərbi hissə, 3N.03.N994cü il tarixdən N8.09.N995-ci il tarixədək N saylı hərbi hissədə Qarabağ uğrunda qedən döyüşlərdə iştirak etmişdir. AR MN-nin N4.09.N995-ci il tarixli əmri ilə (yaşa görə) ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin N2.03.202N-ci il tarixli 490 saylı məktubundan görünür ki, İddiaçı barəsində SHXÇDX-nin Suraxanı rayon İdarəsində məlumat yoxdur. - Qarabağ Hərbi Prokurorluğunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə ünvanlanmış N8.08.2020-ci il tarixli N8/2893 saylı məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və material araşdırılmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 23.09.2020-ci il N/A-N2630 il saylı məktubundan müəyyən edilir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın 2N.02.2020-ci il tarixli iclasında baxılmış və 4N0 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, 04.05.2020-ci il tarixli 9/2-4980 nömrəli arxiv arayışını zəruri sənədlərlə birlikdə (hərbi biletin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini və s.) təqdim olunarsa, iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 24.N0.2020-ci il tarixli N/A-N4058 saylı məktubundan müəyyən edilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 22.02.20N7-ci il və təkrar 23.N0.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N7.NN.N993-cü il tarixdən 3N.03.N994-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılaraq N7.NN.N993-cü il tarixdən 3N.03.N994-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının adının N7.NN.N993-cü il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi göstərilsə də, orada xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Belə ki, onun xidməti 70N saylı hərbi hissə komandirinin N0.02.N994 - mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində barədə məlumat aşkar edilməmişdir. Beləliklə, həmin dövr üçün iddiaçının hərbi xidməti, və qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Cavabdehin dəlillərini əsaslı hesab edən məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmət dövründə xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmamışdır və yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Hakim: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2709/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2709/2021
12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver