Məhkəmə qərarları › İş №2-1(112)-2709/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2709/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2709/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə qarşı onun 2004-2010-cu illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınması barədə müvafiq məktubun (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-2010-cu illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində «sahə xidmətçisi» vəzifəsində, 2010- 2015-ci illərdə isə «baş məsləhətçi» vəzifəsində işləmişdir. Qeyd edir ki, əmək kitabçasında Departamentdə 2010-2015-ci illərdə «baş məsləhətçi» vəzifəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı kimi qeyd olunsa da, 2004-2010-cu illərdə «sahə xidmətçisi» vəzifəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmamışdır. Belə olan halda 2004-2010-cu illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində «sahə xidmətçisi» vəzifəsində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınması barədə müvafiq məktubun (və ya arayışın) verilməsinə dair cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli məktubda müraciətin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh inzibati orqanın imtinasının əsası ondan ibarətdir ki, 1998-ci ildən dövlət orqanı statusuna malik olan Departament və tabeliyində olan bütün idarələri xx.xx.2010-cu il tarixinədək tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərdiyi üçün «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu həmin illərə (2004-2010-cu illər) şamil olunmur. Bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın dövlət orqanı statusuna malik olması və onun 2004-2010-cu illərdə həmin orqanında yardımçı vəzifədə işləməyi işin mübahisə edilməyən haldır. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək qeyd edir ki, Departament tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərsə də, dövlət orqanı statusuna malik təşkilatda işləmiş və dövlət orqanı statusuna malik təşkilatdan əmək haqqı almışdır. Qeyd edilənlərə əsasən də dövlət orqanı statusuna malik Departamentin xx.xx.2010-cu il tarixinədək tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi, 2004-2010-cu illərdə həmin orqanda işlədiyi müddətin dövlət qullğu stajı kimi nəzərə alınmamasına əsas ola bilməz və cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubda imtanın əsası kimi gətirdiyi dəlillər tamamilə əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “2004-2010-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində «sahə xidmətçisi» vəzifəsində işlədiyi müddəti etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-52-17/2-M-1-29/2024 saylı məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə daxil olmuş müraciətə baxılmışdır. Müraciətdə departamentin tabeliyində olan və 2010-cu ildə ləğv edilmiş “Mərkəz” İdarəsində 2004-2010-cu illərdə sahə xidmətçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluq stajı kimi nəzərə alınması barədə müvafiq arayışın verilməsini xahiş edir. Bildirilir ki, 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq və dövlət orqanı kimi yaradılmış Bakı Şəhər istehlak Bazarı və Xidmət Departamentinin adı 2003-cü ildə dəyişdirilərək, Bakı Şəhər Ticarət və Xidmət Departamenti adlandırılmışdır. Dövlət orqanı statusuna malik olan Departament və tabeliyində olan bütün idarələri 01 fevral 2010-cu il tarixədək tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərdiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu həmin illərə şamil olunmur. ИT-İ seriyalı ******* nömrəli xx.xx.2001-ci il tarixli əmək kitabçasına əlavənin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 9-3/2-3468/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı barədə məlumatların ilk dəfə Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi tarixi ilə bağlı 15 noyabr 2024-cü il tarixdə daxil olmuş 2-1(112)-13275/2024 nömrəli məktuba Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Bildirilir ki, İddiaçı (FİN: xxxxxxx) barədə Dövlət Qulluqçularının Reyestri informasiya sistemində heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-52-17/2-270/2024 saylı məktubdan görünür ki, İddiaçı 2004-2010-cu illərdə departamentin “Mərkəz” İdarəsində sahə xidmətçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluq stajı kimi nəzərə alınması barədə müraciətinə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2024-cü il tarixli, 3-52- 17/2-M-1-29/2024 nömrəli məktubla cavab verilmişdir. Məlumat üçün bildirilir ki, 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq dövlət orqanı kimi yaradılmış, tam təsərrüfat hesablı Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin adı 2003-cü ildə dəyişdirilərək, Bakı Şəhər Ticarət və Xidmət Departamenti adlandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 483 nömrəli sərəncamı) Departament və tabelikdə olan idarələri Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq, yenə də özünümaliyyələşdirmə prinsipi əsasında tam təsərrüfat hesablı dövlət orqanı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2010-cu i tarixli, 24 nömrəli Qərarına əsasən Bakı Şəhər Ticarət və Xidmət Departamenti dövlət büdcəsindən maliyyələşən dövlət orqanı kimi “İnzibati orqanların təsnifatı”na daxil edilmişdir. Tabelikdə olan ərazi idarələri (həmçinin "Mərkəz" idarəsi) ləğv edilmişdir. Dövlət büdcəsindən maliyyələşən dövlət orqanı kimi fəaliyyətə başlayan Bakı Şəhər Ticarət və Xidmət Departamentinə işə qəbul yeni struktur və ştat cədvəlinə əsasən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, staj və sınaq müddəti tətbiq olunmaqla həyata keçirilmişdir. Digər tərəfdən, “Dövlət Qulluqçularının Reyestri” İnformasiya Sisteminə daxil edilmiş məlumatlarda Bakı Şəhər Ticarət və Xidmət Departamentində dövlət qulluqçularının dövlət qulluq stajı 16 fevral 2010-cu il tarixdən hesablanmağa başlanmışdır. İddiaçı ərizəsində bildirir ki, özünümaliyyələşdirən tam təsərrüfat hesablı dövlət orqanında işləmiş və əmək haqqı almışdır. Məlumdur ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı-dövlət büdcəsindən və qanunla müəyyən edilmiş hallarda əlavə olaraq büdcədənkənar vəsait hesabına maliyyələşdirilən dövlət təsisatıdır və dövlət qulluqçusuyalnız bu maddədə nəzərdə tutulan mənbələrdən məvacib alan dövlət orqanının işçisidir. Yuxarıda qeyd olunanları və eləcə də “Dövlət Qulluqçularının Reyestri” İnformasiya Sisteminə daxil edilmiş məlumatları nəzərə alaraq, İddiaçı departamentin “Mərkəz” idarəsində 2004-2010-cu illərdəki iş stajının dövlət qulluq stajı kimi nəzərə alınmasından imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə ünvanladığı xx.xx.2004-cü il tarixli ərizədən görünür ki, o həmin departamentin mərkəz idarəsinin ərazilərə xidmət üzrə sahə xidmətçisi vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2004-cü il tarixli 127-K nömrəli əmrindən görünür ki, 06.09.04 -cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 ay sınaq müddəti ilə Departamentin ’’Mərkəz” İdarəsinin "Ərazilərə xildmət üzrə qrup"una sahə xidmətçisi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2006-cı il tarixli 33-K nömrəli əmrindən görünür ki, Departamentin "Mərkəz" İdarəsinin "Ərazilərə xidmət üzrə qrup"unun sahə xidmətçisinə xx.xx.2004xx.xx.2005-ci il iş dövrü üçün 30 təqvim günü - xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarix də daxil olmaqla növbəti əmək məzuniyyəti verilsin. xx.xx.2006- cı il tarixdə işə çıxmalıdır. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə ünvanladığı xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, xx.xx.2006cı il tarixdən növbəti iş məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2008-cı il tarixli 77-K nömrəli əmrindən görünür ki, Departamentin "Mərkəz" idarəsinin "Ərazilərə xidmət üzrə qrup"unun sahə xidmətçisinə xx.xx.2007xx.xx.2008-cı il iş dövrü üçün 30 təqvim günü əsas 2 təqvim günü əlavə, cəmi 32 təqvim günü-xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2007-ci il tarixli 146-K nömrəli əmrindən görünür ki, Departamentin "Mərkəz" idarəsinin "Ərazilərə xidmət üzrə qrup"unun sahə xidmətçisinə xx.xx.2006 xx.xx.2007-ci il iş dövrü üçün 30 təqvim günü əsas 2 təqvim günü əlavə, cəmi 32 təqvim günü- xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyəti verilsin.xx.xx.2007- ci il tarixdə işə çıxmalıdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2005-ci il tarixli 199-K nömrəli əmrindən görünür ki, Departamentin "Mərkəz” İdarəsinin "Ərazilərə xidmət üzrə qrup"unun sahə işçisi İddiaçı orta əmək haqqı saxlanılmaqla xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Dövlət Universitetinin xx.xx.2005-ci il tarixli 5/85 saylı çağırış arayışına əsasən Naxçıvan Dövlət Universiteti xahiş edir ki, dərs sessiyasında iştirak etmək, zaçot və diplom layihəsini hazırlayıb müdafiə etmək üçün universitetin Magistratura fakültəsinin iqtisad ixtisası üzrə ikinci kurs tələbəsi İddiaçı xx.xx.2005-xx.xx.2005-ci ilədək tədris planlarını müvəffəqiyyətlə yerinə yetirdiyinə görə orta əmək haqqı saxlamaqla əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2005-ci il tarixli 48-K nömrəli əmrindən görünür ki, departamentinin "Mərkəz" idarəsinin "Ərazilərə xidmət üzrə qrup’’un sahə xidmətçisi İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək məşğələ müzakirə dərslərində olduğu nəzərə alınsın və ona orta 4 haqqı həcmində pul ödənilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2006-cı il tarixli 84-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixi olmaqla yaz sessiyasında iştirak etdiyi nəzərə alınaraq ona 11 il orta əmək haqqı ödənilmiş, qalan 22 gün isə 2005-2006-cı il dövrünün əmək məzuniyyəti hesabına əvəzləşdirilmişdir. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə ünvanladığı xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, 2005-2006cı il dövrü üçün verilən 40 gün tədris məzuniyyət müddətindən istifadə etdiyinə görə qalan 22 günün 2005-2006-cı il əmək məzuniyyəti ilə əvəzləşməsinə icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2010-cu il tarixli 01-K saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə, İddiaçı Mərkəzi Aparat və ərazi işçiləri xx.xx.2010-cu il tarixdən tutduqları vəzifələrdən azad edilsinlər və onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən istifadə etmədikləri əsas məzuniyyətə görə göstərilən təqvim günləri müddətinə pul ödənilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2006-cı il tarixli 64-K nömrəli əmrindən görünür ki, Naxçıvan Dövlət Universitetinin xx.xx.2006-cı il tarixli xəbərdarlığına əsasən Universitetin Magistratura fakültəsinin İİ kurs tələbəsi İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarix də daxil olmaqla yaz sessiyasında iştirak edəcəyi nəzərə alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2007-ci il tarixli 45-K nömrəli əmrindən görünür ki, departamentinin "Mərkəz" idarəsinin "Ərazilərə xidmət üzrə qrup’’un sahə xidmətçisinə xx.xx.2005xx.xx.2006cı il iş dövrü üçün 30 təqvim günü-xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyəti verilmiş, xx.xx.2007-ci il tarixdə işə çıxmalıdır. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə ünvanladığı xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, xx.xx.2007ci ildən etibarən məzuniyyətə buraxılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-17/2-271/224 saylı məktubdan görünür ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin arxiv sənədlərinə əsasən 2010-cu ildə ləğv olunmuş “Mərkəz” İdarəsinin işçisi İddiaçı şəxsi işinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 9-3/2-M-2087-42-389/2024 saylı məktubundan görünür ki, 2004- 2010-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentində sahə xidmətçisi vəzifəsində iş müddətinizlə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda sahə xidmətçisi vəzifəsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim etdiyi əmək kitabçasında aparılmış qeydlərə əsasən 2004-2010-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentində sahə xidmətçisi vəzifəsində işlədiyi müddət ərzində ixtisas dərəcəsi verilmədiyi və əmək fəaliyyətinə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən deyil, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən xitam verildiyi müəyyən edilmişdir. 2004-2010-cu illərdə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentində sahə xidmətçisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 2010-2015-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Onun 2015-ci ildə Azərbaycan Respublikasının dövlət Gömrük Komitəsinin Audit və Risk Analizləri İdarəsində inspektor, 2015-2018-ci illərdə Maiyyə-Tarif və valyuta Nəzarəti Baş İdarəsində ispektor, 2018-2023-cü illər X1 və Ödənişlər Baş İdarəsində baş inspektor vəzifələrində iş müddəti ilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respbulikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçməlidir. Adıçəkilən qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Audit və Risk Analizləri İdarəsində inspektor, 2015-2018-ci illərdə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsində inspektor və baş inspektor, 2018-2023- cü illərdə X1 və Ödənişlər Baş İdarəsində, 2023-cü ildən hazırkı tarixədək Daxilolmalara Nəzarət Baş İdarəsində baş inspektor vəzifələrində iş müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə (xidmət illərinə) daxil edilir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri’nin 3.1-ci bəndinə əsasən 2010- 2015-ci illərdə dövlət qulluğunda qulluq stajınız dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq(xidmət) illəri hesablanarkən nəzərə alınır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-52-17/2-31/2025 saylı məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş №2-1(112)- 2709/2025 nömrəli məhkəmə bildirişinə əsasən İddiaçı məhkəmə işi ilə əlaqədar müvafiq sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2004-cü il tarixli 127-K nömrəli əmrindən görünür ki, 06.09.04 -cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 ay sınaq müddəti ilə Departamentin ’’Mərkəz” İdarəsinin "Ərazilərə xildmət üzrə qrup"una sahə xidmətçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçının tələbi 2004-2010-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində «sahə xidmətçisi» vəzifəsində işlədiyi müddətdə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsinə dair qərar qəbul edilməsi barədədir. Cavabdeh qurum tərəfindən imtina onunla əsaslandırılır ki, 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq və dövlət orqanı kimi yaradılmış Bakı Şəhər istehlak Bazarı və Xidmət Departamentinin adı 2003-cü ildə dəyişdirilərək, Bakı Şəhər Ticarət və Xidmət Departamenti adlandırılmışdır. Dövlət orqanı statusuna malik olan Departament və tabeliyində olan bütün idarələri 01 fevral 2010-cu il tarixədək tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərdiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu iddia tələbində qeyd edilən 2004-2010-cu illərə şamil olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq dövlət orqanı kimi yaradılmış, tam təsərrüfat hesablı Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin adı 2003-cü ildə dəyişdirilərək, Bakı Şəhər Ticarət və Xidmət Departamenti adlandırılmışdır (Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 483 nömrəli sərəncamı). Departament və tabelikdə olan idarələri Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olaraq, yenə də özünümaliyyələşdirmə prinsipi əsasında tam təsərrüfat hesablı dövlət orqanı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2010-cu i tarixli, 24 nömrəli Qərarına əsasən Bakı Şəhər Ticarət və Xidmət Departamenti dövlət büdcəsindən maliyyələşən dövlət orqanı kimi “İnzibati orqanların təsnifatı”na daxil edilmişdir. Tabelikdə olan ərazi idarələri (həmçinin "Mərkəz" idarəsi) ləğv edilmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının iddia tələbində qeyd etdiyi 2004-2010-cu illərdə işlədiyi müddətdə Bakı şəhər Ticarət və Xidmət Departamenti özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərmiş, dövlət büdcəsindən maliyyələşməmişdir. Cavabdeh qurum yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2010-cu il tarixli, 24 nömrəli Qərarı ilə dövlət büdcəsindən maliyyələşən dövlət orqanı kimi “İnzibati orqanların təsnifatı”na daxil edilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçının işə qəbul, işdən azad olunma, eləcə də şəxsi işində 2004-2010-cu il dair digər əmrlərdə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa deyil, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinad olunmuş, sahə xidmətçisi vəzifəsində işlədiyi müddət ərzində iddiaçıya “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ixtisas dərəcəsi verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar