Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-271/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin növbəti dəfə təyini ilə bağlı 2021-ci il tarixdə müraciətə cavabvderh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göndəriş natamam doldurulmuşdur. Halbuki, göndəriş tam doldurulmuş və əlilliyin təyininə əsas vermişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, 26 fevral 2021-ci il tarixli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və göndəriş natamam doldurulduğundan əlilliyin təyinindən imtina edilmişdir. Daha sonra 14 iyun 2021-ci il tarixli göndərişi əsasında sağlamlıq vəziyyətinə baxılmış və müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti və diaqnozu əlilliyin təyininə əsas vermir. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda və əlillik dərəcəsinin müəyyən edəcək meyara malik olduğu halda əlillik dərəcəsininn verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona 26 fevral 2021-ci il tarixli göndəriş əsasında 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya əlilliyin əvvəlki təyinatları aşağıdakı xəstəliklərlə əlaqədar olmuşdur.
1. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (15 fevral 2013-cü il tarixli göndəriş əsasında),
2. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı səbəbi ilə (24 fevral 2014-cü il tarixli göndəriş əsasında),
3. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyi, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması və qarın boşluğu orqanlarının travması səbəbi ilə (13 fevral 2015-ci il tarixli göndərişi əsasında),
4. qarın boşluğu orqanlarının travması səbəbi ilə (15 fevral 2016-cı il tarixli göndərişi əsasında),
5. Sağ qalça nahiyyəsinin daxilə keçən qəlpə yaralanmasına görə ə/s geniş kelloid dəri çapığı və bitişmə xəstəliyui, sağ iç topuğun və qamış sümüyünün ön kənarının q/d bitişmiş sınığı, sağ baldır aşıq daban oynağının artrioatrozu və kotrakturası y/pozulması səbəbi ilə (03 mart 2016-cı il tarixli göndərişi əsasında). İş materiallarında olan 26 fevral 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu Y36.4 kodu altında olan hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanma, hər iki topuq nahiyyəsinin travmasından sonrakı davamlı qalıqlarla bağlı xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozmaları dayaq-hərəkət aparatının funksiyasının pozulması, M24.5- Oynaqların kontrakturası hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (solda açma 115 dərəcə, bükmə 105 dərəcəs, sağda açma 110 dərəcəs, bükmə 100 dərəcə), S93.0- Aşıq-baldır oynağının çıxığı, sol pəncənin yarımçıxığı, L91.0 Hipertrofik çapıq, sağ aşıq-baldır oynağının ön və arxa-tış səthinin kobud dartıcı çapıq toxumaları, S82.5- İçəri (medial) topuğun sınığı, sol iç topuğun qoymaqla bitişməyən sınığı, yalançı oynağı. M19.1. Digər oynaqların posttravmatik artrozu, hər iki aşıq-baldır oynağının travmadan sonrakı artrozu, R52.2- Digər daimi ağrı, Neyropatik ağrılar, daimi ağrı sindromu, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hər iki baldır əzələlərini atrofiyası. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilib-edilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklərlər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir. Lakin, məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş ilkin ekspert rəyində ekspertlər hesab etmişdir ki, əsas diaqnoz və əlilliyə əsas verə biləcək patofunskional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır. Belə ki, sağ aşıq oynağında artroz olduğu halda kəskin kontraktura qeyd edilmişdir. Həmçinin qeyd edilir ki, iddiaçıda göndərişdə olan xəstəliklərin reabilitasiyası mümkündür. Reabilitasiya müalicəsi vaxtaşırı olaraq uzun müddət aparıla bilər. Dəqiq müddət yoxdur. Hazırda onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Məhkəmə isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gəlmiş və təkrar ekspertiza təyin etmişdir. Belə ki, iş materiallarında olan 17 noyabr 2021-ci il tarixli məktubla məhkəməyə daxil olmuş ilkin ekspert rəyindən görünür ki, həmin ekspertizada yoxlamada X1 iştirak etmişdir. Həmin şəxs isə cavabdehin əməkdaşıdır. Göründüyü kimi iş üzrə sübut əhəmiyyəti daşıyan ekspert rəyi tərəflərdən birinin nümayəndəsinin iştirakı ilə keçirilmişdir ki, həmin rəyin mötəbərliyindən söhbət gedə bilməz. Beləliklə, həmin hallar nəzərə alınmaqla təkrar ekpsertizanın təyin edilməli olması, cavabdehin iştirakı istisna edilməklə ekspertizanın keçirilməli olması və iş üzrə zəruri olan digər hallar təkrar ekspertiza təyini barədə qərardadda xüsusi olaraq qeyd edilmiş və qərardad iş materialları ilə birgə aidiyyəti ekspertiza idarəsinə göndərilmişdir. 30 iyun 2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş növbəti ekspert rəyində isə qeyd edilmişdir ki, göndərişlər Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəyi əsasında tərtib edilmişdir. Lakin patofunksional dəyişikliklər arasında bəzi uyğunsuzluqlar vardır, belə ki, sağ aşıq oynağında artroz kəskin kontraktura kimi yazılmışdır. Reabilitayası mümkündür. Dəqiq müddət yoxdur. Lakin bu dəfəki rəydə əvvəlki rəydən fərqli olaraq ekspertlər qeyd etmişdir ki, Əsasnamənin maddələrinin əhatə dairəsinə düşüb -düşməməsi məhkəmə tibb ekspert komissiyasının səlahiyyətinə aid deyil. Məhkəmə yenə də təkrar ekspertizanın keçirilməsini əsas hesab etmiş və yenidən qərardad qəbul etmişdir. Qərardadda da qeyd edildiyi kimi ekspertlər məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxslərdir. Nəzərə alınmalıdır ki, ekspertlərin xüsusi məsələlərə dair zəruri biliyə malik olan şəxslər olması, onların həmin sferalar üzrə xüsusi biliyə sahib olmalarının göstəricisidir ki, ekspertiza tədqiqatını düzgün aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək onların əsas vəzifələrindən biridir. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə tibbi ekspertizası təyin edilərkən məhkəmə, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsinin xüsusi bilik tələb olunduğu qənaətinə gələrək məhkəmə tibbi ekspertizanın təyin edilməsinə qərar vermişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən məhkəmə qərardadında qoyulan sualla cavab verilməmiş, həmin məsələyə baxılmasının məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Halbuki, ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatını aparan ekspertlər məhkəmə-tibb ekspertləri olmaqla yanaşı bu sahədə uzun müddətdir ki fəaliyyət göstərilər. Nəzərə alınmalıdır ki, məhkəmə qərardadında ekspert qarşısında qoyulan sualların cavablandırılması məhz xüsusi biliyə sahib olan məhkəmə-tibb ekspertləri tərəfindən həyata keçirilməlidir və onların bilik sferalarına aiddir. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin təyin olunması üçün normativ hüquqi aktda nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsinin müəyyən edilməsi iddianın həllində mühüm rol oynayan arqumentdir. Ümumiyyətlə oxşar işlər üzrə təyin edilmiş təkrar ekspertizanın keçirilməsi barədə qəbul edilən qərardadlarda qeyd edilmişdir ki, hazırkı işlər üzrə ekspert rəyləri verilərkən yoxlamada və ekspert rəyinin tərtibatı və imzalanmasında cavabdehin nümayəndəsi də iştirak edir ki, həmin şəxsin cavabdehin nümayəndəsi olması halında rəydə adının olması adıçəkilən ekspert rəyinin mötəbərliyinə şübhə yaranmasına səbəb ola bilər. Halbuki, ekspert rəyində cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Eyni zamanda, bir sıra hallarda iddiaçıda əlilliyin olub-olmamasından əlavə, sual olaraq iddiaçıda göndərişdə adıçəkilən xəstəliyin olub-olmaması, həmin diaqnozun mövcudluğu ilə bağlı konkret tibb mövqe öyrənilməyə çalışılsa da əlilliyin müəyyən edilməsinin səlahiyyətləri daxilində olmamasına əsaslanmaqla, həmçinin konkret xəstəliyin olub-olmaması sualının da cavablandırılmasından yayınır. Halbuki, əlilliyin olub-olmaması ilə, xəstəliyin mövcud olub-olmaması ayrı suallar olmaqla, fərqli qiymətləndirmə tələb edən suallardır və diaqnozun olub-olmaması, əlavə müalicəyə ehtiyacın olub-olmaması müvafiq ixtisasa malik həkim tərəfindən müəyyən edilə bilər ki, həmin suala əlilliyin olubolmamasından fərqli sual kimi yanaşılması təkcə əlilliyin müəyyən edilə bilməməsi, səlahiyyətli olub-olmaması kimi qiymətləndirmə aparmaqla, həmçinin xəstəliyin olubolmaması barədə sualın cavabsız qoyulmaması diqqətinizə çatdırılır. Belə ki, diaqnozun düz olub-olmaması, əlavə müalicə və müayinəyə ehtiyac olub-olmaması həmin sahə üzrə ixtisasa malik həkim tərəfindən qiymətləndirilə bilər, bunun üçün hər hansı əlavə səlahiyyətverici normanın qəbuluna zərurət yoxdur. Hazırkı işdən də aydın görünür ki, cavabdehin nümayəndəsinin iştirak etmiş olduğu rəyin tərtibatı zamanı konkret olaraq Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə düşməməsi barədə nəticəyə gəlinmiş, lakin cavabdehin nümayəndəsinin iştirakı olmadan tərtib edilən rəy materialında isə əvvəlki rəydə olan məlumatlar yenidən sadalanmış, lakin əlilliyin təyininə əsas olan xəstəliklərdən hər hansının olub-olmaması barədə sualın cavablandırılmasından yayınılmışdır. Halbuki, ekspertizanın keçirilməsində məqsəd Əsasnamədə olan hər hansı xəstəliyin iddiaçıda olub-olmamasının aydınlaşdırılmasıdır ki, hakimdən fərqli olaraq həkimlik fəaliyyəti sferasına aid olan əsas məsələlərdən biri də xəstəliyin olub-olmamasıdır ki, şəxsdə xəstəliyin olub-olmamasını məhz həkimlik fəaliyyətini həyata keçirən şəxs bilə bilər. Lakin, iş üzrə təyin edilmiş ikinci rəydə iş materiallarında olan sənədlər sadalanılmış, ən vacib suala cavab, yəni Əsasnamədə olan xəstəlik iddiaçıda mövcuddur, yoxsa yox sualı cavabsız qalmışdır. Məhkəmə yenə də obyektiv qərarın qəbul edilməsi üçün yeni rəyin məhkəmə daxil olması üçün qərardad qəbul etmişdir. Məhkəməyə 02 dekabr 2022-ci il tarixli məktubla daxil olmuş növbəti rəydə isə qeyd edilmişdir ki, rəy və göndərişlərdə təsbit edilmiş əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər istər Hərbi həkim komissiyasında, istərsə də onun əyani müalicəsi zamanı aşkar edilməmişdir. Hazırda onda olan xəstəliklər Əsasnamələrin əhatə dairəsinə düşmür. Xəstəliklərin müalicəsi mümkündür. Müalicə uzun müddət aparıla bilər. Sağ aşıq oynağında artroz yaxud kəskin kontraktura olub-olmaması əlilliyin təyinatı üçün hər hansı bir təsirə malik deyildir. Əlilliyin təyini üçün oynağın qüsürlü vəziyyətində ankilozu, əzələ atrofiyası və s olmalıdır. Məhkəmə hesab edir ki, həmin rəyin də sübut əhəmiyyətindən söhbət gedə bilməz. Belə ki, məhkəmənin təkrar ekspertizanın keçirilməsi barədə əsaslandırılmasına ümumiyyətlə əhəmiyyət verilməməsi, israrla təkrar ekspertizada cavabdehin nümayəndəsinin iştirakının təmini növbəti dəfə də həyata keçirilmişdir. Həmin rəydə cavabdehin nümayəndəsi iştirak etdiyindən əlilliyin təyini üçün Əsasnamədə nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşməmə barədə konkret mövqe də nümayiş etdirilmişdir. Rəydən görünür ki, rəyin tərtibatında Müşfiq Əkbərli adlı şəxs iştirak etmişdir ki, həmin şəxs cavabdehin nümayəndəsidir. Maraqlıdır ki, hər nə qədər həmin rəyin mötəbərliyindən söhbət getməsə belə əvvəlki rəylərdən fərqli olaraq bu rəydə əlilliyin təyinatında sağ aşıq oynağında artroz, yaxud kəskin kontrakturanın olub-olmamasının əhəmiyyət daşımadığı barədə mövqe də nümayiş etdirilmişdir. Beləliklə, hər üç ekspert rəyinin yuxarıda qeyd olunan səbəblərdən iş üzrə sübut əhəmiyyəti daşıması şübhəlidir. 25 may 2021-ci il tarixdən məhkəmənin icraatında olan iş üzrə yekun nəticəyə gəlinməsi üçün mötəbər ekspert rəyinin yenidən qərardadla qəbul etməklə tələb edilməsi isə bu dəfə məhkəmə hesab edir ki, məhkəmənin obyektivliyinə qarşı tərəfin əsaslı şübhələrin yaranmasına səbəb ola bilər. Həmçinin o da nəzərə alınmalıdır ki, iş üzrə xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq xüsusi bilik tələb edən mübahisə ilə bağlı xüsusi biliyə malik olan şəxslərin də mövqeyi öz əksini tapmışdır ki, qeyd olunan hallar ekspert rəyi olmadan da ən azından hazırkı iş üzrə yekun nəticəyə gəlinməsinə əsas verir. Belə ki, iddiaçının istər əvvəlki göndərişlərinin, istərsə də hazırkı göndərişlərinin tərtibatında və Agentliyə göndərilməsində verilmiş rəylər həkim rəyləridir. Yəni müvafiq ixtisaslı biliyə malik olan və reallıqda əlilliyin təyini üçün göndərişlərin göndərilməsi ilə daha böyük təcrübəyə malik olan həkim rəyləri onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan diaqnozlar əlilliyin təyini üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan əsas diaqnozla əvvəlki göndərişlərdə əlilliyin təyininə əsas olan diaqnoz uyğun olmuşdur. Lakin, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əsas diaqnoz kimi S36.4 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi M24.5 diaqnozunda olan xəstəlik, yəni oynaqların kontrakturası, hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası Əsasnamədə öz əksini birbaşa tapmışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Beləliklə, istər əsas diaqnoz, istərsə də ağırlaşmalar əlilliyin təyinatı üçün əsas verir Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir. Məhkəmə məhz 26 fevral 2021-ci il tarixli göndəriş əsasında əlilliyin təyin edilməli olması qənaətinə gələrkən də onun qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən hər nə qədər 14 iyun 2021-ci il tarixdə də göndəriş verilməsinə baxmayaraq, məhkəməyə iddia verilərkən əsas olmuş göndəriş 26 fevral 2021-ci il tarixli göndərişi olmuş, iddiaçı həmin göndərişin nəzərə alınmamasından şikayət etmişdir. Növbəti dəfə qeyd edilmiş göndəriş də 26 fevral 2021-ci il tarixli göndərişi kimi eyni əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərlə bağlı olmuşdur ki, cavabdehin hər iki göndərişə münasibətdə birində natamam doldurulma, ikincisində isə əlilliyin təyin edilməməsi barədə fərqli nəticəyə gəlinməsi hazırkı halda iddianın məhz birinci göndəriş əsasında təyininə mane olmur. Bu səbəbdəndir ki, iddiaçının hüquqi marağına, həmçinin əlilliyin fasiləsiz davam etdirilməsinə hüquqi marağına uyğun olaraq əlillik məhz 26 fevral 2021-ci il tarixli göndəriş əsasında təyin edilməlidir. Belə ki, hər iki göndəriş üçün fərqli əsaslandırma ilə imtina verilsə də, istər 26 fevral 2021-ci il tarixli göndərişə imtinanın, yəni natamam doldurulmanın, istərsə də 14 iyun 2021-ci il tarixli göndərişə imtinanın təsdiqinin iş materialları ilə öz təsdiqini tapmaması müəyyən edilmişdir. Halbuki, iş materiallarında olan göndərişlər və iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər əlilliyin növbəti dəfə təyinatı üçün əsas vermişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 26 fevral 2021-ci il tarixli Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov