Məhkəmə qərarları › İş №2-1(112)-2713/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2713/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2713/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X6 (ünvanı: ünvan 1 ixtisası: orta təhsil; iş yeri: işləmir), 3-cü şəxs X7 (ünvanı: ünvan 1 ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Dünya Məktəbində mətbuat xidmətinin koordinatoru) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Cavabdehnə (3-cü şəxs - X12) qarşı “qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 bir azyaşlı uşağı ilə birlikdə, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 -dən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, X12 iddiaçının keçmiş gəlini olub. Onun oğlu X2 Afaq Əbdül qızı ilə xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Əhmədli qəsəbəsində kirayə ev tutmuşlar, X7 cehiz əmlak əşyaları həmin evə yerləşdirilmişdir. Toy olduqdan sonra, X3 tutduqları evə gəlin köçüb orada yaşamışlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Əli adlı bir uşaqları anadan olmuşdur. İddiaçının keçmiş gəlini X9 toylarından sonra yəni xx.xx.2004-cü il tarixdə razılıq verməklə, xüsusi mülkiyyətində olan, Bakı şəhəri Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5-ə pasport qeydiyyatına salmışdır. Sözügedən evə pasport qeydiyyatına saldığına baxmayaraq, X12 sözügedən mübahisəli evdə bir gün olsa belə yaşamamışdır. X4 əvvəllər öz arvadı X12 ilə mehriban yaşamış, sonradan aralarında mübahisələr baş verməyə başlamışdır. X13 arvadı X12 ilə aralarında olan nikahın pozulması tələbi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx xxx 2009-cu il tarixdə X8 irəli sürdüyü idda tələbi təmin olunaraq, X12 ilə aralarında olan nikah pozulmuşdur. Hətta xx xxxx 2009-cu il tarixdə Bakı şəhəri Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə də verilmişdir. O vaxtdan etibarən onun keçmiş gəlini X12 bir azyaşlı uşağı ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5-də pasport qeydiyyatında qalmışlar. X7 evdə qeydiyyatda qalması formal xarakter daşayır. X1 günahı ucbatından 16 (on altı) ilə yaxındır ki, mənzil kirayə və kommunal-xidmət xəclərini ödəməyə məcburdur. İddiaçı özü təqaüdçüdür, maddi cəhətdən olduqca çətinlik çəkir, görmə qabiliyyətini tam (kor) itirmişdir.X10 görə, öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. O, X9 bir azyaşlı uşağı ilə birlikdə, xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən məhkəmədə işinə baxılmış, X12 sözügedən mübahisəli evdə qeydiyyatda olsa belə, lakin bir gün yaşamadığından və yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən evə dair istifadə hüququ yaranmadığından, eləcə də, mənzildən qeydiyyatdan çıxarılması hissəsində iddia tələbinə baxılması ümumi məhkəmələrin səlahiyyətində olmadığından, həmin hissədə iş üzrə icraata Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işə xitam verilmişdir. O, keçmiş gəlini X9 pasport qeydiyyatından çıxartmaq üçün yenidən rəsmi ərizə ilə, Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh rəsmi ərizəsinə xx.xx.2019-cu il tarixdə cavab verərək bildirmişdir ki, «Yaşayış yeri və yeri üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs öz izahatında ünvan 4 ünvanda yerləşən mənzilə gəlin köçdüyünü və sözügedən pasport qeydiyyatının formal olduğunu və özünün qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini lakin oğlu X11 pasport qeydiyyatından çıxarılmasına etiraz etdiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli 091-38549-1220 nömrəli məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 171627 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11 ünvanda yerləşən 5 saylı evin paylı mülkiyyətçisidir. İş materiallarından görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin xx.xx.2020-ci il tarixli 01 nömrəli Arayışdan görünür ki, X12 və X14 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanda qeydiyyatdadırlar. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2009 saylı xx.xx.2009-cu il tarixli Qətnaməsinə əsasən X13 ilə X15 arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayon VVADQ şğbəsində 212-ci akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş AZ-İ seriyalı 093159nömrəli xx.xx.2009-cu il tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X13 və X15 ilə olan nikah ləğv edilmişdir.Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 235 nömrəli qeyd edilmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-6258/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsinə əsasən İddiaçı cavabdeh X10 qarşı Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə tələbinin rədd edilməsi qət edilmişdir. Həmçinin, həmin Qətnamədə qeyd edilmişdir: “Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilməsi məsələsi həll edilməsi üçün əvvəlcə istifadə hüququnun yaranıb-yaranmadığı, bunun üçün isə qanunvericilikdə qeyd olunan əsasların mövcud olub-olmadığı müəyyən edilməli, bundan sonra mövcud olan hüquqa məhkəmə qaydasında xitam verilməsinin mümkünlüyü yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının da qeyd etdiyi kimi cavabdeh mübahisəli mənzildə bir gün belə yaşamamışdır. Cavabdeh mənzilə 2010-cu il tarixdə qeydiyyata düşdüyündən və həmin mənzildə yaşamadığından yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.” (Yasamal Rayon Məhkəməsinin 2(004)- 6258/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsinin 2-ci səhifəsi yuxardan birinci abzas) İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki,Bakı şəhəri Cavabdeh 091-537162 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Sizin Azərbaycan Cavabdehnə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, mülkiyyətçisi olduğunuz Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi dalan 11, ev 5 ünvanından X7 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz.” «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan evdən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Məhkəmənin qənaətinə görə konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin 3-cü şəxs X7 qeydiyyatdan çıxarılması hissəsində belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, 5 nömrəli ev İddiaçı paylı mülkiyyətində olduğundan, 3-cü şəxs X12 həmin mənzildə qeydiyyatda olsa da, həmin evdə yaşamadığından qeydiyyatın formal xarakter daşıması, eləcə də 3-cü şəxsin həmin evdən qeydiyyatdan çıxarılmasına etiraz etməməsi, 3-cü şəxs X7 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin 3-cü şəxs X7 azyaşlı uşağının qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilmişdir ki, X7 X13 ilə birgə nikahlarından 2008-ci ildə X14 doğulmuşdur, yəni qeydiyyatdan çıxarılması tələb olunan X11 12 yaşı vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin siyahısından görünür ki, X11 atası X13 iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır. Həmçinin, məhkəmə qeyd edir ki, X11 anası X7 himayəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, 5 nömrəli ev İddiaçı mülkiyyətində olsa da, X11 valideyni, yəni atasının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, 5 nömrəli evdə qeydiyyatda olduğundan, X11 anası X7 himayəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi X11 qeydiyyatdan çıxarılması hissəsində əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin qismən edilməli, 3-cü şəxs X7 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində təmin, X11 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. 3-cü şəxs X7 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5 ünvanından qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar