Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2713/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı inzibati aktın (imtina məktubunun) qanunsuz hesab edilməsi və onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 21.03.1978-ci il tarixdən ilk əmək fəaliyyətinə başlamış və 12.01.2001-ci il tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) peşəsində çalışır. Ümumilikdə həqiqi hərbi xidmətdə olduğu 2 il müddət də daxil olmaqla 34 ildən çox müddətə əmək stajına malikdir. Həmin staj müddətindən 19 il 10 ay müddətini güzəştli və zərərli iş şəraiti ilə bağlı əmək stajı təşkil edir. Belə ki, 12.01.2001-ci ul tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) çalışır. Hazırda onun 60 yaşı vardır. Ağır işlərdə işlədiyi və bununla bağlı əmək stajına malik olması haqda "xxxx" QSC tərəfindən ona 07.10.2020-ci il tarixi və A/261 nömrəli arayış verilmişdir. Qeyd olunan müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənmiş və 20.07.2020-ci il taroxdən etibarən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı məktub göndərilmişdir. Cavabdeh inzibati orqan həmin məktubunda (inzibati aktında) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci nəqliyyat bölməsinin metropolitenlər bəndinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olmadığını qeyd etmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verildiyi müəyyən edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən cəmiyyətdə iddiaçının işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, iddiaçı ona 60 yaşı tamam olduğu 20 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir və göstərilən halın qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etdi Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 22 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 21.03.1978-ci il tarixdən 15.08.1979-cu il tarixədək Qazax Tikinti-Quraşdırma İdarəsində fəhlə, 15.01.1982-ci il tarixdən 20.09.1985-ci il tarixədək Aşıq Alı adına Ağstafa 7 illik musiqi məktəbində qarmon müəllimi, 02.01.1986-cı il tarixdən 01.07.1993-cü il tarixədək Qazax rayon Kosalar üzümçülük sovxozunun da gözətçi, fəhlə, 12.01.2001-ci il tarixdən 18.07.2014-cü il tarixədək Bakı Metropolitenində tunel fəhləsi peşəsində çalışmışdır. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5-ci dərəcəli tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). İşdə olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24 oktyabr 1979-cu il tarixdən 28 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/261 saylı, 07 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 12.01.2001-ci il tarixdən 18.07.2014-cü il tarixədək tunel fəhləsi peşəsində çalışmışdır. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5ci dərəcəli tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına müvafiq olaraq həmin siyahının 21.5-ci Metropolitenlər bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 19 il 08 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən onun 12 il 6 ayı güzəştli olmaqla 25 il ümumi stajının olduğunu əsas gətirərək, ona 60 yaşı tamam olduğu 20 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 4 saylı “Asan Xidmət” Mərkəzi tərəfindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən 22 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən cəmiyyətdə işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini qanunvericiliyin tələbləri baxımdan mümkün hesab olunmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericliyin tələblərinə əsasən iddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmiş və cavabdeh tərəfindən ümumi stajın tam olması mübahisələndirilməmişdir. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsinə əsas olaraq iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı göstərilmişdir. Buna görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” iddiaçının göstərilən dövr ərzində "xxxx" QSC-də tunel fəhləsi kimi işlədiyi peşə üzrə araşdırılıb təhlil edilmişdir. Lakin həmin siyahılar üzrə müəyyən edilmiş peşələr ilə iddiaçının işlədiyi tunel fəhləsi peşəsinin hər hansı uyğunluğunun olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının XXVİİİ. Nəqliyyat (kod: ********) bölməsinin 2. Metropolitenlər (kod: ********) bəndinin a yarımbəndində 2300200a kod nömrəsi ilə müəyyən edilmiş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid olan peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına aid edilmişdir. Göründüyü kimi burada konkret kod altında müəyyən edilmiş müxtəlif növ fəhlələrin işlədiyi iş güzəştli iş stajına hesablanır. İddiaçıya verilmiş güzəştli arayışda onun işlədiyi “tunel fəhləsi” peşəsi ümumi xarakter daşıyan 2300200a kod nömrəsi ilə müəyyən edilmiş lakin konkret olaraq hansı növ fəhlə peşəsinə aid olması göstərilməmişdir. Bu isə həmin peşənin ümumiləşdirici kimi göstərildiyini, ondan sonra Siyahıda sadalanmış peşələrin konkret olaraq kod nömrəsi müəyyənləşdirilməklə (məsələn, 2300200a-11242 metropoliten müəssələrinin briqadirləri, 2300200a-11906 drezinaların sürücüləri və s.) güzəştli iş stajına hesablanmalı olmasına dəlalət edir. Həmçinin Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş A/261 saylı, 07 oktyabr 2020-ci il tarixli güzəştli arayışda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə uyğun olaraq işlədiyi peşənin güzəştli iş stajına hesablanmalı olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin Metropolitenlər adlı 21.5-ci bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” güzəştli iş stajı verən peşələrə aid edilsə də, lakin həmin siyahıda göstərilən bənddən sonra “iki nöqtə” (:) durğu işarəsi qoyulmuş və siyahı üzrə güzəştli iş stajlına hesablanmalı olan konkret peşələlərin növləri sadalanmışdır (drezinaların sürücüləri, drenajçılar və s.) Bu isə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahısında olduğu kimi həmin peşənin ümumiləşdirici kimi göstərildiyini, ondan sonra siyahıda sadalanmış peşələrin isə güzəştli iş stajına hesablanmalı olmasına dəlalət edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi müddət güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu 20 iyul 2020-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2713/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2713/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver