Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2713/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən təqdim edilmiş inzibati şikayətlərə baxılaraq nəticəsinə dair qərar qəbul edilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Rusiya Federasiyasına mal ixrac etdiyi üçün və ixrac edilmiş mallar “0” (sıfır) faiz dərəcə ilə ƏDV-yə cəlb edildiyindən əvəzləşdirilmiş ƏDV məbləğlərinə görə vergi orqanında olan şəxsi hesab vərəqəsində ümumilikdə 3.352.982,55 manat artıq ödənilmiş vergi məbləği formalaşmışdır. Həmin məbləğdən 1.300.902,48 manatı MMC-nin ərizəsinə əsasən 20 gündən çox olan müddətdə geri qaytarılmışdır. Bununla əlaqədar qeydiyyatda olduğumuz vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin ödənilməsi üçün müraciət olunmuşdur. Bununla yanaşı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023cü il tarixli ərizə ilə 179.809,20 manat və xx.xx.2023-cü il tarixli ərizə ilə 170.609,40 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlər olunmuşdur. Təqdim edilmiş ərizələr vergi orqanı tərəfindən hərəkətsizlik nümayiş etdirilərək icra edilmədiyindən Dövlət Vergi Xidmətinə vergi orqanının hərəkətsizliyindən inzibati şikayət təqdim edilmişdir. Dövlət Vergi Xidməti bir-bir ərizəyə münasibət bildirərək “İnzibati icraat haqqında” Qanunun 80.1.4-cü maddəsinə əsasən qərar qəbul etmək əvəzinə cavab məktubları göndərmiş və məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qəran ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərinə uyğun olaraq qanunauyğun tədbirlərin görülməsi barədə qeydiyyatda olduğunuz vergi orqanına müvafiq göstəriş verilmişdir. Lakin müvafiq ərizələr icra edilmədiyindən Dövlət Vergi Xidmətinin hərəkətsizliyindən İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına bir neçə inzibati şikayət təqdim edilmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası inzibati şikayətləri icraata götürsədə bu günə qədər inzibati araşdırma apararaq qərar qəbul etməmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı artıq ödənilmiş vergi məbləğinin və faizlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geri qaytarılmaması barədə inzibati şikayətləri hazırda Nazirliyin Apellyasiya Şurasının icraatındadır və şikayətlə bağlı zəruri araşdırmalar aparılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə “Azerbaijan Texnologies” firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və hazırda həmin müəssisədə yoxlama aparılır. Qeyd olunanları nəzərə alaraq Apellyasiya Şurası tərəfindən idiaçının müraciətinə müəssisələrin qarşılıqlı surətdə asılı olan şəxslər olub-olmaması, vergidən yayınma sxeminin təşkil edilib-edilməməsinin araşdırılmasının, bu cür münasibətlərin vergitutma məsələlərinə təsirinin, eləcə də vergi qanunvericiliyinə əməl edilməsinin qiymətləndirilməsinin nəticələrinə uyğun baxılaraq yaxın zamanda Şuranın qərarı barədə müraciətçiyə əlavə məlumat veriləcəkdir. Bununla bağlı iddiaçıya məktub ünvanlanmışdır.
4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı MMC-nin inzibati şikayətləri üzrə inzibati araşdırma aparılması üçün 1 ay müddət təyin edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı artıq ödənilmiş vergi məbləğinin və faizlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geri qaytarılmaması barədə Nazirliyin Apellyasiya Şurasına daxil olmuş inzibati şikayətlərinə Şuranın xx.xx.2023-cü il tarixində keçirilmiş iclasında müəssisənin rəhbərinin və səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 88 nömrəli Qərarına əsasən İddiaçı inzibati şikayətləri təmin edilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 88 nömrəli qərarına əsasən Vergi ödəyicisi şikayətlərində şəxsi hesab vərəqələrində yaranmış 2,042.968,31 manat artıq ödəmə məbləğlərinin və faizlərin qaytarılması barədə müraciətlərinə Apellyasiya Şurasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Vergi ödəyicisinin şikayətləri icraata qəbul edilərək Şuranın xx.xx.2023-cü il tarixli iclasının gündəliyinə daxil edilmişdir, Şuranın İclasında aparılan müzakirələr zamanı işin faktikf halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla aşağıdakı səbəblərdən şikayətin təmin edilməməsi məqsədəuyğun hesab edilmişdir. Aparılmış araşdırma zamanı hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin “digər qruplara daxil edilməyən İxtisaslaşdırılmamış topdansatış''dan İbarət olduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, fəaliyyətinin aktiv olduğu, hüquqi şəxsin ümumilikdə 3 işçisinin otduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, ’'Esma-Tex* MMC-də direktordan başqa 2 nəfər şəxs (X2 və X3) fəaliyyət göstərir, həmin şəxslərin əsas iş yerləri isə *Azerbaijan Texnologles" firmasıdır. Bu da onların qarşılıqlı əlaqəli şəxs olmasım deməyə əsas verir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ‘Azerbaijan Texnologies'' firmasından (VÖEN: **********) alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etmişdir. Bununla yanaşı, malların yalnız “Azerbaijan Texnologies’1 firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OOO "Ecocomp") ixrac olunduğu müəyyən edilmişdir. “Azerbaijan Texnologies" firması tərəfindən "xxxx" MMC-yə təqdim olunan mallar Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edilmişdir. Sözügedən ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsi yaranmışdır ki, bu da əsas etibarilə “Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin malların 0% dərəcə ilə Rusiya Federasiyasına İxrac edilməsi nəticəsində formalaşmışdır. Hüquqi şəxsin "Azerbaijan Texnologies" firmasından aldığı malların üzərinə 1% ticarət əlavəsi ilə malları ixrac etməsi və ödədiyi məbləğlərə görə büdcədən ƏDV-ni geri istəməsi vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Azerbaijan Texnologies" firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və hazırda həmin müəssisədə yoxlama aparılır. Beləliklə, hüquqi şəxsin xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış"dan ibarət otduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, hüquqi şəxsin rəhbərdən başqa 2 işçisinin olduğunu, həmin işçilərin əlavə iş yerləri kimi “Esma-Tex" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığını, (X2 və X3) əsas iş yerlərinin isə "Azerbaijan Texnologies" firmasının olduğunu, "xxxx" MMC-nin “Azerbaijan Texnologies" firmasından alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etdiyini, bununla yanaşı malların yalnız "Azerbaijan Texnologies" firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OQO "Ecocomp") ixrac olunduğunu, “Azerbaijan Texnologies” firması tərəfindən "xxxx" MMC-yə təqdim olunan malların Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edildiyini, sözügedən ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsinin əsas etibarilə "Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin mallann 0% dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşdığını nəzərə alaraq "Esma-Tex“ MMCnin şikayətləri təmin edilməməlidir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 79.3-cü maddəsinə əsasən şikayət üzrə İcraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Həmin Qanunun 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 80.1.4-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 7.3.4-cü və 7.4,3-cü yarımbəndlərini rəhbər tutaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası İddiaçı inzibati şikayətlərini təmin etməmişdir.
7. İddiaçı daha sonra məhkəmə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) geçikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023- cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsini DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiaçının vəsatəti təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi “xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) geçikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması” kimi dəyişdirilmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsini DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş edilmişdir.
10. Cavabdeh İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən iddiaya yazılı etiraza əsasən hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin ’’digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış"dan ibarət olduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, fəaliyyətinin aktiv olduğu, huquqi şəxsin ümumilikdə 5 işçisinin olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, "Esma-Tex’ MMC-də direktordan başqa 2 nəfər şəxs (X2 və X3) fəaliyyət göstərir, həmin şəxslərin əsas iş yerləri isə "Azerbaijan Texnologies" firmasıdır. Bu da onların qarşılıqlı əlaqəli şəxs olmasını deməyə əsas verir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC "Azerbaijan Texnologies" firmasından (VÖEH: **********) alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etmişdir. Bununla yqnaşı, malların yalnız "Azerbaijan Texnologies" firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marşala LLC, OOO "Ecocomp") ixrac olunduğu müəyyən edilmişdir. "Azerbaijan Texnologies" frması tərəfindən "xxxx" MMC-yə təqdim olunan mallar Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edilmişdir. Sözügedan ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsi yaranmışdır ki, bu da əsas etibarilə "Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin mallarin 0% dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşmışdır. Hüquqi şəxsin "Azerbaijan Texnologies’ frmasından aldığı malların üzərinə 1 faiz ticarət əlavəsi ilə mallar ixrac etməsi və ödədiyi məbləğlərə görə büdcədən ƏDV-ni geri istəməsi vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bununla əlaqədar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Azerbaijan Texnologies" firmasında növbədənkənar SVY təyin edilmiş və hazırda həmin müəssisədə yoxlama aparılır. Beləliklə, hüquqi şəxsin xx.xx.2021-ci il tarixdan dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət o|duğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, hüquqi şəxsin rəhbərdən başqa 2 işçisinin olduğunu, həmin işçilərin əlavə iş yerləri kimi "xxxx" MMC-də çalışdığını, (X2 və X3) əsas iş yerlərinin isə "Azerbaijan Texnologies" firmasının olduğunu, "xxxx" MMC-nin "Azerbajan Texnologies" frmasından alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etdiyini, bununla yanaşı malların yalnız "Azerbaijan Texnologies” firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OOO "Ecocomp") ixrac olunduğunu, “Azerbaijan Texnologies" firması tərəfindən "xxxx" MMC- yə təqdim olunan malların Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edildiyini, sözügedən ticaral əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsinin əsas etibarilə "Azerbijan Texnologies0 firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin malların 0 faiz dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşdığını nəzərə alaraq "xxxx" MMC-nin iddiası təmin edilməməlidir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanlara əsasən cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrə əsasən: Artıq Tədiyyə Artıq Artıq ödəmənin yaranma səbəbi Artıq ödəmənin kodu ödəmənin ödəmənin adı ödənilmə məbləği tarixi (manatla) Əlavə 114117 xx.xx.2022 Hesabat dövründə vergi tutulan dövriyyə 196,740 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2022 Hesabat dövründə vergi tutulan dövriyyə 167,768.71 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2022 Hesabat dövründə vergi tutulan dövriyyə 662,340.78 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2022 Hesabat dövründə vergi tutulan dövriyyə 441,821.7 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2022 Hesabat dövründə vergi tutulan dövriyyə 381,340.62 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2023 Hesabat dövründə vergi tutulan dövriyyə 179,809.2 dəyər sıfır dərəcə ilə vergiyə cəlb vergisi olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.
12. İddiaçı tərəfindən cavabdehə ünvanlanan Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrdə qeyd olunmuşdur ki, aşağıda göstərilən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilmişdir:
1. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 621.486,44 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.
2. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 315.694,80 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.
3. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 215.370,90 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.
4. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 170.609,40 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.
5. 196.740,00 manat artıq ödənilmiş vergi məbləği geri qaytarılanadək gecikdirilən hər gün üçün hesablanmış fazi məbləği – 20.067,48 manat
6. 1.104.162,48 manat artıq ödənilmiş vergi məbləği geri qaytarılanadək gecikdirilən hər gün üçün hesablanmış fazi məbləği – 46.374,72 manat
13. İş materiallarında olan geri qaytarılma ərizələri barədə cədvələ əsasən: Geri qaytarılma ərizələri Müraciət Ay Məbləğ (AZN) Ödəniş tarixi Ödənilən Ödənilməlidir tarixi məbləğ (AZN) (AZN) xx/xx/2022 İyul 196,740.00 xx/xx/2022 196,740.00 xx/xx/2022 Avqust 167,768.71 0 167,768.71 xx/xx/2022 Sentyabr, 1,104,162.48 xx/xx/2022 1,104,162.48 - Oktyabr xx/xx/2022 Noyabr 381,340.62 0 381,240.62 xx/xx/2023 Dekabr, 937,181.24 0 937,181.24 Yanvar 7/4/2023 Fevral 215,370.90 0 215,370.90 5/8/2023 Aprel 179,809.20 0 179,809.20 6/7/2023 May 170,609.40 170,609.40
Cəmi 3,352,982.55 1,300,902.48 2,052,080.07
14. İddiaçı ilə “Azerbaijan technologies” firması arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 230 nömrəli alqı-satqı müqaviləsi, “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” sənədləri, gömrük bəyannamələri və dekabr 2019-noyabr 2022-ci illəri əhatə edən “Azerbaijan Technologies” firmasında aparılmış Səyyar vergi yoxlaması haqqında xx.xx.2023-cü il tarixli, **********166884 nömrəli Akt iş materiallarına əlavə olunmuşdur.
15. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
16. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİİ. Tətbiq edilən hüquq
17. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
19. Vergi Məcəlləsindən: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarından: 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.
IV. Məhkəmənin mövqeyi
21. Məhkəmə qeyd edir ki, İddiaçı MMC Rusiya Federasiyasına mal ixrac etdiyi üçün və ixrac edilmiş mallar “0” (sıfır) faiz dərəcə ilə ƏDV-yə cəlb edildiyindən əvəzləşdirilmiş ƏDV məbləğlərinə görə vergi orqanında olan şəxsi hesab vərəqəsində ümumilikdə 3.352.982,55 manat artıq ödənilmiş vergi məbləği formalaşmışdır.
22. Həmin məbləğdən 1.300.902,48 manatı (196.740 manat və 1.104.162,48 manat olmaqla) iddiaçının ərizəsinə əsasən 20 gündən çox olan müddətdə geri qaytarılmışdır. Bununla əlaqədar iddiaçı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin ödənilməsi üçün müraciət olunmuşdur.
23. Bununla yanaşı, iddiaçı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlər olunmuşdur.
24. Qeyd edilən artıq ödəmənin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması işin mübahisəsiz halıdır. Həmin artıq ödəmənin formalaşması üçün əsas olmuş əqdlər və ixrac gömrük bəyannamələri iş materiallarına əlavə olunmuşdur.
25. Cavabdeh qurumun iddiaçının müraciətini təmin etməkdən imtinası əsassızdır. Belə ki, eyni əməliyyatlara görə iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş artıq ödəmənin bir hissəsi (1.300.902,48 manatı) artıq vergi orqanı tərəfindən qanunda müəyyən edilmiş 20 gündən artıq müddətdə geri qaytarılmışdır. Ona görə iddiaçının həmin məbləğlərə görə qanunla müəyyən edilmiş faiz ödənişi almaq hüququ yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 196.740 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş verdiyindən həmin 102 gün müddət üçün iddiaçıya 20.067.48 manat faiz (196.740x0,1%x102) məbləği (həmin faiz məbləğinin ödənilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə ayrıca ərizə ilə müraciət etmişdir), xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 1.104.162,48 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş verdiyindən həmin 42 gün müddət üçün iddiaçıya 46.374,72 manat faiz məbləği (1.104.162,48x0,1%x42) (həmin faiz məbləğinin ödənilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə ayrıca ərizə ilə müraciət etmişdir) ödənilməlidir.
26. İddiaçıya eyni əsaslarla yaranmış artıq ödəmənin bir hissəsinin geri qaytarılmasının təmin edilməsinə baxmayaraq, digər ərizələr əsasında qalan ödənişin həyata keçirilməsindən imtina edilmişdir.
27. Bildirilən əsaslara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının malları satın aldığı qurum olan “Azerbaijan Texnologies” firmasının qeyd edilən dövr üzrə fəaliyyəti səyyar vergi yoxlamasının predmeti olmuş və iddiaçı ilə aparılmış əməliyyatların vergidən yayınma sxemi kimi qiymətləndirilməsi hər hansı şəkildə aktda öz əksini tapmamışdır.
28. Artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı “Azerbaijan Texnologies” firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Lakin konkret halda, vergi ödəyicisinə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi halı müəyyən edilmir.
29. Digər tərəfdən qarşılıqlı asılı olan şəxslər Vergi Məcəlləsində konkret olaraq müəyyənləşdirilmiş və iddiaçının iki işçisinin eyni zamanda “Azerbaijan Texnologies” firmasının əməkdaşları olması həmin qurumların qarşılıqlı surətdə asılı olan şəxslər kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.
30. Vergi Məcəlləsindən: 18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; 18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri.
31. Qeyd edilən qurumlar qarşılıqlı surətdə asılı olan şəxs hesab olunsa idi belə, konkret situasiyada həmin halın iddiaçının artıq ödənilmiş vergi məbləğini geri qaytarmasını necə istisna etməsi aydın deyil.
32. Odur ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlərinə əsasən müvafiq rəyin verilməsi də cavabdehə həvalə edilməlidir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı MMC-yə artıq ödənilmiş 196.740 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 20.067,48 manat, artıq ödənilmiş 1.104.162,48 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 46.374,72 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 381.340,62 manat, xx.xx.2023cü il tarixli ərizəsinə əsasən 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva