Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2714/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh hərəkətsizlik edərək, tələbini təmin etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən təqdim olunmuş məktubdan da göründüyü kimi iddiaçıya imtina olunmamış, sənədləri komissiyanın icraatına qəbul edilmiş və sənədlərinə baxıldıqdan sonra qərar qəbul olunacaqdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində, yaxud müraciətin edildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı xx.xx.2024-cü il tarixdə müvafiq qaydada cavabdehə müraciət etmiş, cavab verilmədiyindən xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3021 nömrəli məktubunda göstərilmişdir ki: - N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü, sıravi İddiaçı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətin siyahısına salınması və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyindən komandirin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. -xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və Tank bölüyündə “kursant” vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.1992-ci il tarixli 191 nömrəli sərəncamına əsasən, bütün növ müavinatlardan çıxarılaraq 6-cı motoatıcı briqadanın komandirinin sərəncamına, Qubadlı rayonuna göndərilən Tank bölüyünün hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 8N nömrəli əmrində xx.xx.1992-ci il tarixdən Haubitsa-Artilleriya Divizionunun şəxsi heyətinin siyahısına salınaraq bütün növ müavinatlarla təmin olunan və əsgəri xidməti vəzifəsinin icrasını davam etdirən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. -Xətai RHK-nın çağırışçısı, 6-cı taburun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.N-cü il tarixli müvafiq Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.Ncü il tarixli N nömrəli əmrilə xx.xx.N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrində N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulmuş, 1-ci motoatıcı tabora təyin olunmuş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə, bütün növ təminatdan çıxarılaraq ştatdan kənar edilmiş və haqlarında cinayət işi qaldırılmış 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 80 nömrəli əmrində komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmri ilə haqlarında qaldırılmış cinayət işi “döyüşdə fərqləndiklərinə görə”, dayandırılan 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Nizami RFİK-dan çağırılmış, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicə olunduğuna görə, Müdafiə nazirinin 278 saylı əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. -Əlifba kitabında qeyd edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. -N nömrəli hərbi hissə komandirinin may-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə əlavə məlumat aşkar edilməmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuş, lakin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. -İddiaçı aid ezamiyyət vərəqəsi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. HZ ******* nömrəli hərbi biletin uçot kartasından görünür ki, iddiaçı xx.xx.1992xx.xx.1992-ci illərdə 888 saylı, xx.xx.1992-05.N-cü illərdə N saylı və N saylı hərbi hissələrdə xidmət etmniş, hərbi hissəni özbaşına tərk etdiyinə görə barəsində AR CM-nin 334.1 maddəsi ilə cinayət işi şəraitin dəyişməsi ilə əlaqədar AR CPM-nin 40.2.3 maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2003-cü ildə uçota alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Nizami RHK-dan çağırılmış, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicə olunduğuna görə, Müdafiə nazirinin 278 saylı əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba kitabında qeyd edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cu il tarixli əmrin arxiv çıxarışından görünür ki, hərbi hissəni özbaşına tərk edən sıravi İddiaçı bütün növ təminatlardan çıxarılmış, ştatdan kənar edilmiş və haqlarında cinayət işi qaldırılmışdır. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cü il tarixli əmrin arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 02 nömrəli 03 fevral N-cü il tarixli Direktivi əsasında İddiaçı (xx.xx.N Xətai RHK) özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cu il tarixli əmrin arxiv çıxarışından görünür ki, döyüşdə fərqləndiklərinə görə sıravi İddiaçı haqqında 07.02.94-cü il 31 saylı əmr üzrə qaldırılmış cinayət işi dayandırılmışdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 iyun 2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə 05 aprel N-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə 07 yanvar 2025-ci il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Sadalanan normalardan görünür ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Lakin bu şərtlər ödənilsə də, şəxs barəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildikdə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildikdə ona müharibə veteranı statusu verilmir (Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla). İşdən görünür ki, iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət işi başlanmış, daha sonra isə bəraətverici əsaslar olmadan, döyüşdə fərqləndiyinə görə həmin cinayət işi dayandırılmışdır. İşdən iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı statusunun verilməsindən imtina üçün əsas olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-2714/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2714/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver