Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2715/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanından üçüncü şəxs X1 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 207, mənzil 111 iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən mənzili girov qoyub kredit götürmək üçün notariat kontoruna müraciət edərkən məlum olmuşdur ki, Svetlana Məmmədova küçəsi 207, mənzil 111 saylı ünvana iddiaçıya məlum olmayan səbəbdən xx.xx.1953-cü il təvəllüdlü X3 qeydiyyatdadır. İddiaçı mülkiyyətində olan mənzildən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxsin ona məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina edərək, məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2020-ci il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir. Üçüncü şəxs iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Göründüyü kimi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncunu yaşayış yeri üzrə qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Hazırlıq icraatının gedişində məhkəmənin 07 iyul 2020-ci il tarixli, 2-1(112)- 2715/2020 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 20 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 207, mənzil 111 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili X4 adlı şəxslə onun arasında notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında almışdır. Üçüncü şəxslə onun arasında hər hansı qohumluq və ailə münasibəti yoxdur, onun mənzilində yaşamamış, lakin həmin şəxsin yerinə kommunal xidmətləri ödəmək məcburiyyətindədir. Adına olan çıxarışı əlavə etməklə X1 yaşayış yeri üzrə ona məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, xahişi təmin olunmamış, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X1 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon polisidarəsinin məhkəməyə daxil olmuş məktublarında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmiş və şifahi dinləmələr keçirilmədən qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişi poçt rabitə xidməti tərəfindən geri qaytarılmışdır. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh Binəqədi RPİ-nin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 3 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 207, mənzil 111-də xx.xx.1953-cü il təvəllüdlü X3 yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 Miqrasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 018-5963-1220 saylı məktubda bildirilmişdir ki, xx.xx.1953-cü il təvəllüdlü X3 ilk dəfə xx.xx.2004-cü il tarixdə Cavabdeh tərəfindən ünvan 2 ünvanı üzrə sənədləşdirilərək AZE-02121496 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə müəyyən olunmuş qaydada məhv edilmişdir. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********23 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş 174857 saylı 14 yanvar 2003-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən aydın olur ki, müqavilə üzrə satıcı X4 ona məxsus olan Bakı şəhəri, S.Məmmədova küçəsi, ev 207, mənzil 111-i müqavilə üzrə alıcı İddiaçı satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 207, mənzil 111 üzərində İddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - Binəqədi RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 059-549930-3220 saylı məktubda onun Binəqədi RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X1 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sonda məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarından məlum olur ki, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özgəninkiləşdirilmiş, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtinanın qanunvericilikdə təsbit edilmiş hüquqi əsasları göstərilmədən imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, qeydiyyatdan çıxarılması tələb olunan şəxs yetkinlik yaşına çatmış şəxsdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də, iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında mənzilin müvafiq alqı-satqı müqaviləsinə əsasən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş şəxslərin yazılı razılığı ilə notarial qaydada iddiaçının adına özəlləşdirilməsi nəzərə alınsa, bu halda üçüncü şəxsin sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanından üçüncü şəxs X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanından üçüncü şəxs X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2715/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2715/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver