Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2715/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası əmtəəşünas, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı mənzilə dəyişmə orderinin verilməsi öhdəliyinin qoyulması tələbi barədəiddia ə\rizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli (keçmiş Naqornı 12) küçəsi, 106/44 A, 154 saylı mənzilinin öz mülkiyyətinə keçirilməsi üçün mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və iddiaçının adına mənzil dəyişmə orderinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci ildən Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayır. 1971-ci ildə Yerevan şəhərindən mənzili dəyişmə yolu ilə köçmüşdür. Köçmə zamanı isə mənzilini dəyişdirdiyi X7 Yerevan şəhərindəki evi təqdim olunmuşdur. Onlara orada A1821 nömrəli, xx.xx.1971-ci il tarixli “Mənzil dəyişdirmə orderi”nin surəti verilmiş, həmin orderə əsasən onlar Bakı şəhərinə gələrək yerləşmişlər. Mənzilin mülkiyyətinə keçirilməsi üçün lazımi sənədləri hazırlayarkən Bakı şəhər İcra Hakimiyyətinə sözügedən orderin əslini almaq üçün müraciət etmişdir.Lakin ona bildirilmişdir ki, Yerevan şəhər X10 İcraiyyə Komitəsinin Mənzildəyişdirmə bürosu tərəfindən order BŞİH-nın arxivinə təhvil verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla cavabdehdən iddia tələbinə dair etirazın təqdim edilməsi tələb edilsə də məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş icavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Yerevan şəhər X2 İcraiyyə Komitəsinin 29 iyul 1971-ci l tarixli orderinə əsasən X1 olan mənzilini X4 istifadəsində olan Bakı şəhəri, 12-ci Dağüstü küçəsi, ev 106/44a, mənzil 154-lə dəyişmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən Yerevan şəhər X10 İcraiyyə Komitəsinin Mənzildəyişmə bürosu tərəfindən verilən orderlər BŞİH-nin arxivinə təhvil verilməmişdir. 116 saylı MKİS-nin 674 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 106/44a, 154 saylı mənzildə qeydiyyatdadır. "xxxx" ASC-nin biidiriş-xəbərdarlıqlarına əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 106/44a, 154 saylı mənzilin istilik təchizatı üzrə istilik enerjinin pulu üzrə borc iddiaçının adına yazılmışdır. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 106/44a, 154 saylı mənzildə qeydiyyatdadır. İddiaçı Yerevan şəhər X2 İcraiyyə Komitəsinin 29 iyul 1971-ci il tarixli orderinə əsasən Yerevanda olan mənzilini X5 istifadəsində olan Bakı şəhəri, 12-ci Dağüstü küçəsi, ev 106/44a, mənzil 154-lə dəyişməsi əsası ilə həmin orderin əslinin verilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh orderin ona təhvil verilmədiyini bildirmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respubliasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mənzil münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mənzil qanunvericiliyində nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə ilkin olaraq o halı qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər həm normativ, həm normativ-hüquqi aktları ilə hazırda mənzilə dair order verilməsi nəzərdə tutulmamışdır və cavabdehin də mənzilə dair hər hansı bir order verilməsi vəzifəsi mövcud deyildir. Bundan əlavə cavabdehin iddiaçıya ünvanlanmış məktubundan göründüyü kimi cavabdeh iddiaçıya Yerevan şəhər X2 İcraiyyə Komitəsinin 29 iyul 1971-ci il tarixli orderinin onun arxivində olmadığını bildirmiş, həmin orderin də iddiaçıda olması halı inzibati məhkəmə icraatının gedişi zaman müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli (keçmiş Naqornı 12) küçəsi, 106/44 A, 154 saylı mənzilinin iddiaçının adına mənzil dəyişmə orderinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli (keçmiş Naqornı 12) küçəsi, 106/44 A, 154 saylı mənzilinin öz mülkiyyətinə keçirilməsi üçün mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu, 85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli (keçmiş Naqornı 12) küçəsi, 106/44 A, 154 saylı mənzilinin iddiaçının adına mənzil dəyişmə orderinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2715/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2715/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver