Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2716/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, X1 Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı -X4 cavabdeh - Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Daşkəsən Rayon Xidmət Nümayəndəliyinə qarşı “əmək stajının bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinə qarşı “əmək stajının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Həmin tarixli hazırlıq icraatı üzrə məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Daşkəsən Rayon Xidmət Nümayəndəliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin ərizəsini, iş materiallarını araşdırararaq hesab edir ki, iş ərazi aidiyyəti baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən görünür ki, X2nın xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli **********6 saylı imtina məktubu Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X14 Daşkəsən rayon şöbəsi tərəfindən göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəsinin təmin edilməsini, hazırkı işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən hazırkı mübahisə öhdəliyin icrası tələbinə dair iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin ünvanı Gədəbəy rayonu, X13 62 ünvanıdır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Daşkəsən Rayon Xidmət Nümayəndəliyi yerləşdiyi Daşkəsən rayonu, Heydər Əliyev meydanı 4 ünvanı ərazi yurisdiksiyası baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Daşkəsən rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Daşkəsən Rayon Xidmət Nümayəndəliyinə qarşı “əmək stajının bərpa olunması”tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2716/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2716/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2716/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver