Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2716/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 5N) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranlarına verilən müavinətlərin ona ödənilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçərkən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar verilmiş “Müharibə veteranı” vəsiqəsini naməlum şəraitdə itirmişdir. 3il 8 ay hərbi xidmətdə olmuşdur. Daxili Qoşunların bir hərbi hissəsindən digər hərbi hissəsinə keçirilərək N hərbi hissədə respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. X1 1994-cü il mayın 8-də şəhid olmasını nəzərə alaraq onu hərbi xidmətdən tərxis etmişlər, şəhid qardaşı Malik “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. “Müharibə veteranı” vəsiqəsini itirdiyini nəzərə alaraq yenisi ilə əvəz olunması barədə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir rəsmi istinad olmadan cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Onun döyüşlərdə iştirak etdiyini təsdiq edən şahidlər və rəsmi sənədləri vardır. Müdafiə Nazirliyinin arayışında Şuşa batalyonunun sənədlərinin təhvil verilməməsi yazılır. Veteranlar haqqında xx xxxx 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə göndərdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz olunması barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti araşdırılarkən, qeyd ounan vəsiqənin verilməsinin əsaslılığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müvafiq sorğu verilmiş, həmin Baş İdarədən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 12N nömrəli arxiv arayışına əsasən iddiaçının Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmrilə N7987 saylı hərbi hissənin fərari əsgərlərinin siyahısında N saylı hərbi hissəyə ezam olunduğu, eləcə də 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etməsi müəyyən edilmişdir. Həmçinin arxiv arayışında vətəndaş İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə hər hansı qeydiyyat aşkar olunmamışdır. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.200N-cı il tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırımasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, İddiaçı arxiv şəxsi işində onun ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakını təsdiq edən hər hansı sənəd aşkar edilmədiyinin nəzərə alınmaqla məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən Daxili İşləryə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.1972-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır (Şamaxı RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus Şamaxı rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş NZ seriyalı ******* №li hərbi biletində (surəti) aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. NZ seriyalı ******* №li hərbi biletin qeydiyyat kartasından görünür ki, xx.xx.1972-ci ildə Şamaxı rayonu rayonu, Bağırlı kəndində doğulmuş İddiaçı hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1992ci il tarixdə Şamaxı rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmış və xx xxxxxx 1995-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 024-213-1221 №-li məktubla məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli 12N №-li arxiv arayışından müəyyən olunur ki, İddiaçı 545N (99713) və 5479 (1N073) saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: - 545N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 54 nömrəli əmrilə Azərbaycan Respublikası DİN Daxili Qoşunların komandanının sərəncamına əsasən 3NN9 saylı hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin siyahısında xx xxxx 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 3-cü bölükdə 1-ci taqımın atıcısı təyin edilmişdir. - 545N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 222 №-li əmrilə 97 əsgər xx xxxxxxxx 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, xidmətini davam etdirmək üçün Yalama qəsəbəsində N saylı hərbi hissəyə getmiş hesab edilmişdir (Yalama qəsəbəsində N saylı hərbi hissə deyil, N saylı hərbi hissədə yerləşmişdir). - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 №li əmrilə Daxili Qoşunların komandanının göndərişinə əsasən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 93 №li əmrilə çilingər-qaynaqçı vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 39 №li əmrilə hissənin şəxsi heyətinin şəxsi heyətinin siyahısından çıxarılıb, növbəti xidmətini davam etdirmək üçün 545N saylı hərbi hissəyə getmiş hesab edilmişdir (əmrdə İddiaçı kimi qeyd olunmuşdur); - Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 2N №li əmrilə N7987 saylı hərbi hissənin fərari əsgərlərinin siyahısında N saylı hərbi hissəyə ezam edilmişdir (N7987 saylı hərbi hissədə xidməti təsdiq olunmadı); - N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N2 №li əmrilə xx xxxx 1993-cü il tarixdən hərbi hissəni özbaşına tərk etmiş hesab edilmişdir; - Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 128 nömrəli əmrinə əsasən N7987 saylı hərbi hissənin əsgəri kimi N saylı hərbi hissəyə ezam edilmişdir (N saylı hərbi hissə xidməti təsdiq olundu); - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22N №li əmrilə xx xxxxxx 1993cü il tarixdən məzuniyyətə getmiş hesab edilərək, ərzaq təminatından çıxarılmışdır ( bu əmr xx xxxx 1993-cü il tarixdən sonra ilk əmr olduğu üçün verilir); - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 237 №li əmrilə xx xxxxxxxx 1993-cü il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək, ərzaq təminatına qoyulmuşdur; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 28N №li əmrilə 19 oktyabr1993-cü il tarixdən xəstəxanaya getmiş hesab edilərək, ərzaq təminatından çıxarılmışdır; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 301 №li əmrilə xx xxxxxx 1993cü il tarixdən xəstəxanadan gəlmiş hesab edilmişdir; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1N №-li əmrilə xx xxxxxx 1994cü il tarixdən hissəni özbaşına tərk etmiş hesab edilmişdir; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 18 nömrəli əmrilə xx xxxxxx 1994-cü il tarixdən hissəyə qayıtmış hesab edilmişdir; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 349 №li əmrilə ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar olaraq dekabr ayının 1-dən elektrik vəzifəsinə təyin edilmişdir; - 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 117 №li əmrilə hissəni özbaşına tərk etmiş hesab edilmişdir; - 10N73 saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 132 №li əmrilə hissəyə qayıtmış hesab edilmişdir; - Daxili Qoşunların komandanının xx.xx.1995-ci il tarixli 95 №li əmrinə əsasən 1N073 saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 237 №li əmrilə ailə vəziyyətinə görə “Azərbaycan Respublikasında Hərbi Xidmətə Çağırışın Əsasları haqqında” Qanunun 21-ci maddəsinin “e” bəndinə uyğun olaraq hərbi xidmətdən vaxtından əvvəl azad olunaraq, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Şamaxı RHK-nın sərəncamına göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 188-1919-1221 №-li məlumatdan müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı barədə DiN Baş Əməliyyat və statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 024-11755/2B-3220 №li məktubda müraciətçiyə bildirilmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən xx.xx.2020-ci il tarixdə təqdim olunmuş arxiv arayışında döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat aşkar olunmadığını, eləcə də dəfələrlə xidmət etdiyi hərbi hissələri özbaşına tərk edərək, fərari hesab olunduğunu nəzərə alaraq, müraciətinin həlli mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Daxili İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 21N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Daxili İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.200N-cı il tarixli 39N nömrəli Fərmanının 1.3cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.200N-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, iddiaçının arxiv şəxsi işində onun döyüş bölgələrinə ezam olunması barədə qeydiyyat aşkar olunmadığından, iddia sübüta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2716/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2716/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver