Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2717/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı Hüseynxan oğlunun iştirakı ilə İddiaçı Hüseynxan oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Hüseynxan oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona müharibə veteranı adının verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ilin may ayının 15-dən 31 mart N-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin 24.09.N-cü il tarixli, 145 nömrəli əmrinə əsasən Ağdam və Kəlbəcər rayonları ərazisində döyüşlərdə iştirak etmişdir və yaralanmışdır. 24.04.N-cü ildən 25.05.N-cü il tarixədək N nömrəli hərbi hissədə olan hospitalda stasionar müalicədə olmuşdur və bu haqda ona hərbi həkim komissiyasının 2N.05.N-cü il tarixli epikrizi də təqdim olunmuşdur. O, dəfələrlə Yardımlı rayon Hərbi Komissarlığına “müharibə veteranı” adının verilməsi üçün müraciətlər etmişdir. Onlar isə nəinki veteran adını verməmişlər, hələ üstəlik onun hərbi biletinin 24-cü səhifəsində bilərəkdən şər-böhtan xarakterli qeydlər apararaq həm hərbi biletini korlamışlar, həm də onu hərbi hissəni özbaşına tərk edən əsgər kimi qələmə vermişlər. Halbuki o, hərbi hissəni heç vaxt özbaşına tərk etməmişdir və öz həqiq hərbi xidmətinə görə yaralandıqdan bir neçə ay sonra ordu sıralarından evə təxris olunmuşdur. Bu məsələyə aydınlıq gətirilinəsi məqsədilə o, Hərbi Prokurorluğa da ərizə ilə müraciət etməli olmuşdur. Ona verdikləri 15.10.2020-ci il tarixli cavab məktubundan tam aydın olmuşdur ki, barəsində indiyə kimi heç bir hərbi cinayət xarakterli iş başlanmamış və heç bir təqsirləndirici material yoxdur. Ona görə də hesab etmişdir ki, ona “müharibə veteranı" adı verilməlidir və bu vəzifə məhkəmə qərarı əsasında cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı döyüş əməliyyatları aparılarkən hərbi hissəni özbaşına tərk edib 25.05.N-cü il tarixdən sonra hospitaldan hərbi hissəyə qayıtmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Hüseynxan oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hüseynxan oğlu xx.xx.19N2-cu ildə Yardımlı rayonu, Ökü kəndində doğulmuşdur. - İddiaçı Hüseynxan oğluna məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 26.08.1992-ci ildə Azərbaycan ordu sıraların qəbul edilmiş, 31.03.N-cü ildə xidmətdən ehtiyata buraxılmış, 26.08.1992-01.04.N-cü ildə N №-li hərbi hissədə xidmət etmiş, 26.08.1992-ci ildən 05.02.N-cü il tarixədək N №-li hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. İddiaçı Hüseynxan oğlu N saylı hərbi hissəni özbaşına tərk etmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.04.2006-cı il tarixli, HP- 01/36 saylı, Gəncə Hərbi Prokurorluğunun HP-15/1N0 saylı, 04.02.2010-cu il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. - Gəncə Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı HP1N/3N56 №-li, 15.10.2020ci il tarixli məktubundan görünür ki, barəsində Gəncə hərbi prokurorluğunda təqsirləndirici material yoxdur və cinayət işi istintaq edilmir. Bundan əlavə bildirilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi ekspert komissiyasının 22.10.2012-ci il tarixli aktına əsasən digər sənədlər, yəni daxil olan məlumatların qeydiyyatı kitabı, ərizə və müraciətlərin qeydiyyatı kitabları, habelə 2001-ci il dövrü üzrə amnistiya aktının tətbiqi ilə əlaqədar qəbul edilmiş qərarlar üzrə toplanmış materiallar məhv edildiyindən barəsində qərar qəbul edilməsi ilə bağlı heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətət Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı İ/351 №-li, 03.02.2020-ci il tarixli məktubundan görünür ki, N-cü ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət keçməyini nəzərə alaraq, "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etməyi tövsiyə olunmuşdur. - Epikrizin surətindən görünür ki, İddiaçı Hüseynxan oğlu N №-li hərbi hissənin tibb məntəqəsində 14.04.N-cü ildən 25.05.N-cü ilə qədər "Yumşaq toxumaların geniş əzilməsi ilə sol əlin odlu silahla toxunub keçən güllə yaralanması" diaqnozu ilə stasionar müalicə almışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 4/3888 №-li, 18.12.201N-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə qüvvəyə minmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun "Yumşaq toxumaların geniş əzilməsi ilə sol əlin odlu silahla toxunub keçən güllə yaralanması" diaqnozu təsdiq edilmiş və "hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı verilmişdir (əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 480 nömrəli 14.04.2010-cu il tarixli qərarı). - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-8084 №-li, 11.08.2016-cı il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli 26 №-li (əsas: səh. 54. § 1. sıra 54. Əmrdə atasının adı başqa rəngli diyircəkli qələmlə qeyd edilmişdir) əmrilə 01.04.93-cü il tarixdən sıravi İddiaçı bölük komandiri vəzifəsinə təyin olunmuş və şəxsi heyət siyahısına salınaraq bütün təminat növlərinə qoyulmuşdur. Əmrdə atasının adı başqa rəngli diyircəkli qələmlə qeyd edildiyi üçün məlumatın İddiaçı Hüseynxan oğluna aid olduğunu əmr üzrə təsdiq edə bilmirlər. N №-li hərbi hissə komandirinin N sentyabr N-cü il tarixli, 145 №-li (əsas: səh. 35. § 5. sıra 2) əmrilə Ağdam və Kəlbəcər döyüş zonası bölgəsində yaralanan sıravi İddiaçı Hüseynxan oğluna maddi yardım ödənilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin əmrləri və şəxsi heyətin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilmirlər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə həmçinin göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1N oktyabr 199N-ci il, 383- İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Hüseynxan oğlu 26.08.1992-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xidmətə daxil olmuş, cavabdehin N və N nömrəli hərbi hissələrində xidmətdə olmuş, N nömrəli hərbi hissədə xidmətdə olan zaman yaralanmış, 14.04.N-cü ildən 25.05.N-cü ilə qədər "Yumşaq toxumaların geniş əzilməsi ilə sol əlin odlu silahla toxunub keçən güllə yaralanması" diaqnozu ilə stasionar müalicə almışdır. Stasionar müalicədən sonra İddiaçı hərbi xidmətə qayıtmamış (iddiaçı yaralandıqdan sonra hərbi xidmətə qayıtmadığını məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir), N saylı hərbi hissəni özbaşına tərk etdiyindən Azərbaycan Respublikası hərbi Prokurorluğunun 14.04.2006-cı il tarixli HP-01/36 saylı, Gəncə Hərbi Prokurorluğunun HP-15/1N0 saylı 04.02.2010-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsi tərəfindən hərbi uçota götürülmüşdür. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.N-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, N5 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2717/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2717/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver